11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

"AZƏRBAYCANDA İNVESTİSİYAİMKANLARI" BEYNƏLXALQKONFRANSINA HƏSR OLUNMUŞMƏTBUAT KONFRANSILondon29 noyabr 1995-ci ilSual: Mən Londonda çıxan "Yurpien" qəzetinin müxbiriyəm. Sualım sizə xeyli mürəkkəbgörünəcəkdir. Avropada Əməkdaşlıq və Kooperasiya Təşkilatı Azərbaycanda seçkilərə dair özünün sonhesabatını dərc etmiş və bu seçkiləri ədalətsiz elan etmişdir. Mən bilirəm ki, bu hesabat Xarici İşlərNazirliyinə verilmişdir. Hesabatda deyilir ki, Azərbaycanla işgüzar əlaqələri inkişaf etdirmək qorxulu olabilər, çünki seçkilərlə bağlı problemlər ortaya çıxır. Seçkilərin yalan elan edildiyini nəzərə alaraq, buməsələ barədə sizin fikrinizi bilmək istərdim.Cavab: Sizin sualınız təəccüb doğurur, çünki adını çəkdiyiniz bəyanat barədə bizə heç nə məlum deyildir.Azərbaycanda seçkilər baş tutub, parlament seçilib, öz fəaliyyətinə başlayıbdır. Noyabrın 24-də onun ilk iclasıolubdur. Seçkilər zamanı bir çox ölkələrdən, o cümlədən beynəlxalq təşkilatlardan müşahidəçilər ayrı-ayrıqüsurların, qanun pozuntularının olmasını qeyd edibdir, ayrı-ayrı şikayətlər də olubdur. Lakin sizin dediyinizkimi bəyanat olmayıbdır. Biz bu barədə heç nə bilmirik.Bizdə Avropa Parlamentinin, Fransanın parlament nümayəndə heyətinin bəyanatları var, ATƏT vəBirləşmiş Millətlər Təşkilatı nümayəndələrinin də bəyanatı var. Bunların hamısında seçkilər zamanı olanqüsurlar qeyd edilibdir. Bir də ki, bu müstəqil Azərbaycan Respublikasında çoxpartiyalılıq əsasında, demokratikprinsiplər üzrə keçirilən ilk seçkilər idi. Şübhəsiz ki, qanun pozuntuları da, nöqsanlar da olubdur. Ancaq bütünbəyanatlarda qeyd olunan bir müddəa bizim üçün çox mühümdür, yəni müşahidəçilər bu seçkiləridemokratiyaya [33-34] doğru, demokratiya yolunda atılmış addım hesab edirlər. Biz bunu normal hesab edirik.Sizə deyə biləcəyim yalnız bunlardır.Sual: Mən başqa bir məsələyə – Azərbaycanın gələcək tərəqqisi məsələsinə toxunmaq istərdim. Necəbilirsiniz, əsas boru kəmərinin marşrutu barədə qərar nə vaxt qəbul olunacaq. Siz hansı marşrutaüstünlük verirsiniz və bu barədə qərar tez qəbul ediləcək ki, sizi özünüzün neft ehtiyatlarınızdan mənfəətgötürəsiniz? Çox sağ olun.Cavab: Boru kəmərinin, yəni neftin ixracının marşrutları haqqında qərar oktyabrın 9-da Bakıdakonsorsiumun rəhbər əməliyyat komitəsinin iclasında qəbul olunubdur. İlkin neftin ixracı üçün neft kəmərininiki marşrutu seçilmişdir. Marşrutlardan biri Rusiya ərazisi ilə Qara dəniz sahilindəki Novorossiysk limanına,digər marşrut isə Gürcüstan ərazisi ilə yenə Qara dənizə çıxır. Bu marşrutların hər ikisi bizim üçün eynidərəcədə əhəmiyyətlidir və əslində də bu barədə qərar qəbul olunubdur. Hesab edirəm ki, artıq bu qərar genişməlumdur və mən bugünkü çıxışımda da bu barədə danışdım. Neft müqaviləsinin proqramına uyğun olaraqAzərbaycanda ilkin neft 1996-cı ilin sonunda çıxarılacaq, 1997-ci, 1998-ci illərdə onun həcmi artacaqdır. Həminiki neft kəməri o vaxtadək hazır olacaq və şübhəsiz ki, çıxarılan neft ixrac ediləcək və buna müvafiq olaraq bizmənfəət götürəcəyik.Budur, baş nazir mənə deyir ki, konsorsiumun əməliyyat komitəsinin rəhbəri cənab Terri Adams sabah bukonfransda bu məsələ barədə çıxış edəcəkdir.Sual: "Plats" şirkəti İranla sizin münasibətlərinizin vəziyyətini öyrənmək istərdi. Sizcə, İran"Şahdəniz" layihəsində iştirak etməyi qərara alacaqmı?Cavab: Azərbaycanın İranla mehriban qonşuluq , dostluq münasibətləri var, normal münasibətləri var.Azərbaycan ilə İran arasında uzun sərhəd var, bizim tarixi əlaqələrimiz var. Azərbaycanın keçmişi bir çoxcəhətdən İranla bağlı olubdur. Bütün bunlar bizim bugünkü münasibətlərimizin əsasını təşkil edir. Şübhəsiz ki,bu münasibətlər iki müstəqil dövlət – İran ilə Azərbaycan Respublikası arasında olan münasibətlərdir. Biziqtisadi əməkdaşlığı, ancaq qarşılıqlı surətdə faydalı, həm İranın, həm də Azərbaycanın mənafelərinə cavabverən əməkdaşlığı inkişaf etdirmək üçün tədbirlər görürük. O ki [34-35] qaldı "Şahdəniz" yatağının neft və qazehtiyatlarından istifadə etmək üçün yaradılacaq konsorsiumda İranın iştirakı məsələsinə, bu, İranın özündənasılıdır. İrana belə bir təklif edilibdir.Sual: "Azadlıq radiosu" – Axundova. Hörmətli cənab prezident, Azərbaycanın iqtisadi inkişafı, genişmiqyasda özəlləşdirmə ərəfəsində siz Qərbə – Böyük Britaniya və Fransaya səfər edirsiniz. Bu odeməkdirmi ki, siz Azərbaycanda əsaslı bazar islahatları keçirilməsində məhz Qərbə üstün əhəmiyyətverirsiniz və bu konfransda iştirak etməkdən əlavə, Böyük Britaniya və Fransaya səfərinizdə sizdən ötrükonkret olaraq üstün cəhət nədir? Sağ olun.22

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!