11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycanın böyük sənaye, elmi-texniki potensialını təşkil edir.Bakı kondisionerlər zavodu bu sahədə xüsusi yer tutur. Məhz bu zavodu yaradaraq biz Azərbaycanda çoxböyük problemləri həll etdik: elmi-texniki tərəqqini inkişaf etdirməyə, müasir elmi-texniki səviyyədəmütəxəssislər, yeni kadrlar hazırlamağa, elmimizi, texnikamızı geniş inkişaf etdirməyə nail olduq. Tək buzavodun mütəxəssisləri, rəhbərləri, mühəndisləri yox, bu zavodda böyümüş, ərsəyə gəlmiş, Azərbaycanın başqaistehsal müəssisələrində müvəffəqiyyətlə fəaliyyət göstərən mütəxəssislərimiz məhz bu işlərin nəticəsindəmeydana gəldilər. Ona görə də bu zavodun yaranması və 20 il müddətində fəaliyyət göstərməsi təkcə bir istehsalmüəssisəsinin yaradılması və müəyyən bir məhsulun istehsal edilməsi demək deyil. Bu çox geniş əhəmiyyətlitarixi bir hadisədir. Biz bunun müsbət nəticələrini artıq görürük.Bu gün mən bu zavodun yaranması tarixini da açmaq istəyirəm. Bunu bəziləri bilir, bəziləri isə bilmirlər.İndi belə bir böyük zavod var. Biz bununla fəxr edirik. Bu 20 il müddətində Azərbaycana ziyarətə gələnqonaqlar, dostlar bu zavodu görərkən, kollektiv ilə görüşərkən, danışarkən Azərbaycan xalqının nə qədər yüksəksəviyyələrə qalxmasını müşahidə ediblər. Şübhəsiz ki, bu, xalqımızın ləyaqətini, səviyyəsini göstərib. Ancaqbelə bir zavod yaratmaq o illər çox çətin bir hal idi.Bilirsiniz, mən sizə çatdırmalıyam ki, 60-ci illərin sonunda, 70-ci illərin əvvəlində mən Azərbaycandamüasir tipli maşın[211-212]qayırma zavodlarının yaradılması haqqında məsələlər irəli sürərkən – bu məsələlər ovaxtlar Moskvada, Sovet İttifaqının rəhbərliyində həll olunurdu – Azərbaycana inam olmadığını müşahidəedirdim. Təkliflərimi qiymətləndirirdilər, mənə çox hörmətlə münasibət göstərirdilər. Ancaq mənə daim sübutetmək istəyirdilər ki, sizin respublikanın kadrları, mütəxəssisləri bu cür müəssisələrdən istifadə etməyə hazırdeyillər, çünki keçən illərdə belə təşəbbüslər olub, ancaq belə zavodların tikilməsi, başa çatması çoxgecikdirilib, yaxud da ki, çox səviyyəsiz olub. Ona görə də Sovetlər İttifaqının mərkəzi planlaşdırmaorqanlarında, yüksək səviyyələrdə Azərbaycan haqqında, respublikamızın kadrları, elmi-texniki səviyyəsibarədə belə fikir var idi ki, biz geridə qalmış millətik, respublikayıq və belə müəssisələrin yaradılıb istifadəolunması səviyyəsinə gəlib çatmaq üçün bizə hələ çox vaxt lazımdır.Mənim qarşımda çox ağır və çətin bir vəzifə dururdu. Mən bir tərəfdən sübut etməliydim ki, Azərbaycanxalqı yüksək səviyyəyə qalxmış bir xalqdır. Azərbaycanın kadrları, mütəxəssisləri, mühəndisləri müasirsəviyyədədirlər və bizə inanmaq lazımdır. İkinci tərəfdən, mən bu bəyanatlarımı həyata keçirməli idim.Nəhayət, mənə və mənim sözlərimə olan inam Azərbaycanda bu tipli müəssisələrin yaranması üçün yol açdı.Biz bunu birinci növbədə Bakı kondisionerlər zavodunun tikilib başa çatdırılması ilə sübut etdik. Biz bu zavoduiki il müddətində yaratdıq və bütün dünyaya bəyan etdik. Mən 1975-ci ilin dekabrında Moskvaya, bütündünyaya bəyan etdim ki, Azərbaycan xalqı nəyə qadirdir və necə böyük imkanları var.Ancaq o günə qədər çətin bir yol keçildi. 