11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

sərhədlər yaranıb. Ermənistan da, Azərbaycan da müstəqil dövlətdir. Ermənistan da, Azərbaycan da BirləşmişMillətlər Təşkilatının üzvüdür. Bizim sərhədlərimiz beynəlxalq hüquq normalarına görə BMT tərəfindəntanınıb, qəbul olunubdur. Bunları dəyişmək olmaz. Ona görə də mən deyirəm ki, Ermənistanın mövqeyi – qeyrikonstruktivdir.Biz Dağlıq Qarabağa status, özü də əvvəlkindən daha yüksək status verməyə etiraz etmirik. Amma bu statusyalnız müstəqil Azərbaycan Respublikasının tərkibində verilə bilər. Biz Dağlıq Qarabağda yaşayan ermənilərintəhlükəsizliyinə də tamamilə zəmanət veririk. Dağlıq Qarabağın Ermənistanla yolunun da təmin olunmasınazəmanət veririk. Dağlıq Qarabağın Ermənistana yolu Laçın rayonundan keçir. Biz hətta razı olmuşuq ki, o yolbeynəlxalq qüvvələrin nəzarəti altında olsun. Ermənistanda və Dağlıq Qarabağda heç kəs narahat olmasın, buyoldan rahat istifadə etmək olar. Bizim konstitusiyamızda qeyri-konstruktiv heç bir şey yoxdur. AmmaErmənistan bu məsələni güc işlətməklə, zorla həll etmək istəyir. Siz, düzdür, ermənisiniz, amma fransalısınız.Fransanın demokratiyası belə şeylərə yol verməz. Elədir, yoxsa yox?Müxbir: İndi söylədikləriniz barədə sizə bir neçə sualım var.H. Əliyev: Buyurun.Sual: Siz deyəndə ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, Dağlıq Qarabağı da bu 20 faiziniçərisinə qatırsınız, yoxsa yox?Cavab: Bəli, oraya Dağlıq Qarabağı da qatıram. Amma mən sənə bir arayış verim. Azərbaycanın işğalolunmuş ərazisi 16 min kvadrat kilometrdir. Bunun 4 min kvadrat kilometri Dağlıq Qarabağdır. Deməli, DağlıqQara[91-92]bağın ətrafında 12 min kvadrat kilometr ərazi işğal olunub. Yəni üç Dağlıq Qarabağın ərazisinəbərabər ərazimiz də işğal edilib.Sual: Ermənilər bəyan edirlər ki, onlar işğal olunmuş bütün torpaqları geri qaytarmağa hazırdırlar.Şuşa və Laçını çıxmaq şərti ilə. Sizcə, bu təklif qəbul edilə bilərmi?Cavab: Qəbul edilə bilməz. Nə üçün, nəyə görə qəbul edilə bilməz? Birincisi, Laçın rayonu haqqında.Laçın Dağlıq Qarabağa daxil deyil. Ona görə də Laçın haqqında bu fikirlər hüquqdan tamamilə kənar fikirlərdir.İkincisi, Şuşa haqqında. Şuşa Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Yaxşı olardı ki, mənmövcud vəziyyəti xəritə üzərində sizə izah edim.Sual: Belə başa düşürəm ki, ermənilər Dağlıq Qarabağ da daxil olmaqla bütün torpaqlardan çıxıbgetməlidirlər?Cavab: Yox. Biz razıyıq ki, ermənilər Dağlıq Qarabağda qalıb yaşasınlar. Amma Ermənistan silahlıqüvvələri Şuşadan, Laçından və işğal edilmiş digər rayonlarımızın hamısından çıxmalıdır. Xəritədə bu yolugörürsünüzmü? Biz razıyıq ki, bu yolu beynəlxalq qüvvələrin nəzarəti altına verək. Yəni Dağlıq Qarabağ bu yolvasitəsilə Ermənistanla normal əlaqə saxlaya bilər. Bir də ki, əgər o torpaqlar azad edilsə, Böyük SülhMüqaviləsi əldə olunsa, bizim keçmiş əlaqələrimiz yenə də bərpa olunacaq. Dağlıq Qarabağa dəmir yolu var.Onlar bu dəmir yolu vasitəsilə də Ermənistanla əlaqə saxlaya bilərlər. Vaxtilə, 70-ci illərdə Azərbaycanarəhbərlik edəndə Xankəndinə dəmir yolunu mən çəkdirmişəm. Bu dəmir yolu vasitəsilə Dağlıq Qarabağ həmAzərbaycanla, həm Rusiya ilə, həm də Ermənistanla bağlanmışdı. İndi Dağlıq Qarabağ bunların hamısındanməhrum olub. Belə vəziyyətdə nə qədər yaşamaq olar?Sual: Dağlıq Qarabağda ermənilər özlərini müstəqil dövlət elan ediblər. Siz Dağlıq Qarabağrespublikasının prezidenti Koçaryanla danışıqlar aparmağa hazırsınızmı?Cavab: Siz çox qəribə sual verirsiniz. Qeyri-qanuni bir qurumla mən necə danışıq apara bilərəm? DağlıqQarabağ [92-93] Azərbaycanın torpağıdır. Koçaryan da Azərbaycan vətəndaşıdır. Mən də Azərbaycanınprezidentiyəm. Mən Azərbaycanın prezidenti kimi Azərbaycanın hər bir vətəndaşı ilə görüşüb danışa bilərəm.Amma qeyri-qanuni özünü prezident elan edən adamla mən necə görüşüb danışa bilərəm?Sual: ATƏT bu münaqişədə Dağlıq Qarabağı tərəf kimi qəbul edib?Cavab: Xeyr. Dağlıq Qarabağ tərəf kimi tanınmayıb. Biz də onları tərəf kimi tanımırıq.Sual: Mən bildiyimə görə Ermənistan özü də Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayıb. Onagörə ermənilər Dağlıq Qarabağa status istəyəndə, müstəqil olmasa da müstəqilliyə yaxın bir status tələbedirlər.Cavab: Nə olsun ki, onlar tələb ediblər? Mən də çox şey istəyirəm. O demək deyil ki, bunların hamısıolmalıdır. Bəlkə sən də istəyirsən ki, Fransanın prezidenti olasan, amma bu mümkün deyil.Müxbir: Fransanın prezidenti olmaq çox ağır bir vəzifədir, işdir. Mən ola bilmərəm.H. Əliyev: Amma burada sənin kimi bəziləri prezident olmaq istəyirlər.Müxbir: Bildiyimə görə, Azərbaycan Dağlıq Qarabağa mədəni hüquqları olan muxtariyyət verməkfikrindədir.H. Əliyev: Yox, ondan yüksək muxtariyyət vermək fikrindəyik. Mən bunu Ter-Petrosyana demişəm və birdə deyirəm. Azərbaycanın tərkibində, dünya təcrübəsində mövcud olan yüksək statuslardan birini DağlıqQarabağa verməyə hazırıq.Sual: Bu o deməkdir ki, onların özlərinin ayrıca silahlı qüvvələri də olacaqdır?Cavab: Yox, ola bilməz. Münaqişə qurtarana qədər ola bilər.49

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!