11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

M. Məhəmmədov: Biz bu məsələni də nəzərdən keçirdik, müzakirə etdik. Bu, Dağıstan vasitəsi iləRusiyanın və Azərbaycanın münasibətlərində həm də dövlətlərarası əhəmiyyətə malik qlobal məsələdir. Şübhəyoxdur ki, burada digər sahil dövlətlərinin də marağı var. Mən bu məsələ barəsində Heydər Əliyevi böyükmaraqla dinlədim.Sual: İlkin Azərbaycan nefti Dağıstan ərazisi vasitəsi ilə də nəql ediləcəkdir. Odur ki, siz çeçenyaraqlılarının Dağıstan ərazisində terror əməlləri ilə əlaqədar nə deyə bilərsiniz? Təhlükəsizliyə təminatveriləcəkmi?M. Məhəmmədov: Dağıstan ərazisində yalnız bir terror hərəkəti – Kizlərə və sonra da Pervomayska basqınolmuşdur. Dağıstan ərazisi etibarlı surətdə qorunur. Hər hansı magistralın Dağıstan ərazisindən keçməsi üçünheç bir təhlükə yoxdur. O ki qaldı Çeçenistan Respublikasının ərazisinə, orada hadisələr baş verir və beləvəziyyət yaranmışdır.Heydər Əliyev: Bizim jurnalistlərin hər şeylə [397-398] maraqlandıqlarını nəzərə alaraq, mən daxili işlərnazirindən bu faktlar barədə danışmağı xahiş edirəm.Məhəmməd Abdurazakov, Dağıstan Respublikasının daxili işlər naziri: Silah və narkotik maddələrkeçirilməsi faktları olmuşdur. Hərçənd biz bunun yayılmasına yol vermirik. Yayda yeddi nəfər tutmuşduq.Onlar milliyyətcə çeçendirlər. Burada söhbət Azərbaycan milliyyətindən deyil, ərazimiz vasitəsilə silah vənarkotik maddələr, digər şeylər daşıyan çeçenlərdən gedir. Belə faktlar olmuşdur. Bir neçə ayda kriminalməqsədlə Dağıstan ərazisindən keçib Azərbaycana gedən və ya Azərbaycandan Dağıstana tərəf keçən təxminən30 nəfər yaralanmışdır.Sual: Siz 30 nəfərin hamısını tutmuşdunuzmu?M. Abdurazakov: Onlarla müvafiq surətdə işlədik. Orada onların hər birini tutmağa ehtiyac yox idi. Lakintutulanlar da oldu.Sual: Onlarda nə var idi, silah, yoxsa döyüş sursatı?M. Abdurazakov: Silah da var idi, döyüş sursatı da. Çeçen yaraqlıları üçün nəzərdə tutulmuş kamuflyajforması da tapılmışdı.Sual: Bəs onlar necə izah edir, bu silahı haradan almış, haradan gətirir, haraya aparırdılar? Bunuözləri necə izah edirlər?M. Abdurazakov: Əlbəttə, biz Azərbaycanın daxili işlər naziri ilə bir-birimizə daha konkret məlumatverəcəyik. Mən bir daha demək istəyirəm: biz Azərbaycanın Daxili İşlər Nazirliyi ilə normal əlaqələr saxlayırıq.Haradasa bir hadisə baş verdikdə bir-birimizə kömək edirik. Elə indi də kiçik bir qrup bir gəncin oğurlanmasıməsələləri ilə əlaqədar bizim respublikamızdadır. Bir daha təkrar edirəm, bu faktlar çeçen millətindən olanşəxslərə bilavasitə aiddir. Odur ki, görünür, biz, güc orqanları onları aşkara çıxarmaq, onların bizdə vəziyyətigərginləşdirməməsi üçün daha səmimi işləməliyik.Heydər Əliyev: Yaxşı, bəs bu haradandır – İrandanmı, Türkiyədənmi, Əfqanıstandanmı?M. Abdurazakov: Yox, əsla yox. Hərçənd belə imkan da istisna edilmir. Hər halda dedilər ki, kamuflyajforması və silahın bir hissəsi respublikaya gətirilmişdir.Sual: Xahiş edirəm deyəsiniz, Azərbaycan tərəfi sizə əməkdaşlıq haqqında təkliflərlə müraciətetmiş[398-399]dirmi, yaxud siz bu məsələnin aradan qaldırılması üçün Azərbaycan tərəfinə müraciətetmisinizmi?M. Abdurazakov: Sizə deyirəm ki, 1993-cü ildə şəxsən mən burada bir qrup yoldaşla görüşdüm. Ammatəəssüflər olsun, məlum hadisələrlə əlaqədar və məlum daxili işlər naziri ilə biz hadisələrin konkret inkişafınanail ola bilmədik. Buna baxmayaraq, kriminal milis və digər işçilərimiz arasında qarşılıqlı münasibətlər bugünədək qalmaqdadır. Belə münasibətlər var. Elə bu gün də işdə gələcək əlaqələr barədə konkret söhbət oldu.[399-400]200

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!