11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Biz Azərbaycanda Gürcüstanı sevdiyimizə görə, gürcü xalqına əsrlər boyu böyük hörmət etdiyimizə görəGürcüstanda gedən prosesləri daim çox maraqla izləmiş və çalışmışıq ki, bu proseslərin normal istiqamətdəgetməsi üçün kənardan da olsa həm öz həmrəyliyimizi bildirək, həm də dost əlimizi uzadaq. Ona görə də indiartıq Gürcüstanda ictimai-siyasi sabitlik bərqərar olduğu üçün, bir çox proseslərin qarşısı alındığı üçün vəölkəmizdə demokratik hüquqi dövlət quruculuğu sürətlə həyata keçirildiyi üçün, Gürcüstanda dövlətmüstəqilliyinin möhkəmləndirilməsi yolunda çox gərəkli addımlar atıldığı üçün biz bir qonşu kimi, dost kimiürəkdən sevinirik və mən Azərbaycan xalqı adından sizi bu nailiyyətlər münasibətilə ürəkdən təbrik edirəm.Əmin ola bilərsiniz ki, biz, azərbaycanlılar, Azərbaycan xalqı dostluğa sadiqik və dostluğumuzun əbədiolması üçün bundan sonra da əlimizdən gələni edəcəyik.Azərbaycanda çıxarılan təbii qaz 1959-cu ildə ilk dəfə Gürcüstan torpağına gəldi, Tbilisidə ilk dəfə olaraqqaz məşəli yandırıldı. İndi isə bizim ölkələrimiz müstəqil dövlətlər olduğu bir zamanda Azərbaycanın zənginneft yataqlarından çıxarılan neftin Gürcüstan ərazisindən keçməsi haqqında və böyük neft kəmərinin çəkilməsihaqqında qəbul edilmiş qərar da Azərbaycan ilə Gürcüstan arasında, xalqlarımız arasında mövcud dostluq vəqardaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir. [429-430]Şəxsən mən ən gənc yaşlarımdan Gürcüstana, gürcü xalqına çox böyük hörmət və ehtiram hissi iləyanaşdığıma görə bu hisslərimin keçmişdə də əməli surətdə həyata keçirilməsinə çalışmışam, indi də çalışıramvə gələcəkdə də çalışacağam. Bizim dostluğumuzun gözəl nümunələrindən biri də Gürcüstanda yaşayanazərbaycanlılara göstərilən qayğı və diqqətdir. Biz bu gün mənim dostum, cənab Eduard Şevardnadze iləbərabər, Azərbaycanın dəyərli şəxsiyyətləri olan Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin və ilkAzərbaycan Demokratik Respublikasının baş naziri, 1920-ci ildə Tbilisidə erməni terrorçularının gülləsindənhəlak olmuş Fətəli xan Xoyskinin məzarlarını ziyarət etdik.Buraya toplaşan azərbaycanlıların və bu gün məsciddə olan azərbaycanlıların hamısı Azərbaycan xalqınınadət və ənənələrini, o cümlədən Azərbaycan xalqının dəyərli şəxsiyyətlərinin ruhunu və qəbirlərini Gürcüstantorpağında qoruyub saxladığınıza görə sizə böyük minnətdarlıq və təşəkkürlərini bildirirlər. Şübhəsiz ki, busahədə alimlərin, müəllimlərin, Gürcüstan ziyalılarının xüsusi rolu var və mən sizə Azərbaycan xalqı adındanminnətdarlıq və təşəkkürümü yetirirəm.Burada Tbilisi universitetində təhsil alan gənc bir azərbaycanlı çıxış etdi. Bu, məni sevindirdi ki, Gürcüstantorpağı burada yaşayan azərbaycanlıların da vətənidir və azərbaycanlılar bu son illərdə, Gürcüstanda çox ağırvəziyyət olduğu dövrdə də Gürcüstan torpağını heç vaxt tərk etməmişlər. Eyni zamanda Gürcüstanda əminamanlıqbərqərar olduğuna görə həddindən artıq sevinmiş və bu əmin-amanlığın yaranması üçün əllərindəngələni etmiş, Gürcüstan parlamentinə seçkilərdə, Gürcüstan prezidentinin seçkilərində iştirak etmişlər. Mənəverilən məlumatlara görə, Gürcüstanda yaşayan azərbaycanlıların 99 faizi Eduard Şevardnadzenin Gürcüstanprezidenti seçilməsinə səs vermişdir. Bütün bunlar, bir tərəfdən, əziz dostlarım, sizin tərəfinizdən, Gürcüstandövləti tərəfindən, hər bir gürcü tərəfindən azərbaycanlılara göstərilən diqqətin və qayğının təzahürüdür, digərtərəfdən isə Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan vətəndaşı kimi öz üzərinə düşən vəzifələrilayiqincə yerinə yetirdiyini nümayiş etdirir.Bunların hamısı birlikdə gürcü – Azərbaycan dostluğu deməkdir. Zənnimcə, dünən və bu gün biz budostluğun daha da möhkəmlənməsi üçün çox dəyərli addımlar atdıq. Hörmətli alimlər, hörmətli universitetrəhbərləri, bu münasibətlə sizinlə [430-431] görüşmək mənim üçün unudulmaz bir hadisədir. Bu görüşmünasibətilə, sizin mənə göstərdiyiniz bu diqqət və hörmətə görə sizə bir daha təşəkkür edirəm. Sizi əminedirəm ki, mən bu günləri heç vaxt unutmayacağam və Gürcüstan ilə Azərbaycan arasında olan əlaqələrin,dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.Burada Gürcüstanın görkəmli alimi Maryam xanım Lordkipanidze çox dəyərli sözlər dedi. Mən Gürcüstanvə Azərbaycan alimlərinin, universitetlərinin əlaqələrinin möhkəmləndirilməsi və inkişafı ilə bağlı təkliflərinəzərdə tuturam. Mən bu təklifləri məmnuniyyətlə qəbul edirəm və hesab edirəm ki, bizim ölkələrimizinalimlərinin, ziyalılarının, elm və mədəniyyət xadimlərinin, o cümlədən universitetlərin, akademiyalarınəlaqələrinin daha da sıx olması xalqlarımız və ölkələrimiz arasında əlaqələrin daha da sıx olması üçün çoxlazımdır. Mənim tərəfimdən siz bu sahədə hər bir dəstəyi ala bilərsiniz.Sizə bir daha təşəkkür edirəm. Elmə, mədəniyyətə, ali təhsilə öz hörmət və ehtiramımı bildirirəm. Gürcüstanalimlərinə daim olan hörmət və ehtiramımı bildirirəm. Sizə cansağlığı və xoşbəxtlik arzulayıram. Çox sağ olun,təşəkkür edirəm. Gələn görüşlərədək.Şota Rustavelinin dövründə yaşayıb-yaratmış, Azərbaycan xalqının böyük şairi Nizami Gəncəvinin portretitoxunmuş xalçanı bu görüşümdən yadigar olaraq Tbilisi Dövlət Universitetinə bağışlayıram. [431-432]216

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!