11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Bu mübarizələrimizdə Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı həmişə bizimlə olub, həmişə bizə dayaqolub, həmişə bizi müdafiə edib və bu gün Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmirəlinverdiyi bəyanatlar bir də onu [147-148] göstərir ki, Türkiyə həmişə bizim yanımızda olacaq, Türkiyə bizim buməsələlərin həll edilməsində bundan sonra daha da fəal iştirak edəcək və biz beynəlxalq təşkilatlarla, sülhsevərqüvvələrlə birlikdə sülhə nail olacağıq.Hörmətli prezident, hörmətli dostumuz və qardaşımız Süleyman Dəmirəl. Siz dediniz ki, Türkiyəninqəlbi Azərbaycanın qəlbi ilə döyünür. Bilirsiniz və yəqin bunu bu gün bir daha hiss edəcəksiniz və hiss edirsinizki, Azərbaycanın da qəlbi daim Türkiyənin qəlbi ilə döyünür. Azərbaycanda hər bir vətəndaş Türkiyəyə böyükməhəbbət və sevgi hissi bəsləyir, Türkiyənin yüksəlməsini, Türkiyənin artmasını istəyir, Türkiyənin daha dagüclü olmasını istəyir. Türkiyənin daha da inkişaf etməsini istəyir. Böyük sınaqlardan keçən dostluq vəqardaşlıq əlaqələri bizi məhz bu yola gətirib çıxarmışdır, bizdə məhz belə məhəbbət və sevgi hissləriyaratmışdır. Bu hisslər heç vaxt sönməyəcəkdir. Bunu söndürmək də mümkün deyildir. Çünki bu, içdən gələn,qəlbdən gələn hisslərdir. Türkiyənin Azərbaycana, onun müstəqillik əldə etməsinə və müstəqillik yolunda ağırsınaqlardan çıxmasına etdiyi köməklərə görə mən Azərbaycan xalqı adından, Azərbaycan dövləti adından sizə,hörmətli prezident, Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına bir daha öz təşəkkürümü və minnətdarlığımıbildirmək istəyirəm.Türkiyə Cümhuriyyəti indi yeni müstəqillik əldə etmiş bir çox ölkələr üçün, dövlətlər üçün örnəkdir.Belə dövlətlərdən biri də Azərbaycandır. Biz arzu edirik ki, Türkiyə Cümhuriyyəti özünün bu mövqelərinihəmişə qoruyub saxlasın və həmişə bizim üçün təcrübə mənbəyi olsun. Bizim arzu və istəyimiz bundan ibarətdirki, türk dünyası, türkdilli xalqlar, bir kökdən, bir mənşədən olan millətlər daha da yaxınlaşsın, daha da birləşsin,bir-birinə kömək etsin, bir-biri ilə daha da mehriban olsun, bir-birinə yardımçı olsunlar. Biz nə qədər çətin vəağır vəziyyətdə olsaq da Azərbaycanda bu hisslərlə yaşayırıq. Bu hisslərlə bütün qardaş ölkələrə özmünasibətimizi bildiririk. Bu hisslərlə də öz məhəbbət və sevgimizi Türkiyəyə, türk xalqına bildiririk.Türkiyə Cümhuriyyətinin demokratiya sahəsində böyük nailiyyətləri var. Biz seçkiləri keçirdik. TürkiyəCümhuriyyəti yeni seçkilər ərəfəsindədir. Yeni parlament seçkiləri keçiriləcəkdir. Bizdə çoxpartiyalı sistem təzəyaranıbdır və biz sevinir, iftixar hissi ilə deyirik ki, bizim birinci seçkilərimiz çoxpartiyalı sistem [148-149]əsasında keçirilib. Türkiyə əlli ildir ki, çoxpartiyalı sistem prinsipləri əsasında yaşayır, demokratiya əsasındayaşayır. Türkiyədə güclü, təcrübəli siyasi partiyalar mövcuddur. Demokratik təsisatlar bərqərar olubdur, xalqartıq bu demokratiyanı qavrayır, onu mənimsəyib, ona öyrənibdir, vətəndaş