11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

yaxşılaşdırılması üçün yeni şərait əldə olunacaqdır. Mən buna əminəm, buna inanıram və bu inamla da 1996-cıildə biz öz işimizə başlayacağıq.Respublikamız son illər ağır vəziyyətdə, müharibə şəraitindədir, bir milyondan çox vətəndaşımız qaçqındır,onlar ağır şəraitdə yaşayırlar. Bizi daim düşündürən, narahat edən onların vəziyyəti və öz yerlərinə, yurdlarınaqayıtmasıdır. Qeyd etdiyim kimi, fəaliyyətimizin əsas istiqaməti bundan ibarətdir və əmin ola bilərsiniz ki,1996-cı ildə bu sahədə səylərimiz daha da artacaqdır.Beləliklə, biz 1996-cı ilə böyük ümidlərlə, arzularla gedirik və istərdim ki, Azərbaycanın hər bir vətəndaşınikbin əhval-ruhiyyə ilə yaşasın. Nikbinlik üçün əsas var. Çünki, bir də deyirəm, biz müstəqilliyimizimöhkəmləndirmişik, ölkəmizin daxilində ictimai-siyasi sabitliyi əldə etmişik, buna nail olmuşuq. Xalqımızı birçox cinayətkar qruplardan, dəstələrdən, hadisələrdən xilas etmişik. Əmin-amanlıq şəraiti yaratmışıq, insanlarınsakit yaşaması üçün imkanlar yaratmışıq və bundan sonra da yaradacağıq. Ona görə də nikbinlik üçün əsas var.Şübhəsiz ki, 1995-ci ildə əldə olunmuş nailiyyətlər bizi qane etməməlidir və şəxsən məni qane etmir. Mən onailiyyətlər haqqında deyərkən xalqımızda, millətimizdə gələcəyə inam yaratmaq istəyirəm. İnam yaratmaqüçün də əsasımız var. Bir də qeyd edirəm, əgər biz 1993-cü ildə vətəndaş müharibəsindən xilas olduqsa, 1994-cu ildə respublikamızı bir neçə dəfə dövlət çevrilişi cəhdlərindən xilas etdiksə, 1995-ci ildə bir neçə dövlətçevrilişinin qarşısını aldıqsa və cinayətkar qrupları aradan götürdüksə, respublikamızı bu cinayətkar qruplardan[249-250] müəyyən qədər təmizlədiksə, xalqımızda ümumi həmrəylik, milli həmrəylik hissləri yarada bildiksə,gələcəyə böyük ümidlər bəsləməyə bizim haqqımız, əsasımız var.Məni sevindirən hal odur ki, artıq insanlar rahat yaşayırlar, bir-biri ilə mehribandırlar. Keçmiş illərdə olan oədavət, qorxu, düşmənçilik hissiyyatları aradan götürülübdür. Əgər biz bunların hamısına nail olmamışıqsa da,ancaq çox irəliyə getmişik, çox şeylərə nail olmuşuq. Ümumxalq səsverməsi yolu ilə müstəqil AzərbaycanRespublikasının ilk konstitusiyasının qəbul olunması və demokratik prinsiplər əsasında AzərbaycanRespublikasının ilk parlamentinin seçilməsi respublikamızın həyatında, xalqımızda milli həmrəyliyin, vətəndaşhəmrəyliyinin, milli birliyin artıq mövcud olduğunu göstərir.Ancaq eyni zamanda, bunlar bizdə sayıqsızlıq hissləri yaratmamalıdır. Hələ bizim respublikamız çoxtəhlükələrdən xilas olmayıb. Azərbaycan Respublikasının dünya miqyasında müstəqil siyasət aparması çoxdairələri narahat edir. Bizim müstəqilliyimizi əlimizdən almaq, yaxud onu məhdudlaşdırmaq üçün hələ dəcəhdlər göstərilir. Bu, təkcə ayrı-ayrı dövlətlərdə olan müxtəlif dairələrin məramları, niyyətləri deyil, təəssüfolsun ki, həm respublikamızın daxilində, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan, xalqımıza