1972-ci ildə mən hiss etdim ki, Sovetlər İttifaqında belə birzavodun tikilməsi planlaşdırılır. O vaxt Sovetlər İttifaqının məişət kondisionerlərinə böyük tələbatı, ehtiyacı varidi. Deyə bilərəm ki, o vaxt təkcə Sovetlər İttifaqında yox, bütün Yaxın Şərqdə, yəni bizi əhatə edən başqaölkələrin heç birində bu cür məhsul, cihaz istehsal edən zavod yox idi. Belə bir məlumatı alandan sonra mən buzavodun Azərbaycanda tikilməsi haqqında təklif irəli sürdüm. Mənim təklifimə müxtəlif mərhələlərdə baxıldı,ancaq həmin o inamın olmadığına görə bütün mərhələlərdə mənə izah etdilər ki, siz bunun öhdəsindən gələbilməzsiniz, bunu tikə bilməzsiniz. Əgər bu zavodu tiksəniz də, siz onu istismar edə, işlədə bilməzsiniz. Mənisə, əksinə, sübut edirdim [212-213] ki, bunlar yanlış fikirdir. Biz buna qadirik, biz bunu edə bilərik. Ancaqbunlar tək mənim sözlərim idi.Əks qüvvələr çox idi. Bir tərəfdən inanmırdılar, ikinci tərəfdən də, mən sizə bu gün açıq deyirəm, o vaxtmərkəzdə olan bəzi dairələr belə nəhəng müəssisələrin Azərbaycanda yerləşməsini istəmirdilər. Çünki onlarbizim respublikamızı elə daim geridə qalmış respublika kimi saxlamaq istəyirdilər. Bax, bütün maneələri,çəpərləri yarıb keçmək lazım idi və mən mübarizə aparırdım. Bir il mübarizə apardım. Nəhayət – bu həqiqəti bugün deməliyəm – yalnız o vaxt Sovetlər İttifaqının rəhbəri olan Leonid Brejnevlə mənim bir neçə dəfə bu barədədanışıqlarım nəticəsində belə bir zavodun Bakıda tikilməsi haqqında qərar qəbul edildi.Ancaq bundan sonra da buna mane olmaq istədilər. Qərar qəbul olundu, bu zavodu layihələşdirmək lazımidi, amma layihələşdirmək istəmirdilər. Bu nazirlik o nazirliyin üstünə, o nazirlik bu nazirliyin üstünə atırdı. Buzavodu tikmək üçün Sovetlər İttifaqında texnologiya yox idi, bunu xaricdən – yəni ya Amerikadan, yaAlmaniyadan, ya İtaliyadan, ya da Yaponiyadan almaq lazım idi. İzah edirdilər ki, bu çox bahadır, çox valyutatələb edir, bizim bu qədər valyutamız yoxdur, bunu almaq mümkün deyil. Mən bunların hamısını, bu etirazlarıardıcıl surətdə dəf edə-edə nəhayət, bu zavodun tikilməsi haqqında müəyyən əlavə qərarların qəbul edilməsinənail oldum. Ən nəhayət, zavodun tikilməsi üçün 25 milyon dollar valyuta ayrılması haqqında Moskvada qərarqəbul olundu. Sonra eşitdim ki, Sovetlər İttifaqının Elektrotexnika Sənayesi Nazirliyi, bizim hörmətli dostumuzAleksey Antonov qərar çıxarıb ki, bu zavod Bakıda yox, Ukraynanın Zaporojye şəhərində tikilsin. Bunu biləndədəhşətə gəldim. Mən xeyli vaxt idi mübarizə aparıram, bu zavodun tikilməsi haqqında qərarlar çıxarmışam. İndiisə bu zavodu Ukraynada tikmək istəyirlər. Mən onunla mübahisəyə girdim ki, siz bunu nə üçün edirsiniz? Yenədə həmin sözləri eşitdim: siz bunu bacarmazsınız. Elektrotexnika Sənayesi Nazirliyinin Azərbaycanda bir-ikizavodu var və onlar yaxşı işləmir. Ona görə də bu zavod da o günə düşəcəkdir.109

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!