11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

mərasimdə iştirak edən şəxslərdən biriyəm. Bəlkə də burada ikinci belə bir şəxs yoxdur, bəlkə də var. Amma olabilər olmasın. O vaxtlar oraya uşaq yaşlarında gedənlər olub. Amma mən uşaq deyildim, cavan idim.Biz o gün nə qədər böyük iftixar hissi ilə sevinirdik ki, nəhayət, bizim Bakıda da belə gözəl, nəhəng, ovaxt üçün çox əzəmətli idman stadionu yaradılıb. Elə sonrakı illərdə də bu [234-235] qurğudan həmişə səmərəliistifadə olunub, orada nə qədər futbol yarışları keçirilib. Futbol oyunu keçiriləndə o stadion tamaşaçılarlaağzınadək dolu olurdu. Stadion 40 min yerlik olsa da, futbol görüşləri zamanı oraya 60 mindən çox adamyığışırdı. Mən bunların hamısının iştirakçısıyam. Vaxtilə futbol pərəstişkarları kimi gedib çətinliklə bilet taparaqo stadionda ayrı-ayrı cərgələrdə oturmuşam da, komandamızın təəssübünü də çəkmişəm. O yarışlarda sonrakıdövrlərdə də olmuşam, orada mitinqlər də keçirilib, o mitinqlərdə də iştirak etmişəm.Demək istəyirəm ki, bu stadion xalqımıza təxminən 40 il xidmət edibdir. Amma indi o, bir neçəquldurun əlinə keçibdir. Respublikamızın keçmiş başçıları da, nadan başçıları da düşünməyiblər.Axı o stadion onların gözləri qarşısında dağıdılırdı, niyə çalışmırdılar ki, dağıdılmasın? Stadionudağıdıblar, indi biz onun bərpası üçün nə qədər əziyyət çəkirik. Heç bilirsinizmi, nə qədər əziyyət çəkirik! Olabilərmi ki, bu böyüklükdə şəhərdə, iki milyondan artıq əhalisi olan şəhərdə biz mərkəzi stadionda futbol yarışıkeçirə bilməyək? Buna nə cür izahat vermək olar? Bu stadionu dağıdan adamlar kimə xidmət edirdilər –Azərbaycan xalqınamı, Bakı şəhərinəmi, Azərbaycan Respublikasınamı? O adamlar dar ağacındanasılmalıdırlar! O adamlara qarşı heç vaxt güzəşt ola bilməz! Onlar cavab verməlidirlər. Hesab edirəm ki, onlarməsuliyyətə cəlb olunmalıdırlar.Bu gün mən Respublika Prokurorluğuna, Nazirlər Kabinetinə, hüquq-mühafizə orqanlarına tapşırıram:10-15 gün müddətində araşdırma aparıb, yanvarın 15-dək mənə məlumat verməlisiniz ki, nə vaxt, nə cür, nəüçün, kimin günahı Üzündən, kimin qərarı ilə, kimin sərəncamı ilə bu stadionu o günə salıblar. Yuxarıdanaşağıyadək bütün adamlar cəzalandırılmalıdır. Əgər biz onları cəzalandırmasaq, onlar sabah başqa obyektləri dədağıdacaqlar. Onlar tək stadionu deyil, çox şeyləri də dağıdıblar. Amma bu gün biz idmandan danışdığımıza vəidmançılarla görüşdüyümə görə mən bu məsələni belə, çox narahatlıq hissi ilə qeyd edirəm.Bir də deyirəm, qurmaq çətindir. O stadionu tikib qurtarmaq üçün neçə illər lazım oldu. O stadionu tikibyaradan insanlar bunun üçün nə qədər böyük xidmət göstərdilər. O stadion neçə illər ərzində insanlara xidmətedibdir. Amma onu qısa bir müddətdə vurub dağıtdılar. İndi o adamlar hələ [235-236] də bizim aramızdagəzirlər, orada-burada özlərini qəhrəman kimi göstərirlər, yaxud da özlərini hörmətli adamlar kimi aparırlar.Onlara nifrət edilməlidir.Bir sözlə, biz idmana, kütləvi bədən tərbiyəsinə ciddi fikir verməliyik. Burada