11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

KALMIKİYA PREZİDENTİ KİRSANİLYUMJİNOVUN BAKI SƏFƏRİ ZAMANIAZƏRBAYCAN İLƏ KALMIKİYAARASINDA ƏMƏKDAŞLIQ HAQQINDASAZİŞ İMZALANDIQDAN SONRAKALMIKİYA TELEVİZİYASININMÜXBİRİNƏ MÜSAHİBƏ20 fevral 1996-cı ilSual: Siz Azərbaycan ilə birbaşa əlaqələr yaradılması barədə Rusiya Federasiyasısubyektlərinin təşəbbüsünə necə baxırsınız?Cavab: Bütövlükdə Rusiya Federasiyası ilə əlaqələrin genişləndirilməsi sahəsində atdığımız və təbii olaraq,müvafiq sənədlərdə əksini tapan addımlarla yanaşı, biz Rusiya Federasiyasının subyektləri ilə birbaşamünasibətlər yaradılmasını da məqsədəuyğun sayırıq. Yeri gəlmişkən, bu, əsasən federasiya subyektlərinin öztəşəbbüsü ilə edilir. Bunun üçün onlar müvafiq hüquqlara və statusa malikdirlər. Biz bu cür təşəbbüsüdəstəkləyir və bəyənirik, əlaqələr yaradırıq. Bu gün Kalmıkiya ilə Azərbaycan arasında saziş imzalandı.Düşünürəm ki, bundan sonra da belə olacaqdır.Sual: Cənab Əliyev, yəqin ki, bu cür müqavilələr bütün Şimali Qafqazda, ümumiyyətlə Qafqazdadostluğun, mehriban qonşuluğun möhkəmlənməsinə kömək edir. Üstəlik, Qafqazda vəziyyət çoxmürəkkəbdir. Necə bilirsiniz, bu cür əlaqələr xalqlar arasında iqtisadi vasitələri, mehriban qonşuluğu vədostluğu nə dərəcədə real surətdə möhkəmləndirir?Cavab: Şübhə yoxdur ki, belə müqavilələr bu əlaqələri möhkəmləndirir. Lakin iqtisadi əməkdaşlıq dostluq,səmimi münasibətlər üçün yaxşı zəmindir, xüsusən də indi, ölkələrimiz çox mürəkkəb keçid dövrünü yaşadığı,bir çox sahələrdə isə böhran halları olduğu dövrdə. Buna görə də əminəm ki, Azərbaycan ilə RusiyaFederasiyasının subyektləri arasında sazişlər imzalanması ölkələrimizin xalqları arasında dostluğumöhkəmlətmək, bütövlükdə Rusiya Federasiyası ilə Azərbaycan arasın[353-354]da dostluğu və əməkdaşlığıinkişaf etdirmək üçün yaxşı vasitədir.Sual: Siz millətlərarası münasibətlər baxımından Qafqazda gələcəyi necə təsəvvür edirsiniz?Cavab: Gələcək dinc, firavan olmalıdır. Biz hamımız sülh istəyirik. Heç kəs münaqişə, qan tökülməsini,müharibə istəmir. Əgər indi qarşıdurma vəziyyəti yaradan toqquşmalara, hərbi əməliyyatlara gətirib çıxaranmüəyyən qüvvələr varsa, zənnimcə, bu qüvvələr yox olacaqdır, hər halda bəşəriyyət sülh və əmin-amanlıqşəraitində yaşamalıdır. Ümidvaram ki, Qafqazda da sülh və əmin-amanlıq olacaqdır.Bu fürsətdən istifadə edərək, xahiş edirəm, Kalmıkiyanın bütün sakinlərinə, onun bütün vətəndaşlarına millibayram yeni il münasibətilə ən xoş və səmimi təbriklərimi yetirəsiniz. [354-355]178

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!