11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

yanında xidmət edibdir. Ancaq bunun xidməti nədən ibarətdir? Bu materialları qaldırdıq. Xatirimdədir,təxminən 1956-57-ci illər idi, bunları qəbul etmək istəmirdilər. Yenə deyirəm, istiqamət ondan ibarət idi ki,düşmənləri tapaq – kim gedib legionda qulluq edib, kim faşistlərə qulluq edib. Orada kim qəhrəmanlıq göstərib– onları axtaran yox idi. Özü də düşmən arxasındakı qəhrəmanlar sonradan meydana çıxdı. Həmin o "Baharınon yeddi anı" və başqa filmlər nə vaxt çəkildi? Amma "Uzaq sahillərdə"ni biz [187-188] nə vaxt çəkdik?Görürsünüz, o vaxt biz bu materialları qaldırdıq, verdik. Olan olub, keçən keçib, bu materiallar meydanaçıxanda bizim özümüzdə fikir doğdu ki, bu barədə bir oçerk yaradaq. Materialları iki-üç işçimizə verdik ki,onlar yazsınlar. Onlar bunu yazmağa başladılar, ancaq peşəkar deyildilər və bir şey alınmadı. Ona görə müraciətelədik Kommunist Partiyasının Mərkəzi Komitəsinə, Mehdi Hüseynzadə haqqında böyük bir material verdik.Müraciət etdik ki, bizə kömək etsinlər, bunu bir əsər kimi yaradaq.Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı adı alması da uzun çəkdi. Bunu etmək istəmirdilər,Moskvada buna inanmırdılar. Biz bu barədə çox əziyyət çəkdik. O vaxt mən DTK-da işləyirdim. Bu materialısonra komsomola təqdim etdik. Rəhmətlik İmran Qasımov və Həsən Seyidbəyli bu sahədə işləyən gənc adamlaridilər və materialı tez götürdülər. Biz də onlara kömək etdik, nə vardı – hamısını verdik. Onlar bunu yazdılar,sonra da film çəkildi. Tarixdən sizə bir balaca məlumat verdim.Film çəkiləndən sonra böyük çətinliklə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Buad veriləndən sonra da axırı mənə qismət oldu ki, Mehdi Hüseynzadənin xatirəsinə böyük abidə yaratdıq,xatirimdədir gərək ki, 1973-cü ildə onu təntənə ilə açdıq. Sonra da daim 9 May günlərində ziyarət etdiyimiz çoxgözəl yerlərdən biri idi.Bunlar hamısı – tariximiz, ədəbiyyatımız, kinomuz bir-biri ilə bağlıdır. Bunlar həyatımızın çoxəhəmiyyətli cəhətləridir.Bizim müasir dövrə aid filmlərin də çox böyük rolu oldu. Bilirsiniz, həm tariximizi, həm də müasirhəyatımızı göstərmək lazımdır. Məsələn, "İstintaq" filmi xatirinizdədir. Sonralar bu mövzular açıldı, onlardangeniş danışıldı, bu mövzular əsasında ədəbi əsərlər yaratmağa başladılar. Amma biz 1969-cu ildən etibarən 70-ciillərdə korrupsiya ilə, rüşvətxorluqla, cürbəcür mənfi hallarla mübarizəni Azərbaycanda başladıq. Bu işlərSovetlər İttifaqında ilk dəfə Azərbaycanda başlandı, biz bunun təşəbbüskarları olduq. O vaxtlar Sovetlərİttifaqında cəmiyyətimizin bu mənfi cəhəti ilə mübarizə məsələsini biz təşkil etdik və bunun da nəticəsi olaraqməsələn, "İstintaq" filmi yarandı. Filmin nə cür çətinliklərlə yarandığını bilirsiniz, ona mane olanlar vardı. Mənfilmin yaranmasına nəinki kömək, həm də himayədarlıq etdim. Çünki o, 1969-cu ildən respublikanın rəhbərikimi, siyasi xadim kimi apardığım siyasi [188-189] işin, xəttin kinoda əksi idi. Ona görə də filmin yaranmasınakömək etmək