11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bu gün Bakı Dövlət Universiteti bizim qonağımız Saparmurad Niyazova həmin universitetin fəxri doktoruadı vermişdir. Bu qərarda Türkmənistan prezidenti Saparmurad Niyazovun həm öz xalqı və öz ölkəsiqarşısındakı, həm də şübhəsiz ki, regionumuzda, xüsusən hazırda Müstəqil Dövlətlər Birliyinə daxil olanölkələrdə sülh və təhlükəsizliyin bərqərar edilməsi sahəsində görkəmli xidmətlərinin etirafı əksini tapmışdır. Buqərarda prezident Saparmurad Niyazovun şəxsiyyətinə, onun çox böyük fəaliyyətinə təkcə alimlərin,universitetin deyil, həm də bütün Azərbaycan xalqının yüksək hörməti ifadə olunmuşdur. Biz yaxşı bilirik ki,Saparmurad Niyazovun rəhbərliyi ilə Türkmənistanda böyük müsbət dəyişikliklər baş verir. O, on ildən çoxdurTürkmənistana rəhbərlik edir, xüsusən son illər, xalq tərəfindən seçilmiş prezident kimi rəhbərlik etdiyi illərtürkmən xalqının yaradıcılıq imkanlarının və Türkmənistanın zəngin sərvətlərinin sürətlə inkişaf etdiyi illərdir.Türkmənistan zəngin ölkədir, bol təbii ehtiyatlara malikdir, onun ərazisi 480 min kvadrat kilometrdənartıqdır. Bu ölkənin zəngin təbii ehtiyatlan, xüsusən yeraltı ehtiyatlan var. Ən başlıcası isə burada əməksevər,istedadlı xalq yaşayır və bu xalq zəngin tarixə malikdir, dünya sivilizasiyasına layiqli töhfə vermişdir, onundünya birliyinə daha böyük töhfə vermək üçün olduqca geniş potensial imkanları var.Çıxışımın əvvəlində dediyim kimi, xalqlarımızın zəngin, qədim tarixi var. Əməkdaşlığımıza, birgəyaşayışımıza dair çox faktlar gətirmək olar. Türkmənistanda təxminən yüz min azərbaycanlı yaşayır. OnlarTürkmənistan torpağında yaşayan köklü azərbaycanlılardır. Ona görə köklü deyirəm ki, onlar ölkənizdə heç dəbirinci il deyil, on illərdən, yüz illərdən bəri yaşayırlar. Türkmənistan azərbaycanlıları türkmən xalqı ilə bir[478-479] dost ailədə yaşayır və bərabərhüquqlu vətəndaşlar kimi bütün hüquqlara malikdirlər.Bizi bağlamış olan və indi də bağlayan təkcə bu cəhətlər deyildir. Dostluğumuzun, qardaşlığımızın olduqcadərin təsir bağışlayan səhifələri də çoxdur. 1948-ci ildə Aşqabatda viranedici zəlzələ baş verdi. Orada çoxdağıntılar oldu, çox adam tələf oldu. Yadımdadır, bu müsibətə, bu fəlakətə birinci hay verən Azərbaycan oldu.O il mənim çox yaxşı yadımdadır. Azərbaycanda qardaş türkmən xalqına yardım göstərilməsi üçün bütünqüvvələr səfərbərliyə alınmışdı – bizə ərzaq da, dava-dərman da, həkimlər də və başqa mütəxəssislər dəgöndərilirdi. Yadımdan çıxmayıb, Bakı, Azərbaycan xəstəxanaları zəlzələdən zərər çəkmiş çox xəstəni, çoxuşağı qəbul etmişdi, bu uşaqlar bu dəhşətli zəlzələ nəticəsində yetim qalmışdılar.Bu, böyük və dəhşətli fəlakət idi. Biz bu faciənin dəhşətlərini türkmən xalqı ilə birlikdə keçirdik. Məhzhəmin ağır və acılı günlərdə hər bir xalqın həyatı və dəyanəti, dostluğa sədaqəti sınaqdan çıxıb. Bizimdostluğumuz da çox sınaqlardan keçdi. Elə bu faciənin özü belə sınaqlardan biridir. Türkmənistanda çoxazərbaycanlı çalışmışdır. Onlar