11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

BÖYÜK BRİTANİYANIN"EKONOMİST" JURNALININ MÜXBİRİNƏMÜSAHİBƏLondon1 dekabr 1995-ci ilSual: Sizcə, neft ehtiyatlarını ixrac etməyə başladıqdan sonra Azərbaycan nə qədərzənginləşəcək? Deyirlər ki, Azərbaycan dönüb Küveyt olacaqdır.Cavab: Mən şübhə etmirəm ki, Azərbaycan öz neft yataqlarının hamısından səmərəli istifadə etsə və onlarınixracını yaxşı təşkil edə bilsə zəngin olacaqdır. Küveyt Küveytdir, Azərbaycan isə Azərbaycandır. Nə üçünhamı özünü Küveytə bənzətməyə çalışmalıdır? Bəlkə gələcəkdə elə bir şərait yaranacaqdır ki, başqa ölkələrözlərini Azərbaycana bənzətməyə çalışacaqlar.Sual: Razılaşıram ki, Azərbaycan öz neft ehtiyatlarından səmərəli istifadə edərsə və onu ixrac edərsə,doğrudan da zəngin bir dövlətə çevrilər. Amma bəs bu, indiyədək niyə baş verməyib?Cavab: Bilirsiniz, Azərbaycan indiyə qədər də çox neft istehsal edibdir. Azərbaycan dünyada sənaye üsuluilə neft çıxaran, istehsal edən ilk ölkədir. Siz dediniz ki, bu sahə ilə məşğul olursunuz. Güman edirəm, sizinüçün maraqlı olar ki, Azərbaycanda ilk neft fontanı 1848-ci ildə olmuşdur. O vaxt dünyanın heç bir yerində neftçıxmırdı. Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında neft 1858-ci ildə fontan vurubdur. XIX əsrinikinci yarısında bizdə neft istehsalı o vaxtın ölçülərinə görə o qədər böyük olubdur ki, dünyanın çox böyükşirkətləri Azərbaycana gəliblər, işləyiblər. Nobel qardaşları 1870-ci illərdə Azərbaycanda öz fəaliyyətlərinəbaşlayıblar. Onların o vaxt tikdikləri binalar, yaratdıqları bəzi obyektlər indiyədək durur.XX əsrin əvvəlində Azərbaycan neft istehsalını daha da çoxaldıbdır. Ancaq Sovet hakimiyyəti qurulandansonra və Azərbaycan Sovetlər İttifaqının tərkibinə keçəndən sonra şüb[70-71]həsiz ki, Azərbaycanın bütün neftsənayesi Sovetlər İttifaqının iqtisadiyyatına, onun sənayesinə xidmət edibdir. Bu fakt da sizin üçün yəqinmaraqlı olar ki, İkinci dünya müharibəsində Sovetlər İttifaqı Almaniya ilə müharibə edəndə, faşist AlmaniyasıSSRİ-yə hücum edəndə və sonrakı dövrdə gedən müharibədə (bu müharibə isə motorlar – tanklar, təyyarələrmüharibəsi idi) Sovetlər İttifaqının neftə və neft məhsullarına olan tələbatının 70-80 faizini Azərbaycan verirdi.Çoxları belə fikirdədir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində bəlkə də Sovetlərİttifaqı alman faşizminə qalib gələ bilməzdi. Dənizdən, suyun altından da neftin çıxarılması ilk dəfəAzərbaycanda olmuşdur. 1949-cu ildə Xəzər dənizində ilk böyük neft fontanı olmuşdur. O vaxt indi BöyükBritaniyanın ətrafında dənizdən neft çıxarılan buruqların heç biri yox idi. Norveçin "Statoyl" şirkəti də indidənizdən bu qədər ki, neft çıxarır, bunlar da o vaxt yox idi. Ancaq iş burasındadır ki, Azərbaycan SSRİ-nintərkibində olanda bu neft bütün Sovetlər İttifaqına məxsus idi. O vaxt Azərbaycan müstəqil dövlət deyildi. Onagörə də respublikamızda istehsal olunan neft Sovetlər İttifaqının ehtiyaclarının ödənilməsinə sərf edilirdi.İndi Azərbaycan müstəqil dövlətdir. Özü öz sərvətlərinin sahibidir. Azərbaycan yeni bir iqtisadi sisteməsasında özünün neft yataqlarında xarici neft şirkətləri ilə müştərək iş aparır, neft hasilatını artırmaq istəyir.Sual: Cənab prezident, Qərb neft şirkətlərinin Azərbaycanda neft istehsal etməsi üçün ekolojibaxımdan texniki problemlər, çətinliklər yoxdur. Lakin Qərb şirkətlərində bir narahatlıq var. Bunarahatlıq isə siyasi risklə bağlıdır. Siyasi risk deyən zaman mən bir sıra dövlətlərin regiona, sizinbölgənizə, Azərbaycan neftinə olan marağını nəzərdə tuturam. Siz Qərb neft şirkətlərinin bunarahatlığına necə cavab verərdiniz?Cavab: Bilirsiniz, başqa ölkədə sərmayə qoymaq istəyən hər bir şirkət müəyyən qədər riskə gedir. Ancaqbu riskin həcmi, onun böyüklüyü-kiçikliyi əsas əhəmiyyət kəsb edir. Bu siyasi riskdən heç kəs azad deyil. Bəzənbir təbii fəlakət də hər bir şeyi dağıda bilir. Doğrudur, bu, siyasi risk məsələsi ilə əlaqədar deyil. Amma həryerdə iş görülərkən bunun özü də nəzərə alınmalıdır. O ki, qaldı xarici neft şirkətlərinin Azər[71-72]baycanda işgörməklə əlaqədar siyasi riskinə, bu, çox minimaldır.Birincisi, siyasi risk hər bir ölkənin daxili ictimai-siyasi vəziyyəti ilə əlaqədardır. Mən bunu deyə bilərəm,Adam Smit İnstitutunun keçirdiyi konfransda da bəyan etdim ki, indi Azərbaycanda daxili ictimai-siyasivəziyyət sabitdir. Bu, bizim noyabrın 12-də ilk dəfə qəbul etdiyimiz konstitusiya ilə qorunur, qanunlarla, hüquqnormaları ilə, demokratiya prinsiplərinin həyata keçirilməsi ilə qorunur. Bu ictimai-siyasi sabitlik eyni zamandahakimiyyətin gücü, səlahiyyətləri ilə qorunur. Konfransda çıxış edərkən mən bir prezident kimi hamıya zəmanətvermişəm ki, gəlib Azərbaycanda rahat iş görmək olar. Biz bunun üçün bütün şəraiti yaradırıq.Şübhəsiz, narahat edən cəhət bir də ondan ibarətdir ki, Ermənistan ilə Azərbaycan arasında yeddi ildir hərbimünaqişə mövcuddur. Biz bu hərbi münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Güman edirəm artıq dünyaictimaiyyəti inanır ki, biz bu münaqişəni sülh yolu ilə həll edə bilərik. Çünki yeddi il davam edən bumüharibədə bir il yarım bundan öncə, 1994-cü ilin mayın 12-də atəşin dayandırılması haqqında, yəni müvəqqəti39

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!