11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

"AZƏRBAYCANDA İNVESTİSİYAİMKANLARI" BEYNƏLXALQKONFRANSININ AÇILIŞI MƏRASİMİNDƏÇIXIŞLondon29 noyabr 1995-ci ilHörmətli cənab sədr!Hörmətli cənab Lanq!Hörmətli cənablar!Öncə Azərbaycanın problemlərinə həsr olunmuş belə bir geniş konfransı təşkil etdiyinə görə Adam Smitİnstitutuna səmimi minnətdarlığımı bildirmək istəyirəm. Mən həmçinin bu mühüm konfransın hazırlanmasındaiştirak edən bütün təşkilatlara təşəkkürümü bildirirəm. Bu konfrans Azərbaycana həsr olunub, daha konkretdesək, Azərbaycan qlobal biznesdə, dünya iqtisadiyyatında, Azərbaycanda investisiya imkanları mövzusunahəsr olunubdur. Adam Smit İnstitutu kimi mühüm və dünyada məşhur olan elm və iqtisadi mərkəzinAzərbaycan Respublikasının problemlərinə, Azərbaycanın iqtisadi inkişafına bu qədər böyük diqqət yetirməsibizi hədsiz dərəcədə sevindirir. Biz bunu yüksək qiymətləndiririk və indiki keçid dövründə iqtisadiyyatımızındünya iqtisadiyyatına qoşulması üçün respublikamıza konkret kömək, konkret yardım hesab edirik.Konfransın bütün iştirakçılarını ürəkdən təbrik edirəm. Mən çox şadam ki, Adam Smit İnstitutunun dəvətinəmüxtəlif şirkətlərin maliyyə mərkəzlərini, maliyyə qruplarını təmsil edən və şübhəsiz ki, Azərbaycanınproblemlərinə, bizim respublikamızla iqtisadi əlaqələr yaratmağa maraq göstərən çoxlu insanlar səmimiyanaşmış və onu qəbul etmişlər.Mən konfransa bu qədər böyük sayda və belə geniş tərkibdə iştirakçıların gəlməsini bir tərəfdən, Adam Smitİnstitutunun məşğul olduğu məsələlərə onların hamısının xeyirxah, həssas münasibət bəsləməsi kimiqiymətləndirirəm, digər tərəfdən isə Azərbaycana böyük diqqət göstərilməsi, Azərbaycan Respublikası ilə sıxəlaqələr yaratmaq arzusu kimi qəbul edirəm. [21-22]Mən belə hesab edirəm ki, – hörmətli sədr də bunu qeyd etdi, buraya gələnlərin hamısı istəyir ki,Azərbaycanın bugünkü günü, dünya birliyində, dünya iqtisadi sistemində onun tutduğu yer haqqında, bu gün vəgələcəkdə onunla nə kimi münasibətlər yaratmağın mümkün olması barədə məlumatı bilavasitə bizimözümüzdən alsınlar. Hesab edirəm ki, Azərbaycandan gəlmiş nümayəndə heyəti üzvlərinin çıxışları konfransiştirakçılarında bu barədə kifayət qədər təsəvvür yaradacaqdır. Mən isə öz çıxışımda başlıca, ümumi məsələlərətoxunacağam və təbii ki, bu, sizdə yarana biləcək bir çox suallara cavab olacaqdır.Azərbaycan yeni, gənc müstəqil dövlətdir, müstəqil inkişaf yoluna qədəm qoymuş ölkədir, dünya birliyindəöz layiqli yerini tutan, hamı tərəfindən qəbul olunmuş dünya standartları əsasında dünya iqtisadiyyatına sıx birşəkildə qoşulmağa çalışan ölkədir. Bildiyiniz kimi, Azərbaycan Qafqazda, Avropa və Asiyanın qovuşuğundayerləşir. Onun qədim və zəngin mədəniyyəti var. Azərbaycan bütün dövrlərdə dünya mədəniyyətinə layiqlitöhfələr vermişdir. Məhz bu zəmində də indi Azərbaycan böyük potensiala malikdir.Azərbaycan özünün coğrafi mövqeyi sayəsində keçmiş zamanlardan diqqəti cəlb etmiş, mühüm beynəlxalqticarət mərkəzi olmuşdur. Neft yataqlarının sənaye miqyasında işlənməsinə başlanması ilə əlaqədar, XIX əsrinikinci yarısında Azərbaycana maraq artmışdır. Bu, Azərbaycana iri xarici kapitalın, Avropa kapitalının axınınasəbəb oldu, XIX əsrin ikinci yarısı və XX əsrin başlanğıcı Azərbaycana xarici, Avropa kapitalının böyükmiqyasda investisiya edilməsi ilə əlamətdar olmuşdur. Bu, Azərbaycanda neft sənayesinin və ümumiyyətləbütün sənayenin inkişafına şərait yaratdı. Təbii ki, bütün bunlar öz izlərini qoymuşdur.Bu gün ölkəmizə gələn insanlar Azərbaycanda orta əsr abidələrini, həmin o uzaq dövrlərdə AzərbaycanınAsiya ilə Avropa arasında beynəlxalq ticarət mərkəzi olmasından xəbər verən karvansaraları görə bilərlər. Butarixi abidələr məhz ticarət əlaqələrindən xəbər verir. Həmin abidələrlə yanaşı, XIX əsrin sonu – XX əsrinəvvəllərində Azərbaycanda investisiya, sənaye inkişafı dövründə tikilmiş böyük sarayları və iri binaları görməkmümkündür.Azərbaycan sonralar, Sovetlər İttifaqının tərkibində olarkən, xüsusən İkinci dünya müharibəsindən sonrakıillərdə [22-23] bütün sahələrdə böyük inkişafa nail olubdur. Bütün bu dövrdə – sona çatmaqda olan XX əsrərzində Azərbaycanın iqtisadi inkişafı neft ilə, neft sənayesi və neftin çıxarılması, emalı ilə bağlı digər sənayesahələri ilə əlaqədar olubdur. Ancaq eyni zamanda İkinci dünya müharibəsindən sonra Azərbaycanda sənayeninvə bütünlükdə iqtisadiyyatın bir çox başqa sahələri də inkişaf edibdir.70-ci illərdə Azərbaycanda dəqiq cihazqayırma, mikroelektronika, elektrotexnika, cihazqayırma sənayesi dəinkişaf edibdir. Neft və neft emalı sənayesi, iri neft maşınqayırma kompleksi, kimya, neft kimyası müəssisələrivə maşınqayırmanın müxtəlif sahələrini əhatə edən müəssisələr hesabına genişlənibdir.17

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!