mənsubolan ayrı-ayrı qrupların da niyyətləri və məramlarıdır. Ona görə də dövlət müstəqilliyimizi qorumaq bizim əsasvəzifəmizdir və bu gün sizi əmin edirəm ki, mən bir prezident kimi bunun keşiyində daim duracağam və bunuözüm üçün müqəddəs vəzifə hesab edirəm.Respublikamızda qarışıqlıq yaratmaq, Ermənistanın təcavüzünü yenidən gücləndirmək və respublikamızabəzi şərtləri qəbul etdirmək üçün təzyiq göstərmək istəyən qüvvələr də var. Bunları da unutmaq lazım deyil.Ona görə də biz birliyimizi daha da möhkəmləndirməliyik. Bizim əsas məqsədimiz, amalımız haqqında daimdüşünməliyik və onu heç vaxt unutmamalıyıq. Ona görə də sayıqsızlığa yol vermək olmaz.Biz nailiyyətlərimizi əlimizdə saxlamalıyıq. Amma eyni zamanda bilməliyik ki, hələ bizim qarşımızdaduran vəzifələr də çoxdur və gələcəkdə gedəcəyimiz yol da hələ ağırdır, çətindir. Ona görə biz bir tərəfdənrahat, sakit olmalıyıq. Hər bir təxribatın, respublikamıza [250-251] qarşı hər bir mənfi münasibətin qarşısınıalmağa hazır olmalıyıq. Bunları hər bir vətəndaş bilməlidir.Vətəndaşlarımız bundan sonra da vətənpərvərlik hissi ilə, vətəni, milli azadlığımızı, milli varlığımızıqorumaq hissi ilə yaşamalıdırlar. Bu hisslər hər bir vətəndaşın, hər bir azərbaycanlı insanın həyatının mənasıolmalıdır. Məhz bu yolla biz xalqımızı daha da sıx birləşdirə bilərik və qarşımızda duran vəzifələri həyata keçirəbilərik.Mən bu gün, Yeni il axşamı bildirmək istəyirəm ki, respublikamızın ağır sosial-iqtisadi vəziyyəti iləəlaqədar əhalimizin bir hissəsi çətin, ağır maddi şəraitdə yaşayır. Biz bunu bilirik. Bu, şəxsən məni rahatqoymur, məni incidir. Ancaq xalqımız əmin olmalıdır ki, bütün bu çətinlikləri aradan götürmək, əhalimizinbütün təbəqələrinin rifahını yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik və mən bundan sonra da əlimdən gələniəsirgəməyəcəyəm. Əmin ola bilərsiniz ki, bunlara nail olmaq üçün bizim imkanlarımız var və 1996-cı ildə buimkanları hərəkətə gətirmək üçün biz lazımi tədbirlər görəcəyik.Bir sözlə, 1995-ci ili biz məmnuniyyət hissi ilə yola salırıq, 1996-cı ili nikbinliklə qarşılayırıq. Yeni ilmünasibəti ilə sizin hamınıza nikbinlik arzulayıram, xoş niyyətlər arzulayıram, xoş əhval-ruhiyyə arzulayıram.Mən Yeni il münasibətilə salamlarımı və təbriklərimi Azərbaycan Respublikasının müstəqilliyinin,torpaqlarımızın keşiyində duran, cəbhə bölgəsində olan Azərbaycan Milli Ordusunun əsgərlərinə, zabitlərinə,Milli Orduda xidmət edən övladlarımıza çatdırıram. Əziz döyüşçülərimiz, əsgərlərimiz, mən sizi Yeni ilmünasibətilə ürəkdən təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, müstəqil Azərbaycanınhüdudlarının, torpaqlarının keşiyində siz bundan sonra da cəsarətlə duracaqsınız.Son illərdə respublikamızın müstəqilliyinin qorunmasında, torpaqlarımızın müdafiəsində, milli azadlıquğrunda Azərbaycan xalqı şəhidlər verib. Son vaxtlarda dövlət çevrilişinə cəhd göstərən qüvvələrin qarşısını127

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!