11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

mənfəətini axtarır. Bu mənfəəti də əldə etmək üçün o bilməlidir ki, qoyduğu kapitaldan nə götürəcək və onugötürmək nə dərəcədə əlverişlidir, münasibdir. Bunları sübut etməliyik. Bu, asan məsələ deyildir. Yəni təminat,hüquqi təminat olmalıdır.Məsələn, indi respublikamızda yaranmış iqtisadi-siyasi sabitlik, müharibənin dayandırılması, yəni ilyarımdan artıq müddətdə atəşkəs rejiminə əməl edilməsi – bütün bunlar dünya investorlarına Azərbaycanladoğrudan da uzunmüddətli əməkdaşlıq etmək üçün şəraiti yaratmışdır. Onlar bu şəraiti görürlər. Amma bizbunları izah edəcək, bildirəcəyik və danışıqlar aparacağıq.Ola bilsin ki, müəyyən təkliflər, müəyyən layihələr yar. Biz onlara baxacağıq. Əgər onlar əlverişli olsa,güman ki, orada qərar qəbul edə bilərik, yaxud investorları Azərbaycana dəvət edərik.Londondan sonra mənim Parisə səfərim var. Orada Beynəlxalq Bank böyük bir toplantı, elə Londonkonfransına bənzər toplantı keçirəcək. O da məhz Azərbaycana həsr olunubdur. Bunun çox böyük əhəmiyyətivar. Çünki Beynəlxalq Bankın öz təşəbbüsü ilə Azərbaycana, xüsusən özəl sektora investisiya qoyulmasıməsələsinə toxunulacaqdır. Paris toplantısının əsas xüsusiyyəti ondan ibarətdir ki, orada özəl sektora investisiyaqoyulması məsələləri ön sıraya çəkiləcək, daha mühüm yer tutacaqdır. Oraya da bir çox beynəlxalq bankların,ayrı-ayrı böyük bankların nümayəndələri dəvət edilibdir. Mən orada da bu işlərlə məşğul olacağam. Şübhəsiz ki,orada da bir çox dövlət dairələrinin nümayəndələri ilə görüşəcəyəm. [20-21]16

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!