istədiyi partiyaya azad surətdə səsverir, istədiyi partiyanın arxasınca gedir, istədiyi partiyanı dəstəkləyir. Bütün bunlar çox sevindirici haldır. Yenədeyirəm, bu, bizim üçün təcrübə mənbəyidir, bizim üçün örnəkdir. Eyni zamanda biz bilirik ki, bu günlərTürkiyənin həyatında mürəkkəb proseslər gedir, partiyalar Böyük Millət Məclisinə seçkilərdə böyük rəqabətaparırlar, hərəsi özünəməxsus yer tutmaq istəyir, bundan sonra hökuməti təşkil etmək istəyir. Bunlar Türkiyəictimaiyyəti üçün tamamilə adi bir haldır.Şükürlər olsun ki, Türkiyə televiziyasının verilişlərinə Azərbaycanda baxılır. Bu gün biz müqaviləimzalayacağıq ki, TRT proqramı Azərbaycanın bütün bölgələrində göstərilsin. Buna görə də biz Türkiyədəgedən prosesləri görürük, müşahidə edirik və ürəkdən istəyirik ki, Türkiyə Cümhuriyyətində qarşıdakı seçkilərTürkiyə xalqına demokratiya sahəsində yeni nailiyyətlər gətirsin. Türkiyə xalqının bu günü və gələcəyi üçünyeni şəraitlər yaratsın və Türkiyə xalqı öz istədiyi kimi öz millət vəkillərini seçərək, Böyük Millət Məclisiniyenidən formalaşdıra bilsin. Şübhəsiz ki, bunların hamısı olacaqdır. Türkiyə Böyük Millət Məclisinin 70 illiktarixi var. Biz həmişə Türkiyə Böyük Millət Məclisinə əzəmətli məclis, şöhrətli məclis kimi baxmışıq. Uzunillər ərzində ona uzaqdan baxaraq həsrət etmişik ki, onu görək, onunla tanış olaq. Şükürlər olsun ki, biz artıqBöyük Millət Məclisini də görmüşük. Onun işində də iştirak etmişik. Böyük Millət Məclisinin nümayəndələribu gün bizim aramızdadırlar. Böyük Millət Məclisinə dəfələrlə millət vəkili seçilmiş, altı dəfə dövlət qurmuş,yeddinci dəfə hökumət qurmuş millət vəkili hörmətli Süleyman Dəmirəl bizim bu salondadır. Bizimləbirlikdədir. Bütün bu nailiyyətlər bizi sevindirir və eyni zamanda qəlbimiz, nəbzimiz, ürəyimiz Türkiyə iləbərabər vurduğuna görə orada gedən prosesləri də biz Türkiyənin hər bir vətəndaşı kimi böyük maraqla vəböyük hisslərlə izləyirik.Şübhəsiz, biz deyə bilmərik ki, hansı partiyaya meyl göstərir, hansına göstərmirik, çünki onlar bizimpartiyalarımız deyil, bu, xalqın öz işidir. Xalq hansı partiyanı daha çox dəs[149-150]təkləyəcək, hansı partiyayadaha çox səs verəcək – bu, Türkiyə xalqının işidir. Ancaq bizim arzumuz budur ki, seçkilər TürkiyəCümhuriyyəti üçün, Türkiyə xalqı üçün yeni xoşbəxtliklər gətirsin. Bu arzularla, bu istəklərlə mən öz salamımıvə Azərbaycan xalqının salam və istəklərini Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinə çatdırıram.Hörmətli prezident, əziz dostumuz və qardaşımız Süleyman Dəmirəl, güman edirəm ki, AzərbaycanınMilli Məclisi, onun Üzvləri, bütün Azərbaycan vətəndaşları sizin bugünkü çox dərin məzmunlu nitqiniziməmnuniyyətlə qəbul edirlər, o nitqdə irəli sürülən fikirlərdən, təkliflərdən, şübhəsiz, istifadə edəcəyik,onlardan bəhrələnəcəyik və müstəqil Azərbaycan Respublikası demokratiya yolunda, dövlət quruculuğuyolunda, konstitusiyada nəzərdə tutulmuş prinsiplər əsasında irəli gedəcəkdir.76

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!