11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Dedim ki, yox, düz demirsən. Sonra o dedi ki, Zaporojyedə buna bənzər bir zavodumuz var, bunu onunyanında tikəcəyik və onu istismar etmək daha asan olacaqdır. Dedim, doğru demirsən. Mübahisəmiz nəticəvermədi. Mən yenə də Nazirlər [213-214] Sovetinin sədri Kosiginin və Sovetlər İttifaqının rəhbəri Brejnevinyanına getməli oldum. Getdim, sübut etdim.Bu zavodun Zaporojyedə tikilməsi haqqında artıq qərar qəbul edilmişdi. Brejnevin göstərişi ilə həmin qərarləğv edildi və yeni qərar qəbul olundu ki, bu zavod yalnız Azərbaycanda, Bakıda tikilsin.Siz bunları bilməlisiniz, bunlar tarixdir. O vaxt mərhum Brejnev məndən soruşdu: bilirsiniz vaxt keçib,ancaq lazımdır ki, bu zavodun tikintisi 1975-ci ildə başa çatdırılsın, siz bunu təmin edə biləcəksinizmi? Busöhbət 1973-cü ildə gedirdi. Mən ona dedim ki, Sovetlər İttifaqının heç bir yerində bu zavodu 1975-ci ildə tikibtəhvil verə bilməyəcəklər. Ancaq biz verəcəyik və mən buna söz verirəm.Bundan sonra yenə də maneələr başlandı. Bu maneələr nədən ibarət idi? Bu avadanlığı almaq üçün xariciölkələrin firmaları ilə danışıqlar aparılırdı. Bilirsiniz ki, buradakı avadanlığın hamısı xaricdən, Yaponiyadanalınıbdır. O vaxt Amerikanın, Almaniyanın, İtaliyanın, Yaponiyanın firmaları ilə danışıqlar gedirdi. Biri 150milyon dollar, biri 140 milyon dollar, biri 130 milyon dollar istəmişdi. Amma qəbul edilən qərarda cəmi 25milyon dollar vəsait ayrılmışdı. Mənə dedilər ki, bilirsiniz, 25 milyon dollar ayrılıb, amma bunu 120 milyondollardan aşağı qiymətə almaq mümkün deyil. Ona görə də bu zavodu tikmək mümkün deyil.Dedim ki, gedin, sübut edin, ölkənin rəhbərlərinə deyin ki, bu həcmdə valyuta çatmır, 120 milyon dollarlazımdır. Dedilər ki, biz bunu edə bilmərik. Çünki qəbul edilmiş qərarı dəyişdirmək olmaz. Bu vəzifə yenə dəmənim üzərimə düşdü. Mən bunun üçün Moskvaya, mərhum Brejnevin yanına getdim. Ona dedim ki, sizingöstərişləriniz yerinə yetirilmir. Təəccüb etdi ki, nə üçün? Dedim, qərar çıxartdınız, göstəriş verdiniz, ammayerinə yetirmirlər. Səbəb də budur: 25 milyon dollar ayırmısınız, mənə deyirlər ki, 100 milyon dollar lazımdır.Məndə isə bir dollar da yoxdur, bunu siz verməlisiniz. Ona görə də qərarı dəyişməlisiniz. Dəhşətə gəldi. Dedi,bəs, belə də şey olarmı, biz bu məsələni həll etmişik. Onun göstərişi ilə bir günün içərisində, 1973-cü ildə buavadanlığı Yaponiyanın "Toşiba" firmasından almaq üçün valyuta ayrıldı. Bundan sonra işlər hərəkətə gəldi.Mən isə bir daha söz verdim ki, iki il içərisində, 1975-ci ilin dekabr ayında bu zavod tikilib başa çatacaqdır.Doğrusu, üzərimə böyük öhdəlik götürdüm. Belə bir zavodu [214-215] tarixdə heç bir ölkədə iki ilətikməyiblər. Nəhayət, 1975-ci ildə, həmin bu gün – dekabrın 25-də biz bu zavodun açılışını bayram edərək"Toşiba" firmasının prezidenti, indi mərhum cənab Doko Tokiodan birbaşa Bakıya gəldi. O gəldi, mitinqdənsonra bu zavoda baxdı, təəccübləndi. Dedi ki, bizim firmanın 100 yaşı var. Dünyanın bir çox ölkələrində böyükböyükzavodlar tikmişik. Ancaq heç bir ölkədə, hətta Yaponiyada da iki il müddətində