11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

TÜRKİYƏ PREZİDENTİSÜLEYMAN DƏMİRƏLİNŞƏRƏFİNƏ RƏSMİ ZİYAFƏTDƏ NİTQ"Gülüstan" Sarayı7 dekabr 1995-ci ilHörmətli prezident, əziz dostumuz, qardaşımızSüleyman Dəmirəl!Hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar!Bu gün Azərbaycan dost Türkiyə Cümhuriyyətinin prezidenti, əziz qardaşımız Süleyman Dəmirəlinölkəmizə rəsmi səfəri münasibətilə əlamətdar tarixi bir gün yaşayır.Müstəqil Azərbaycan Respublikasının yarandığı gündən indiyə qədər keçən dörd il müddətində TürkiyəCümhuriyyəti ilə Azərbaycan Respublikası arasında olan dostluq, qardaşlıq əlaqələri gündən-günə inkişaf edir,güclənir və möhkəmlənir. Bu əlaqələr xalqlarımız, ölkələrimiz arasında olan tarixi köklər üzərində qurulmuşdurvə keçmiş tariximizin davamıdır. Əsrlər boyu bizim xalqlarımız bir kökdən olaraq, bir kökə mənsub olaraq, birdilə, bir dinə mənsub olaraq, bərabər yaşamışlar, sıx əlaqədə olmuşlar, bir-birinə kömək etmişlər, bir-birinədayaq olmuşlar və öz tarixlərini yaratmışlar.Xalqlarımızın adət-ənənələrinin bir-birinə bənzərliyi, eyniliyi, mədəniyyətimizin, elmimizin bir-birinə sıxbağlı olması bizi daim bərabər etmişdir. Azərbaycan xalqı öz tarixinin ən çətin dövrlərində Türkiyənin dəstəyinialmış, türk xalqının köməyini hiss etmiş, türk xalqının Azərbaycan xalqı ilə həmrəyliyini daim duymuşdur.Bizim keçmişimiz, tarixi əlaqələrimiz çox zəngindir. Lakin yeni mərhələdə ölkələrimiz arasında olan əlaqələrtamamilə başqa xarakter daşıyır.Dörd il bundan öncə Azərbaycan ilk dəfə müstəqilliyini əldə edərkən Türkiyə Cümhuriyyəti dünya ölkələriiçərisində birinci olaraq Azərbaycanın müstəqilliyini tanımış və Azərbaycanın müstəqilliyini başqa ölkələrintanıması üçün, beynəlxalq təşkilatların qəbul etməsi üçün lazımi səylər göstərmiş və bizə kömək etmişdir.Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayan zaman, hələ Azərbaycan [137-138] Sovetlər İttifaqınıntərkibində olduğu dövrdə Türkiyə Azərbaycan xalqı ilə həmrəyliyini bildirmiş, öz etiraz səsini dünyayaqaldırmış, Azərbaycanı dəstəkləmiş və Azərbaycanın haqq-ədalət işinə həmişə tərəfdar çıxmışdır. Ölkəmizmüstəqil dövlət olandan sonra Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında sıx əlaqələryaranmışdır. Bu əlaqələr getdikcə inkişaf edir, yeni nailiyyətlər gətirir, hər iki ölkə üçün faydalıdır vəümumiyyətlə, gələcəkdə daha faydalı olacaqdır.Qeyd etdiyim kimi, Azərbaycan Respublikası yeddi ildir ki, Ermənistan tərəfindən hərbi təcavüzə məruzqalmışdır. Azərbaycan ərazisinin iyirmi faizindən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.İşğal olunmuş torpaqlardan bir milyondan çox vətəndaşımız didərgin düşmüşdür, qaçqın vəziyyətində yaşayır.Onlar ağır həyat tərzi keçirirlər. Bu dövrdə Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı Azərbaycana həmişə dayaqolmuş, dəstək vermiş və beynəlxalq təşkilatlarda bizi müdafiə etmişdir. Biz bütün bu dostluq və qardaşlıqmünasibətlərinə görə Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına və Türkiyə dövlətinə daim öz minnətdarlığımızıbildirmişik və bu gün də bildiririk.Bütün bu əlaqələrin yaranmasında və inkişaf etməsində Türkiyə prezidenti, hörmətli cənab SüleymanDəmirəlin xüsusi fəaliyyəti və xüsusi rolu var. Azərbaycan hələ Sovet İttifaqının tərkibində olarkən SüleymanDəmirəl Azərbaycana nəinki maraq göstərmiş, diqqət yetirmiş, həm də 1967-ci ildə Türkiyənin baş naziri kimiSovetlər İttifaqına ilk dəfə səfər edərkən Azərbaycana gəlmiş, ölkəmizlə tanış olmuş, xalqımıza öz ehtiramınıbildirmişdir. Hörmətli Süleyman Dəmirəl ondan sonra da həmişə Azərbaycana diqqətli münasibət bəsləmiş,qayğı göstərmişdir. Qeyd etdiyim kimi, son illər, Azərbaycanın bu ağır dövründə o həmişə Azərbaycanlamaraqlanmış və Azərbaycan onun üçün doğma olmuşdur. Azərbaycanın müstəqil dövlət kimi tanınmasında dabaş nazir Süleyman Dəmirəlin xüsusi rolu, xüsusi fəaliyyəti olmuşdur. Bu müddətdə Azərbaycanda gedənproseslərin sağlam istiqamətdə həyata keçirilməsi üçün o, bir dost, bir qardaş kimi Azərbaycana həmişə özmünasibətini bildirmişdir.Bu gün hörmətli dostumuz Süleyman Dəmirəl prezident kimi Azərbaycana bizim dəvətimizlə ilk dəfə rəsmisəfərə gəlmişdir. Əvvəlki səfərlərdən bu səfərin fərqi ondan ibarətdir ki, Azərbaycan artıq dörd ildir müstəqil birdövlət kimi [138-139] yaşayır, Ermənistanla gedən müharibədə atəşkəs yaranmış və on doqquz aydır ki, bizatəşkəs rejimindəyik, insanlarımız müəyyən qədər rahat yaşayırlar. Müstəqil Azərbaycan Respublikasının ilkkonstitusiyası qəbul edilmişdir. Bu konstitusiya ümumxalq səsverməsi, referendum yolu ilə qəbul olunmuşdur.Azərbaycanı demokratik, hüquqi dövlət quruculuğu yolu ilə aparan konstitusiya, Azərbaycanda demokratiyanıinkişaf etdirən konstitusiya, Azərbaycanı xoşbəxt gələcəyə doğru aparan bir konstitusiya qəbul edilmişdir.71

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!