11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

LONDONDA ADAM SMİT ADINAİNSTİTUTUN VƏ AZƏRBAYCANHÖKUMƏTİNİN BİRGƏ HAZIRLADIQLARI"AZƏRBAYCANDA İNVESTİSİYAİMKANLARI" BEYNƏLXALQKONFRANSINA YOLA DÜŞMƏZDƏNƏVVƏL BİNƏ HAVA LİMANINDAAZƏRBAYCAN TELEVİZİYASININMÜXBİRİNƏ MÜSAHİBƏ28 noyabr 1995-ci il- Cənab prezident, Azərbaycan özünün investisiya üçün imkanlarını əslində ilk dəfə olaraqbelə geniş miqyasda bütün dünyaya tanıtdıracaq. Azərbaycanın dövlət başçısı kimi, siz bu beynəlxalqtədbirin həm iqtisadiyyatımız, həm də müstəqilliyimiz üçün əhəmiyyətini nədə görürsünüz?- Bilirsiniz ki, mən Azərbaycanın dövlət başçısı olduğum gündən bəri xarici ölkələrə çox səfərlər etmişəm.Bu səfərlərin böyük əksəriyyəti getdiyim ölkələrin dövlət başçılarının dəvəti ilə həyata keçirilib və rəsmixarakter daşıyıbdır. Eyni zamanda beynəlxalq təşkilatların yüksək səviyyəli toplantılarında Azərbaycanınnümayəndə heyətinə başçılıq edərək ölkəmizi təmsil etmişəm. İndiki səfər isə başqa xarakter daşıyır. Bu,Azərbaycanın iqtisadiyyatı ilə bağlı olan bir səfərdir.Çox yaxşı və təqdirəlayiq haldır ki, qarşıdakı beynəlxalq konfrans dünyanın böyük iqtisadi təsisatlarının vəmaliyyə mərkəzlərinin Azərbaycana göstərdikləri maraqdan irəli gələn tədbirdir. Məlum olduğu kimi, dünyadaçox məşhur və çox böyük tarixi olan Adam Smit adına İqtisadiyyat İnstitutu var, onun baş qərargahı Londondayerləşir. Bu institutun əməkdaşları ən əvvəl məşhur iqtisadçı alim Adam Smitin ideyalarını həyata keçirərək,dünyada iqtisadiyyatın, xüsusən bazar iqtisadiyyatının inkişafı məsələləri ilə məşğul olurlar. Onlar təşəbbüs irəlisürmüşlər. Bilirsiniz ki, onlar Azərbaycana çoxdan maraq göstərirlər. Ötən il Adam Smit institutunun təşəbbüsüilə Azərbaycanda da tədbir keçirilmişdir. Lakin bu dəfə onlar çox geniş miqyaslı tədbir hazırlayıblar. Həm dəonu neçə ay [18-19] idi ki, hazırlayırdılar. Onlar beynəlxalq iqtisadiyyat və maliyyə mərkəzlərinə məlumatvermişlər. Bu tədbir Azərbaycanın dünya iqtisadiyyatı ilə inteqrasiyası üçün və dünya investorlarının ölkəmizəmarağını araşdırmaq, onları bu işə cəlb etmək üçün keçirilir. Məclisə çox adam, o cümlədən Azərbaycandan dabir çox sahələrimizin rəhbərləri dəvət olunublar. Onlar məni də dəvət ediblər və öz proqramlarında mənimçıxışımı nəzərdə tutublar. Mən bunu nəzərə alaraq oraya gedirəm. Güman edirəm ki, bu, bizim üçün böyükhadisədir.Biz ölkəmizin dünyada mövqelərini möhkəmləndirmək üçün çox siyasi tədbirlər görmüşük. BirləşmişMillətlər Təşkilatında, ATƏT-də, İslam Konfransı Təşkilatında, böyük ölkələrin dövlət başçıları iləgörüşlərimdə çox işlər görmüşük və bu da, bir tərəfdən, Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, digərtərəfdən isə Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün təminolunması ilə əlaqədardır.Lakin eyni zamanda biz bütün bu müddətdə Azərbaycan iqtisadiyyatının bazar iqtisadiyyatı yolu iləgetməsi, dünya iqtisadiyyatına qoşulması işləri ilə də məşğul olmuşuq. Bilirsiniz ki, biz bir çox tədbirlərgörmüşük, iqtisadi islahatlar sahəsində addımlar atmışıq, qanunlar, o cümlədən özəlləşdirmə haqqında qanun,proqramlar qəbul etmişik, aqrar sektorda islahatlar həyata keçərmişik, maliyyə sistemimizi dünya maliyyəsisteminə, bank sisteminə uyğunlaşdırmaq üçün işlər görmüşük. Bunlar da artıq öz nəticələrini vermişdir. İndibeynəlxalq maliyyə mərkəzləri bizə maraq göstərir, kreditlər ayırır. Ancaq bu məsələni daha yüksək pilləyəqaldırmaq üçün London konfransını yaxşı bir fürsət hesab edirəm. Ümidvaram ki, orada keçirəcəyimiz görüşlərbizim üçün bu baxımdan əhəmiyyətli olacaq və yaxşı nəticə verəcəkdir.Şübhəsiz ki, mən Londonda bu konfrans çərçivəsindən kənarda bir çox başqa görüşlər də keçirəcəyəm, birçox bankların rəhbərləri mənim oraya səfərimə maraq göstərir, mənimlə Görüşmək istəyirlər. Bizimləəməkdaşlıq edən "Britiş Petroleum" şirkəti də Londona səfərimizə çox maraq göstərir. Mənim BöyükBritaniyada dövlət və hökumət başçıları ilə də görüşlərim olacaqdır. Ümumiyyətlə, proqram çox genişdir.- Cənab prezident, bu səfərin gedişində hansısa [19-20] konkret layihənin və ya layihələrin müzakirəsigözlənilirmi?- Heç bir layihə yoxdur. Biz Azərbaycana investisiya qoyulması üçün imkanların nə qədər geniş olduğunubir daha bildirmək istəyirik. Oraya çox qonaqlar, investorlar, bır sıra maliyyə mərkəzlərinin nümayəndələrigələcəklər. Onlar sadəcə olaraq görməlidirlər ki, biz nə kimi imkanlara malikik. Azərbaycana investisiyaqoyulması, ölkəmizin dünya iqtisadiyyatına bağlanması üçün yaratdığımız qanuni şərtlər, qanunlarımız,imkanlarımız nədən ibarətdir. Hər hansı bir ölkəyə gətirib investisiya qoymaq istəyən adam, şübhəsiz, öz15

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!