belə bir zavodtikməmişik. O təəccübləndi. Mənə dedi ki, gəlin, sizinlə yeni bir zavod da tikək. Dedim ki, mən çox məmnunolaram. Ancaq mənim pulum yoxdur. Əgər Moskva pul versə, birini də tikə bilərik.Beləliklə, mən bu öhdəliyi üzərimə götürdüm. Azərbaycanın inşaatçıları, mühəndisləri, fəhlələri bu öhdəliyiçox ləyaqətlə yerinə yetirdilər. Doğrudur, mən buna bilavasitə rəhbərlik edirdim. Hər dəfə tikintinin gedişinəbaxırdım. Vaxtaşırı burada olurdum. Bu obyekt insanları çox səfərbər etmişdi. Bu zavodun tikilməsinə bütünbaşqa təşkilatlar cəlb olunmuşdu. Biz bunu iki ilə tikdik və istifadəyə verdik.Nə qədər ki, bunun tikilməsinə inanmırdılar, zavod tikilib istifadəyə veriləndən sonra da o qədərinanmırdılar, ona görə də mən inanmayan hər bir adamı buraya dəvət edirdim ki, gəlin baxın, görün. Hər dəfə dəgəlib, baxıb görəndən sonra heyran olurdular ki, nə cür ola bilər iki il müddətində belə bir zavod tikilsin. Ancaqiş təkcə tikməkdə deyil, bunu saxlamaq, işlətmək lazım idi. Bunun üçün biz kadrlar yetişdirdik. İki ilmüddətində bu zavodu tikərkən onun üçün eyni zamanda həm Yaponiyada, həm də keçmiş Sovet İttifaqınınşəhərlərində yüksək səviyyəli mütəxəssislər hazırladıq. Zavod tikilib hazır olanda artıq hər bir sexin öz rəisi varidi, hər bir sexin mütəxəssisi var idi. Biz zavodu gəzdik, bütün sexlərdə olduq, hər bir sex rəisi ilə görüşdük, hərbir nöqtəyə baxdıq. Bu zavod Azərbaycanda bütün proseslərin avtomatlaşdırıldığı, mexanikləşdirildiyi ənyüksək səviyyəli müəssisədir. O vaxtadək Azərbaycanda belə müəssisə olmayıbdır, indi də onunavtomatlaşdırılmış, mexanikləşdirilmiş sistemlərinə bərabər sistemlər yoxdur. Biz bunların hamısına nail olduq.O vaxt yaponlar bu avadanlığı buraya gətirəndə çox narahat idilər, deyirdilər, biz bu avadanlığı sizə veririk,amma yaxşı işlətməsəniz bunlar qısa müddətdə xarab ola bilər. İndi görün, iyirmi ildir işləyir, Azərbaycanıngözəl mütəxəssisləri, fəhlələri, mühəndis və texnikləri bu zavodu iyirmi ildir saxla[215-216]yırlar, heç nəsıradan çıxmayıb, əksinə, inkişaf etdirilir. Mən çox sevindim ki, sonrakı illərdə bu zavoddan doğma iki zavodyaranıbdır: məişət maşınları zavodu və "Bakmil" zavodu. Biz o zavodu yaradarkən "Elektroştamp" zavodunu dayaratdıq. Bunların hamısı indi böyük bir kompleksdir. Bu, Azərbaycanın böyük bir sərvətidir. Bu, Azərbaycanınhəm milli maddi sərvətidir, həm də mənəvi sərvətidir. Buraya minlərlə adam – Azərbaycan vətəndaşları, gənclərgəliblər, işləyiblər, yüksəliblər, yaşayıblar və bu gün də yaşayırlar. Burada neçə-neçə insanlar gəlib təcrübəkeçiblər, başqa istehsal sahələrinə gediblər. Bəziləri gedib xaricdə fəaliyyət göstərirlər. Ona görə də bu zavodunnə qədər böyük əhəmiyyəti olduğunu dərk etmək lazımdır, təsəvvür etmək lazımdır. Bu, adi bir şey deyildir. Bu,Azərbaycanın həyatında xüsusi yer tutan böyük tarixi bir hadisədir. Bu, sadəcə iqtisadi hadisə deyildir. Belə biryeni kollektivin yaranması böyük siyasi hadisədir.Bu yer mənim yadımdadır. Mən ilk dəfə buraya gələndə bu yerlər çöllük-biyabanlıq idi. Bu yerlərdə daha110

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!