gənclər və idman naziriƏbülfəz Qarayevin çıxışında qaldırılan məsələlərə Nazirlər Kabineti baxmalı və qısa müddətdə lazımi tədbirlərgörməli, bu barədə mənə məlumat verməlidir. Xahiş edirəm, baxın, nə mümkündürsə, gəlin edək, nə də bu günmümkün deyildirsə, planlaşdıraq, görək nə vaxt edəcəyik. Yeni il başlayır və biz ölçüb-biçməliyik. Məndemirəm ki, hər şeyi bir gündə, bir ayda etmək olar. Ancaq biz işimizi elə qurmalıyıq ki, idman inkişaf etsin,kütləvi bədən tərbiyəsinin, idmanın inkişafı üçün lazımi maddi-texniki bazanı yaratmalı və genişləndirməliyik.Şübhəsiz ki, idmanın inkişafı üçün indi müxtəlif təşkilatlar, kommersiya strukturları da öz xeyirxahmünasibətini bildirməlidir. Güman edirəm ki, bildirəcəklər, çünki bu, ayrı-ayrı adamların şəxsi işi deyil,xalqımızın, Azərbaycanın ümumi işidir, milli işidir.Növbəti olimpiya oyunları Atlantada keçiriləcəkdir. Azərbaycan Respublikasının idmançıları olimpiyaoyunlarında ilk dəfə müstəqil komanda kimi iştirak edəcəklər. Bu, böyük hadisədir. Biz buna çox fikirverməliyik. Xatirimdədir, keçmişdə olimpiya oyunlarında Sovet İttifaqının komandasına Azərbaycandan 3-4nəfər daxil edildikdə biz buna sevinirdik və yığma komandada olan bizim idmançıların nailiyyəti də gözəçarpırdı, ya da çarpmırdı. Olimpiya oyunlarını siz də görmüsünüz, mən də görmüşəm. Olimpiya komandalarınınadətən paradı olur, hər komanda dəstə ilə gəlib öz ölkəsinin bayrağı ilə tribunaların qarşısından keçir. Gümanedirəm ki, Azərbaycan komandası layiqli bir komanda kimi Atlanta şəhərində olimpiya stadionunun tribunalarıönündən Azərbaycanın bayrağı ilə böyük iftixar hissi ilə keçəcəkdir. Ona görə də çox hazırlaşmaq lazımdır, çoxişlər görmək lazımdır.Olimpiya oyunlarında Azərbaycan komandasının layiqincə iştirak etməsi üçün bütün tədbirlərgörülməlidir və mən bu məsələni, bu vəzifəni də Nazirlər Kabinetinə tapşırıram. Baş nazirin özü şəxsən buişlərə baxmalı, lazımi tədbirlər görməli və həyata keçirilən tədbirlər barədə mənə məlumat verməlidir. Bizimhamımız çalışmalıyıq, çünki bir də deyirəm, bu, bizim ümummilli işimizdir, müstəqil Azərbaycanın böyükvəzifə[236-237]sidir. Buna görə də çalışmalıyıq ki, Atlanta oyunlarında Azərbaycanın milli olimpiya komandasılayiqli təmsil olunsun, layiqli iştirak etsin və bizə yeni-yeni çempion adları, yüksək adlar gətirsin. Ümidvaramki, biz buna nail olacağıq, çünki 1995-ci ildə əldə edilmiş nailiyyətlər və bu gün burada verilən məlumatlarböyük ümidlər yaradır. Biz Atlanta olimpiya oyunlarına bu ümidlərlə də hazırlaşacağıq.1995-ci ildə yüksək nailiyyətlər əldə etmiş idmançılarımıza bu uğurlar münasibətilə mən hədiyyələrvermişəm. Bu hədiyyələrin həcmi böyük olduğuna görə onların hamısını buraya gətirmək mümkün deyildir.Ancaq onların hamısı bu binadadır və mən Əbülfəz Qarayevə tapşırıram ki, mənim bu hədiyyələrimi bizimidmançılara çatdırsın. Bir hədiyyə Bakı şəhər icra hakimiyyəti tərəfindən hazırlanıbdır. Namiq Abdullayev,120

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!