11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

9 YAŞLI RƏSSAM ƏLİ CƏFƏRİNSƏRGİSİNİN AÇILIŞINDA ÇIXIŞSəttar Bəhlulzadə adına Sərgi Salonu30 dekabr 1995-ci ilAzərbaycanın rəssamlıq məktəbi çox zəngindir. Azərbaycan rəssamları keçmiş əsrlərdə də,yaşadığımız, başa çatmaqda olan iyirminci əsrdə də dünya incəsənətinə, mədəniyyətinə böyük töhfələr veriblər.Biz bununla daim fəxr etmişik və fəxr edirik.Azərbaycanda rəssamlıq məktəbi xüsusən iyirminci əsrin əvvəllərindən başlayaraq Əzim Əzimzadə vəbaşqa böyük rəssamlarımızın açdığı yolla gedən sənətkarlar tərəfindən yaranıbdır. Biz keçmişdə Sovetlərİttifaqının tərkibində olanda da dünyanın başqa ölkələri ilə müqayisə edərkən həmişə Azərbaycan rəssamlarınınəsərlərinin nə qədər yüksək səviyyədə olduğunu görürdük və bu da mədəniyyətimizi dünyaya nümayiş etdirirdi.Azərbaycan rəssamlarının yaratdıqları əsərlər həm respublikamızın çox guşələrini, muzeylərini bəzəyir, həm dədünyanın bir çox muzeylərində özlərinə layiq yer tutubdur. Azərbaycan rəssamlıq məktəbi yaşayır, inkişaf edirvə yaşlı nəslə mənsub rəssamlardan Mikayıl Abdullayevin, – o, indi bizim yanımızdadır, – Tahir Salahovun vəbaşqalarının yaratdıqları əsərlər mədəniyyətimizi dünyaya tanıdıbdır və bu gün də tanıdır.Bu, Azərbaycan xalqına xas olan xüsusiyyətdir. Əgər 500 il bundan öncə Sultan Məhəmməd kimiböyük rəssamımız özünün miniatür əsərləri ilə dünyada məşhurlaşıbsa, özünəməxsus yer tutubsa, indi, XX əsrdəbelə böyük rəssamlıq məktəbimizin mövcud olması tamamilə təbiidir, xalqımızın fitri istedadından doğanxüsusiyyətdir. Bu gün rəssamlıq yolunda yeni addımlar atan gənclərimiz də az deyildir. Biz bundan öncəkiillərdə də gənc rəssamların əsərlərini görmüşdük və onlar bizi sevindirmişdilər. Ancaq bugünkü sərgi bizi dahaçox sevindirir. Çünki doqquz yaşlı bir uşağın bu qədər rəsm əsərləri yaratması və artıq özünün fərdi sərgisiniaçması həyatımızda, mədəniyyətimizdə böyük hadisədir. Güman edirəm ki, bu, bizim [227-228] rəssamlıqsənətimizdə, rəssamlıq məktəbimizdə yeni bir cığırın açılması deməkdir.Şübhəsiz ki, Əlinin fitri istedadı və rəssamlığa olan böyük həvəsi bu əsərlərin, rəsm nümunələrininyaranmasına səbəb olubdur. Ancaq təkcə istedad məsələsi deyil, fitri istedaddan əlavə, görünür ki, onun özündənə qədər həvəs, əzmkarlıq və öz istedadını inkişaf etdirmək gücü var. Bu güc onun daxilindədir, istedadınıhərəkətə gətirir və uşaq olmasına baxmayaraq, elə rəsm nümunələri yaratmasına imkan verir.Mən onu təbrik edirəm. Bütün rəssamlarımızı təbrik edirəm ki, bizim rəssamlıq məktəbinin inkişafınəinki qırılmayıb, davam edir və bu məktəbə yeni gələnlər yaşlı rəssamlarımızın dabanlarını bastalayırlar. Onlargərək fikirləşsinlər ki, əgər öz yerlərində bir balaca da saysalar, nəinki dabanlarını bastalayacaqlar, ola bilər,arxada qalsınlar. Bu, sevindirici haldır. Ümumiyyətlə, həyatda, xüsusən incəsənətdə belədir: incəsənətdə həmişərəqabət var, incəsənət xadimlərinin bir-birinə qısqanclığı var. Əgər bunlar olmasa incəsənət inkişaf etməz.Çünki biri o birisinin sənətini görəndə çalışır ki, ondan da yaxşısını yaratsın.Doğrudur, bəzən bu, paxıllıq kimi hissləri də meydana çıxarır, qısqanclıq doğurur. Amma bunlar hamısıkeçicidir, ayrı-ayrı adamlar arasında olan münasibətlərdir. Ancaq ümumi işimizin mənasına baxanda, bunlarhamısı yeni əsərlərin yaranmasına gətirib çıxarır. Ona görə də doqquz yaşlı uşağın bu cür sərgisini görəndəgərək bizim təcrübəli rəssamlarımız düşünsünlər ki, onlar bir müddətdən sonra yeni sərgi təqdim etsinlər və bizdə deyək ki, bəli, təcrübəli rəssamlar da çalışırlar, yeni gələn nəsillər də rəssamlıq sənətini inkişaf etdirirlər.Mən bütün rəssamları, Azərbaycan rəssamlıq məktəbini bu yeni, çox qeyri-adi hadisə münasibətilətəbrik edirəm və rəssamlarımıza yeni uğurlar arzulayıram. Əlini, – sənət dünyasına yeni gəlmiş, ancaq artıqözünü çox gözəl təqdim edən rəssamı təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, onun gələcəkrəssamlıq həyatı parlaq olacaq və Azərbaycanda böyük bir rəssam yetişəcəkdir. Əlinin valideynlərini təbrikedirəm ki, onlar Azərbaycan cəmiyyətinə gələcəkdə böyük rəssam olacaq belə bir uşaq bəxş ediblər. Çox sağolsunlar. Arzu edirəm ki, onlar Əlinin həm rəssamlığına, həm də təhsilinə [228-229] bundan sonra da çoxdiqqət yetirsinlər ki, onun artıq bu gün mövcud olan istedadı, bacarığı, yaratdığı işlər gələcəkdə inkişaf etsin. Buistedad sönməsin.Bilirsiniz, tarix belə hadisələrin də şahididir ki, bəzən parlaq istedadlar sonra müəyyən səbəblərdənsönürlər. Bu istedadı sönməyə qoymaq olmaz. Çünki onun daxilində çox böyük potensial var – rəssamlıqpotensialı, incəsənət potensialı var. Bunun inkişaf etdirilməsı, potensialın daha da açılması üçün şərait yaratmaq,kömək etmək lazımdır. Güman edirəm ki, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və başqa müvafiq təşkilatlarƏlinin, bu rəssam uşağın gələcək inkişafı üçün lazımi şərait yaradacaqlar. Bu, hadisə münasibətilə sizi bir dətəbrik edirəm. Əli, səni təbrik edirəm!Üzümüzə gələn Yeni il münasibətilə Azərbaycan rəssamlarını, bütün mədəniyyət, incəsənət xadimləriniÜrəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət arzulayıram. Sizdən yeni-yeni əsərlər, sənət nümunələri116

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!