11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

H. Əliyev: Bu, bizim istəyimizdən asılı deyildir. Bu prosesdə hər bir işin öz vaxtı var. Həmin vaxtı bizqısalda bilmərik və onu süni surətdə uzatmağa da ehtiyac yoxdur. Məsələn birinci müqavilə 30 il üçün nəzərdətutulmuşdur. Bu 30 il müddətində hər bir mərhələnin öz vaxtı var. Ola bilər ki, işin gedişində imkanlargenişlənsin, o cür olmasın, bu cür olsun.Müxbir: Sizcə, ölkənin iqtisadiyyatına müsbət təsir göstərmək üçün əsas gəlirləri nə vaxtdan etibarənəldə edəcəksiniz?H. Əliyev: İlkin neft çıxarılandan sonra, 1997-ci ildə biz artıq gəlir əldə edəcəyik.Müxbir: Sizə belə bir sual verim: Sizcə, Azərbaycan nə vaxt Küveytə dönəcəkdir?H. Əliyev: Bilirsiniz, bu sualı mənə tez-tez verirlər. "Küveyt" ifadəsini qanun kimi götürmək istəmirəm.Küveyt ayrı ölkədir, Azərbaycan başqa ölkədir. Ancaq hesab edirəm ki, 2000-ci ildən sonra Azərbaycan xalqılazımi qədər təmin olunacaqdır.Müxbir: Bir neçə kəlmə ilə izah edə bilərsinizmi Rusiya ilə sərhədlər nə üçün bağlanmışdır?H. Əliyev: Rusiya belə hesab edir ki, öz sərhədlərini Çeçenistandakı müharibə ilə əlaqədar bağlamışdı.Müxbir: Axı, orada müharibə başa çatıb, sərhədləri nə üçün açmayıblar.H. Əliyev: Orada müharibə hələ qurtarmayıbdır. [102-103]Müxbir: Siz sərhədlərin açılması üçün danışıqlar aparırsınızmı?H Əliyev: Aparırıq.Müxbir: Nəticəsi varmı?H. Əliyev; Söz verirlər, baxaq, görək. Bir az çətindir.Müxbir: İki il ərzində siz əsas neft ixracı üçün boru kəmərini çəkməlisiniz. Siz hansı marşrutaüstünlük verirsiniz?H. Əliyev: Üstünlük yoxdur, iki marşrut müəyyən etmişik, ikisindən də eyni səviyyədə istifadə edəcəyik.Əsas neftə isə hələ vaxt var.Müxbir: Diplomatiya sahəsindəki istedadınız barədə mətbuatda çox oxumuşdum. Amma indi sizinmətbuatla işinizdən də çox gözəl diplomat olmağınızın şahidi oldum.H. Əliyev: Təşəkkür edirəm.Müxbir: Cənab prezident, Fransanın neft şirkətləri ilə Azərbaycan arasında əməkdaşlıq barədə nədeyə bilərsiniz? Burada fransızlar belə hesab edirlər ki, onlar da Azərbaycan neftindən istifadəolunmasında öz rolunu oynamalıdırlar. İndiki səfəriniz zamanı bu neft şirkətlərinin nümayəndələri iləgörüşünüz olubmu?H. Əliyev: Bilirsiniz mən istəyirəm ki, Fransa gəlib Azərbaycanla neft sahəsində əməkdaşlıq etsin.Fransanın "Elf agiten" şirkətinin prezidenti ilə mən bir neçə dəfə görüşmüşəm, bu gün axşam da onunlagörüşəcəyəm. Bu gün Fransanın baş naziri cənab Alen Jüppe ilə danışanda da bu barədə öz fikirlərimi onadedim. Hesab edirəm ki, "Elf agiten" şirkəti Azərbaycanda böyük bir neft yatağının – "Şahdəniz" yatağınınişlənməsində konsorsiuma daxil olmaq istəyir.Müxbir: Cənab prezident, bilirəm ki, sizin iş cədvəliniz çox gərgindir. Müsahibəyə görə çox sağ olun.Söhbəti Pol Mobek aparmışdır. [103-104]54

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!