11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

"AZƏRBAYCANDA İNVESTİSİYAİMKANLARI" BEYNƏLXALQKONFRANSINDA YEKUN NİTQİLondon30 noyabr 1995-ci ilHörmətli xanımlar və cənablar!Mən çox böyük məmnunluq hissi keçirirəm ki, Londonda Adam Smit İnstitutunun təşəbbüsü ilə beləmötəbər konfrans – Azərbaycanın problemlərinə, iqtisadi inkişaf problemlərinə, müstəqil AzərbaycanRespublikasının gələcəyinə həsr edilmiş konfrans keçirilmişdir.Biz dünya birliyində bərqərar olmaq, öz layiqli yerimizi tapmaq üçün, təbii ki, bütün bunlardanrespublikamızın inkişafı, xalqımızın rifahı naminə istifadə etmək üçün öz tariximizin – müstəqillik tariximizinqısa dövründə çox tədbirlər həyata keçirmişik. Bu tədbirlər öz nəticələrini verir. Biz dünya birliyinin tamhüquqlu üzvüyük. Biz, demək olar, bütün beynəlxalq təşkilatlarda iştirak edirik. Biz dünyanın bir çox ölkələriilə, xüsusən iqtisadiyyatı və demokratik ənənələri inkişaf etmiş olan ölkələrlə səmimi münasibətlər yaratmışıq.Lakin biz hələ daha böyük yol keçməliyik ki, dünya birliyində öz yerimizi daha da möhkəmlədək,bugünkü Azərbaycanı həm dövlət quruluşu, həm ictimai-siyasi həyat, həm iqtisadi baxımdan yenidən quraq vəxüsusən iqtisadiyyatın intensiv inkişafını beynəlxalq standartlara müvafiq surətdə təmin edək, – bu isə bütünhəmin məqsədlərə çatmaq üçün ən mühüm amildir, – yəni bazar iqtisadiyyatının inkişaf et-dirilməsinə, bazariqtisadiyyatı islahatlarının həyata keçirilməsinə yönəldilmiş strateji xəttin yeridilməsinə ardıcıl surətdəçalışmalıyıq.Biz aydın təsəvvür edirik ki, biz bu yolun başlanğıcındayıq. Aydın başa düşürük ki, qarşıda hələ çoxişlər və təbii olaraq, çox çətinliklər durur. Lakin bununla yanaşı biz bu yolu kifayət qədər aydın, onun bizimüçün kifayət qədər əlverişli olduğunu görürük. Odur ki, ikinci gündür burada, Londonda, Adam [49-50] Smitİnstitutu çərçivəsində keçirilən məhz bu konfrans bizdə inam yaradır.İki gündür ki, bir çox ölkələrin, işgüzar dairələrin, maliyyə mərkəzlərinin, dünyanın ən iri şirkətlərininnümayəndələri burada, bu salonda Azərbaycanın imkanlarını səbirlə, eyni zamanda böyük maraq və qətiyyətləöyrənməyə çalışırlar. Bu iki gündə Azərbaycan nümayəndələri əzmlə çalışırlar ki, sərmayələr qoymaq üçün,müştərək layihələr həyata keçirmək üçün, sıx iqtisadi inteqrasiya üçün Azərbaycanda olan imkanları, şəraiti buməclisə gələnlərə, burada toplaşanlara izah etsinlər. İndi, konfrans işini başa çatdırdığı və biz ona yekunvurduğumuz bir vaxtda tam inamla demək olar ki, qarşıya qoyulmuş məqsədə çatılmışdır. Tam inamla deməkolar ki, konfrans baş tutmuş, uğurlu olmuşdur.Sözün düzü, mən buraya, bir tərəfdən, böyük ümidlə və təbii olaraq, inamla, digər. tərəfdən isə,müəyyən şübhə hissi ilə gəlmişdim: Adam Smit İnstitutu belə mötəbər konfrans keçirir, dünyanın hər yerindənişgüzar adamları, maliyyə mərkəzlərinin nümayəndələrini dəvət etmişdir. Bəs konfrans necə olacaq, baştutacaqmı? Biz uzun illər ərzində sosialist cəmiyyəti sistemində yaşamışıq, mən tarixdən də, öz keçmişimizdəndə bilirəm ki, belə konfranslar, belə böyük tədbirlər adətən cidd-cəhdlə, səylə hazırlanır, – mən onu nəzərdətuturam ki, bizim keçmiş zamanlarımızda məhz belə olmuşdur, – adamlar müəyyənləşdirilir. Bu tədbirə, hərhansı digər konfransa gəlmək onlar üçün icbari səciyyə daşıyır. Həyatımızın əsas hissəsini yaşadığımız keçmişSovet İttifaqında, sosialist cəmiyyətində belə olmuşdur.Buna görə də onu və keçmişdə məndə olmuş təəssüratları əsas tutaraq güman edirdim ki, konfrans necəolacaqdır.Nəhayət, yenə də keçmişi əsas tutaraq deyim ki, konfransın başlanğıcı adətən çox fəal olur, amma sonraiştirakçıların sıraları tədricən seyrəlir, adamların sayı azalır və nəhayət məclisin sonuna yaxın əslində ancaq ənfəallar qalırlar. Təkrar edirəm, əgər bu, icbari xarakter. daşımırsa. Düzdür hətta o dövrlərdə, bizim keçmiş Sovetİttifaqında yuxarıdan aşağıyadək ciddi nizam-intizam olmasına baxmayaraq, müxtəlif bəhanələrlə beləkonfransların yarısından çıxıb getməyə müvəffəq olurdular. Halbuki konfransın sonu başlanğıcından əməllibaşlıfərqlənirdi.Şübhələnmək üçün mənə müəyyən dərəcədə əsas verən də [50-51] məhz keçmişdəki müşahidələrimolmuşdur, necə olacaq, nə olacaq. Sizə açığını deyim, mən belə mötəbər beynəlxalq konfransda ilk dəfə iştirakedirəm. Təbii ki, əvvəllər böyük hökumət nümayəndə heyətlərinin başçısı kimi hansısa bir ölkə tərəfindən təşkilolunan qurultaylarda, konfranslarda iştirak edirdim. Amma çox nüfuzlu, əlbəttə, hörmətli institut tərəfindənhazırlanmış və keçirilən belə konfrans, açığını deyim, bizim üçün hadisədir, ən yüksək qiymətə layiq hadisədir.Bu elə bir konfransdır ki, sponsorlar tərəfindən himayə edilir və buraya marağı olan çoxlu adam gəlmişdir. İkigün ərzində onlar bütün çıxışları diqqətlə və səbirlə dinləmişlər. Elə biz də konfransa hansı heyətləbaşlamışdıqsa, onu təxminən həmin heyətlə də başa çatdırırıq.29

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!