11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

AZƏRBAYCAN RESPUBLİKASI VƏ RUSİYAFEDERASiYASI HÖKUMƏTLƏRİARASINDA İQTİSADİ ƏMƏKDAŞLIĞINƏSAS PRİNSİPLƏRİ VƏ İSTİQAMƏTLƏRİHAQQINDA SAZİŞLƏR İMZALANDIQDANSONRA RUSİYANIN BAŞ NAZİRİV. S. ÇERNOMIRDİNLƏ BİRGƏ MƏTBUATKONFRANSIMoskva, Ağ Ev18 yanvar 1996-cı ilSual: Viktor Stepanoviç, Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə ilə nəql edilməsihaqqında saziş bu gün imzalanmış sənədlər arasında yəqin ki, ən mühüm sənəddir. Sizin nöqteyinəzərinizcəvə Heydər Əliyevin nöqteyi-nəzərincə, bu, həyata keçirilməyə başlandıqda konkret surətdənə verəcəkdir? Bu, həmin layihənin ətrafında getmiş mübahisələrə və şayiələrə son qoyacaqmı?Viktor Çernomırdin. Bu problemə onun istər ruhuna, istərsə də işlərə görə ən yaxın olan bir adam kimidemək istərdim ki, bunun ətrafında çoxlu söz-söhbət olmuşdur – cənub variantı, şimal variantı. Əgər mahiyyət,məzmun etibarı ilə götürsək, onda görərik ki, uzun illər ərzində işləmiş olan sxem bərpa edilir. Buradamütəxəssislər və ekspertlər var, bu sazişin hazırlanmasında iştirak etmiş olan mütəxəssislərin, neftçilərin hamısıburadadır. Saziş imzalandığı andan işləməyə başlayacaqdır və deyə bilərik ki, onun elə bu gün həm Azərbaycanüçün, həm də Rusiya üçün faydası olacaqdır. Biz hesab edirik ki, bu yol etibarlı, çoxillik təcrübə ilə sınaqdançıxarılmış yoldur və işləyəcəkdir. Həm də onu genişləndirməyə və inkişaf etdirməyə imkan var. Zənnimcə, belədə olacaqdır. Odur ki, bütün mübahisələr əvvəl-axır bununla qurtarmalıdır. Əslinə qalsa, heç bir mübahisəolmayıbdır. O ki qaldı başqa variantların olmasına, burada pis nə var ki? Vaxt gələcək, hər şey ondan asılıolacaqdır ki, biz nə qədər neft çıxaracağıq, yəni Rusiyada nə qədər, Azərbaycanda nə qədər neft istehsal [279-280] olunacaqdır. Mən əminəm: iqtisadi qanunlar işləməlidir, ən əvvəl iqtisadi səmərə diqqət mərkəzindədurmalıdır, burada hansı yolla getmək lazım olduğunu həmişə iqtisadi səmərə göstərəcəkdir. Bu, istər Rusiyanınmənafeyi üçün, istərsə də Azərbaycanın mənafeyi üçün gərəkdir. Bu sənədin iki dövlətin ilk növbədə və əsasənneft sahələrinin inkişafına aid olması əlbəttə çox vacibdir. Bu, ən əvvəl və ən çox, hər şeydən tez fayda verənistiqamətdir. Mən belə düşünürəm ki, bu, indi iqtisadiyyatımız üçün, adamlarımız üçün olduqca lazımdır. Bunabiz də olduqca böyük əhəmiyyət veririk. Odur ki, söz-söhbətlərə son qoyulmalıdır və işləməyə başlamalıyıq.Heydər Əliyev: Mən hörmətli Viktor Stepanoviç Çernomırdinin dediklərinin hamısı ilə tamamilə razıyam.Zənnimcə, bu sazişin imzalanması Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi vəmöhkəmləndirilməsi üçün daha bir addımdır. Azərbaycanda biz bu əməkdaşlığa son dərəcə böyük əhəmiyyətveririk və hər şey edirik ki, bu əməkdaşlıq möhkəmlənsin və genişlənsin. Viktor Stepanoviç haqlıdır ki, bu,bizim öz xeyrimizədir – Rusiyanın və Azərbaycanın mənafeyi xeyrinədir, neft sənayesi kimi sahənin inkişafetməsinin xeyrinədir. Bu sənədin imzalanması hər cür söz-söhbətlərə həqiqətən son qoyacaqdır. Yeri gəlmişkən,bu söz-söhbətlər mətbuat orqanlarında tamamilə əsassız surətdə müxtəlif cür yozulur və s. İndi isə hər şey aydınvə məlumdur. Rusiya ilə Azərbaycan arasında saziş imzalanmışdır.Sual: Bu saziş Xəzərin statusu ilə bağlı fikir ayrılıqlarına son qoyacaqmı?Viktor Çernomırdin: Bu, ayrıca məsələdir. Son vaxtlar nədənsə onu bu məsələ ilə bağlamağa başlamışlar.Əgər bunu bizim Xarici İşlər Nazirliyi edirsə, onda bu suala ona verilməlidir. Mənim belə problemlərim yoxdur.Bütövlükdə Xəzərlə bağlı problem var. İndi biz Heydər Əliyevlə danışdıq, Xəzərdən söhbət getdi, Xəzərdəsuyun səviyyəsi qalxır. İndi hamı bundan ziyan çəkir. Bu problemi təklikdə həll etmək çətin ki, mümkün olsun.Belə məsələlər çoxdur: Xəzərin səviyyəsinin qalxması məsələləri, ekologiya, balıq yetişdirilməsi məsələləri,gəmiçilikdə nəqliyyat məsələləri. Əgər dənizin təkindən danışmalı olsaq, onda bu, ayrıca məsələdir. Buradaüzərində işlənməli məsələlər var. Zənnimcə, biz işləyəcəyik və artıq işləməyə başlamışıq. Biz indi bununüzərində bəlkə də daha intensiv işləməliyik. Bu, Xəzəryanı dövlətlərin işidir. Bu, [280-281] bizim, yəni Xəzərinətrafında yaşayanların daxili işidir. Bu, bizim daxili sututarımızdır. Buna görə də bütün problemləri saf-çürüketməyə imkan tapacağıq və artıq bu işlə məşğul oluruq.Sual: Neft-kimya sahəsinin mühüm problemlərinin araşdırılmasında Azərbaycanın həm keçmişdəki,həm də indiki xidmətlərini nəzərə alaraq, iqtisadi əməkdaşlığın Azərbaycan üçün nə kimi əhəmiyyəti olabilər? Sovet İttifaqında "İkinci Bakı", "Üçüncü Bakı" olmuşdur.Viktor Cernomırdin: Cari yüzillikdə hər şey, ehtiyatlarla, xüsusən də neft ehtiyatları, neft hasilatı, neftemalı ilə bağlı hər şey Bakıdan başlanmışdır. Bu sahədə dünyada nə olmuşdursa, hamısı Bakıdan başlanmışdır.140

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!