11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Türkiyə tərəfi, Azərbaycanda qısa bir zamanda iqtisadi, sosial və siyasi sahələrdəki irəliləyişləri,xüsusilə Azərbaycanda sərbəst bir şəraitdə, çoxpartiyalılıq əsasında keçirilmiş parlament seçkilərini və yenikonstitusiyanın qəbul edilməsini məmnuniyyətlə qeyd etdikdən sonra, Türkiyənin bu sahələrdə Azərbaycanaindiyə qədər olduğu kimi, bundan sonra da hər cür yardımı və dəstəyi davam etdirəcəyini bildirmişdir.Eyni zamanda Azərbaycan tərəfi, bu seçkilərin sərbəst bir şəraitdə keçirilməsini müşahidə etməkməqsədi ilə Türkiyədən göndərilmiş müşahidəçilər qrupunun fəal və obyektiv iştirakı üçün dərin minnətdarlığınıbildirmişdir.Tərəflər, Xəzər dənizinin Azərbaycan sektorunda, Azərbaycan ilə beynəlxalq neft konsorsiumutərəfindən imzalanan neft müqaviləsinin həyata keçirilməsinin bölgədə iqtisadi və siyasi sabitliyin bərpası üçünmüstəsna əhəmiyyətini xüsusi qeyd etmişlər və Azərbaycanın beynəlxalq iqtisadi sistem ilə bütünləşməsinəonun zəmin yaradacağı barədə fikir birliyini bir daha təsdiqləmişlər.Tərəflər, Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılacaq ilkin neftin iki istiqamətdə dünyabazarına çıxarılması haqqında Azərbaycan Respublikasının və neft konsorsiumunun qərarından məmnunolduqlarını qeyd etmiş və ayrıca olaraq, əsas neft kəmərinin Türkiyənin Ceyhan terminalına yönəldilməsi barədəistəklərini təsdiq etmişlər.Tərəflər, iki ölkə arasında siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin dönmədən inkişafını təmin edənmüqavilə və sazişlərin həyata keçirilməsi mexanizmlərini inkişaf etdirmək və təkmilləşdirmək barədə tədbirlərgörülməsinin əhəmiyyətini qeyd etmişlər.Bu məqsədlə tərəflər, xüsusən iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün imkanlarolduğunu qeyd edə[159-160]rək müvafiq nazirlərin rəhbərliyi ilə Türkiyə-Azərbaycan birgə iqtisadikomissiyasının ən qısa bir vaxtda Bakıda toplanması və Türkiyə-Azərbaycan və Azərbaycan-Türkiyə işgüzaradamlar şuralarının daha da təsirli fəaliyyəti üçün lazımi şəraitin yaradılması haqqında razılaşmışlar.Tərəflər, iki ölkə arasında ticarətin inkişafını təmin etmək və investisiyaları təşviq etmək məqsədi iləlazımi tədbirlərin görülməsi və iki ölkənin firma və təşkilatları tərəfindən imzalanan müqavilə və protokollarınişgüzar hala gətirilməsi haqqında eyni fikirlərə sahib olduqlarını məmnuniyyətlə qeyd etmişlər.Tərəflər, Türkiyə ilə Azərbaycan arasındakı nəqliyyat və rabitə sahəsində mövcud çətinliklərin tez birzamanda aradan qaldırılması üçün birgə tədbirlər görülməsinin lüzumunu qeyd edərək, Türkiyə və Azərbaycanarasında 1 noyabr 1992-ci il tarixində Ankarada imzalanmış beynəlxalq quru yol nəqliyyatı haqqındakımüqavilənin təsdiq sənədlərinin iki ölkə tərəfindən təkmilləşdirilməsini və bu səfər əsnasında həyatakeçirilməsini məmnuniyyətlə qeyd etmişlər.Tərəflər, iki ölkə arasındakı hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı məqsədi ilə, Türkiyə vəAzərbaycanın mülki aviasiya təşkilatlarının bu mövzuda imkanlarını qiymətləndirmək üçün qısa müddət ərzindəbir görüş keçirmək arzusunda olduqlarını qeyd etmişlər.Tərəflər, Türkiyə ilə Azərbaycan arasındakı dəmir yolu nəqliyyatı sahəsində imkanları qeyd edərək,1991-ci ilin mart ayında imzalanmış protokola əsasən Naxçıvan Muxtar Respublikasının Sədərək məntəqəsindəAraz çayı üzərindən dəmir yolu körpüsünün tikilməsinin, qısa bir vaxtda Türkiyə ərazisindən dəmiryolu xəttininçəkilməsinin və gələcəkdə Türkiyə Respublikasının dəmir yollarını istər Azərbaycan ərazisi ilə, istərsə də OrtaAsiya respublikaları ilə birləşdirmək imkanlarının əhəmiyyətini vurğulamışlar. Bununla əlaqədar, Bakı sərnişinvaqonları deposunun modernizə edilməsi layihəsinin həyata keçirilməsinin vacibliyini də qeyd etmişlər.Azərbaycan tərəfi Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olmasını nəzərə alaraq,Naxçıvan Muxtar Respublikası üçün Türkiyədən alınan elektrik enerjisinin gücünün və keyfiyyətininartırılmasını istəmişdir.Bununla əlaqədar, tərəflər, 14 iyul 1995-ci il tarixində Antalyada imzalanmış protokolu qeyd etmişlərvə bu protokolda [160-161] göstərildiyi kimi Azərbaycan-Gürcüstan-Türkiyə enerji sistemlərinin bir-birinəbağlanması layihələrini hazırlamaq üçün tezliklə işçi qrupu yaradılmasının vacibliyini vurğulamışlar.Tərəflər, ənənəvi dostluq və qardaşlıq münasibətlərini genişləndirmək əzmində olduqlarını bir dahatəsdiq edərək, Türkiyə Radio-Televiziya Təşkilatının TRT-1 televiziya proqramının AzərbaycanRespublikasının bütün ərazisində yayılmasını təmin etmək məqsədi ilə iki ölkə arasında bu səfər zamanıimzalanan sazişin hər iki ölkə və bu ölkələrin xalqları arasındakı anlaşma və əlaqələrin möhkəmlənməsi yolundadaha faydalı olacağını qeyd etmişlər.Tərəflər, iki ölkə arasında 28 fevral 1992-ci il tarixli viza haqqındakı sazişi əsas tutaraq 28 noyabr 1995-ci il tarixində məktublar mübadiləsi nəticəsində viza məsələlərinin asanlaşdırılmasını məmnuniyyətlə qeydetmiş və bu razılaşmanın iki ölkə vətəndaşlarının gediş-gəlişinin asanlaşdırılacağına ümid etdiklərinibildirmişlər.Azərbaycan tərəfi, Azərbaycan Respublikasının Ankaradakı səfirliyinə diplomatik şəhərcikdə müvafiqyer ayrılmasını razılıqla qeyd edərək, bunun müqabilində Türkiyə Respublikasının Bakıdakı səfirliyi üçünşəhərin münasib yerində yetərli sahə ayrılmasını qəbul etmişdir.Tərəflər, Türkiyə ilə Azərbaycan arasındakı yaxşı münasibətlərin regionun digər ölkələri üçün nümunəolması arzularını təsdiq edərək, bu ölkələri hər sahədə əməkdaşlığı genişləndirməyə dəvət etmişlər.82

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!