neft sənayesində, elm sahəsində, digər bir çox sahələrdə bu günədək işləyirlər.Yadımdadır, mən 1970-ci ildə Türkmənistanda, daha doğrusu, Türkmənistan Dövlət Universitetində olarkən birçox azərbaycanlı alim və professorlarla, o cümlədən də universitetin prorektoru Abdulla Qurbanovla görüşdüm.O orada nüfuzlu şəxslərdən biri idi, akademik idi.Mənə dedilər ki, o, türkmən dilinin qrammatikasına dair dərsliyin müəlliflərindən biridir. Bu, heç də yeganəbir hal deyildir. Bizim məşhur neftçilərimiz, alimlərimiz uzun illər ərzində Türkmənistanda çalışmışlar.Türkmənlər də uzun illər ərzində Azərbaycanda təhsil almışlar və bu gün mən. Türkmənistan prezidentinintələbələrlə – Azərbaycan Tibb İnstitutunda təhsil alan tələbələrlə görüşünün şahidi oldum. Keçmişdə də bir çoxtürkmən tələbələr bizim Neft və Kimya İnstitutunda, Tibb İnstitutunda və digər institutlarımızda oxumuşlar.Təkrar edirəm, Türkmənistanın ali məktəblərində də azərbaycanlılar təhsil almış, sənaye, elm, təhsil sahəsindəçalışmışlar. Türkmənlər kimi onlar da təhsil almış, burada oxumuşlar.Çox söz demək olar, amma mən vaxtınızı almaq istəmirəm. Tarix yaxşı bilir ki, bizim görkəmli səhnəustalarımız, artistlərdən Ərəblinski, Hacıbababəyov, Sidqi Ruhulla əsrin hələ əv[479-480]vəllərində Aşqabadaqastrol səfərlərinə getmiş, orada Azərbaycan dilində də, türkmən dilində də tamaşalar vermişlər. Əsrinəvvəllərində görkəmli Azərbaycan mütəfəkkiri, yazıçısı Cəlil Məmmədquluzadə tərəfindən nəşr edilən "MollaNəsrəddin" jurnalı Türkmənistanda geniş yayılırdı. Molla Nəsrəddin, Türkmənistanda Xoca Nəsrəddin kimitanınmış bu şəxs həmişə eyni dərəcədə qiymətləndirilmişdir.Təkrar edirəm, bütün bunlar çoxillik dostluğumuzu, əməkdaşlığımızı səciyyələndirən yalnız ayrı-ayrısəhifələrdir. Həm də bütün bunlar indi, bir daha təkrar edirəm, xalqlarımızın azadlıq və dövlət müstəqilliyi əldəetdiyi bir dövrdə əməkdaşlığımızın daha uğurla inkişaf etməsi üçün yaxşı əsasdır. Sözün düzü, bu gün məhzbununla məşğul olduq və qonağımızın – Türkmənistan prezidentinin Azərbaycana səfərindən məqsəd də məhzbu idi. Bizim ümumi qayğımızın mövzusu da məhz bu olmuşdur və məhz budur.Hesab edirəm ki, bu gün biz Türkmənistanın mənafeyi naminə, Azərbaycanın mənafeyi naminə böyük işgördük. Zənnimcə, münasibətlərimizin daha da inkişaf etməsi üçün yaxşı bünövrə qoyduq. Əminəm ki, bumünasibətlər gələcəkdə də müvəffəqiyyətlə inkişaf edəcəkdir.Mən müstəqil, azad Türkmənistanın şərəfinə, türkmən xalqının şərəfinə, Türkmənistan xalqının layiqlioğlunun, Türkmənistanın rəhbərinin, müstəqil Türkmənistanın prezidenti dostumuz və qardaşımız SaparmuradNiyazovun – Türkmənbaşının şərəfinə badə qaldırıram. Var olsun Türkmənistan və Azərbaycan xalqlarıarasında dostluq. Var olsun əbədi dostluğumuz. Bizə təşrif gətirən bütün qonaqların şərəfinə badə qaldırıram.Çox hörmətli Saparmurad Atayeviç, sizin sağlığınıza, əziz Türkmənbaşının sağlığına badə qaldırıram. Sağ olun![480-481]240

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!