istəyirdim. Ancaq buna nə qədər mane olanlar vardı. Moskva da buraxmırdı. Çünki o vaxtlarMoskvada Daxili İşlər Nazirliyinin başında, – indi açıq danışmaq lazımdır, rüşvətxorlar, Şelokov və başqalarıoturmuşdular. Onlar deyirdilər ki, "belə şey olmaz, siz bununla göstərirsiniz ki, bəli, bizim inzibati orqanlarda,hüquq-mühafizə orqanlarında rüşvətxorlar var. Bu, ola bilməz, doğru deyildir, belə filmi buraxmaq olmaz". Mənnə qədər mübarizə apardım.Ancaq o film göstəriləndən sonra həm Moskvadan, həm də başqa respublikalardan mənə xeyli telefonzəngləri oldu ki, siz nə qədər cəsarətli adamlarsınız, nə qədər böyük işlər görürsünüz. O işləri biz başqavasitələrlə göstərə bilmirdik. Bir film ilə o işləri bütün dünyaya yaydıq. Nə qədər cəsarətli adamsınız ki, siz öziçərinizdə olan mənfi halları, çürüklüyü və sairəni göstərirsiniz. Dedim ki, biz nəinki göstəririk, həm də bununlamübarizə aparırıq. Amma biz bu mübarizəni çoxdan aparırıq, film isə 1978-ci ildə çəkildi. Biz səkkiz ilmübarizə aparandan sonra bu film ilə həmin mübarizəni daha da açıq gördülər.Sizə açıq deyim, sonra yenidənqurma vaxtı Azərbaycana qarşı mənfi münasibət başlandı. Özbəkistandada yalan-doğru bəzi şeylər meydana çıxardılar, Azərbaycana da başladılar müdaxilə etməyə. Mən o zamanSiyasi Büroda idim. Bir dəfə Siyasi Buronun iclasında Qorbaçova da dedim, Liqaçova da dedim, onlar bir azcanfəşanlıq edirdilər, siz "İstintaq" filminə baxın. Moskvada işləyəndə kinematoqrafiya da Nazirlər Sovetindəmənə tabe idi, ona rəhbərlik edirdim, Yermaşa göstəriş verdim ki, o filmin lentindən birini Qorbaçovun, birinidə Liqaçovun bağına göndər. Çünki Siyasi Büro Üzvlərinə məxsus bağlarda kinozallar var idi, biz şəhərdəkinoya getmirdik, orada baxırdıq. Filmi göndərtdim, bir neçə gündən sonra soruşdum ki, baxdınızmı? Dedilərki, hələ vaxt olmayıb. Dedim ki, xahiş edirəm baxasınız. Onların mühafizəçisinə göstəriş. verdim dedim ki,xatirinə sal. Xüsusən bazar günləri kinoya baxırdılar, o vaxtlar elə mən də hərdənbir bazar günü kinoyabaxırdım. O filmi ikisinə də baxdırdım. Sonra dedim ki, birincisi, budur rüşvətxorluqla, korrupsiya ilə bizimmübarizəmiz, ikincisi də filmin səviyyəsi yüksəkdir. Bilirsiniz, o film ilə biz çox iş gördük.Bir o film deyil, məsələn, xatirimdədir, "Bir cənub şəhərin[189-190]də" filmi çəkiləndə mən DTK-daişləyirdim. Bu filmin yaranması böyük hay-küy doğurmuşdu, deyirdilər ki, belə olmaz, bu bizi ləkələyir,korlayır. Rəhmətlik Cəfər Cəfərov da mənə zəng elədi ki, belə bir məsələ var, xahiş edirəm sən də baxasan,münasibət bildirəsən. Mənə də çox siqnallar, materiallar, şikayətlər gəldi ki, bu, xalqımızı ləkələyir.Xatirinizdədir, mən kinostudiyaya gəldim, filmə baxdım. O filmə də mane olurdular. Yenə də həmin Şelokovunonun qarşısını Moskvada nə üçün aldığını sizə deyim. Yadınızdadırmı, filmdə bir epizod var ki, milisionerə birmanat pul verirlər. Şelokov demişdi ki, nə təhər ola bilər, milisioner bir manat pul alır? Belə şey olmaz. Filmi97

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!