11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Minsk qrupuna lazımi göstərişlər verildi və ATƏT-in sülhü mühafizə qüvvələrinin yaradılması haqqında qərarqəbul edildi. Bu, çox böyük hadisədir və bunu nəzərdən salmaq, yaddan çıxarmaq lazım deyildir. Orada həm dəqərar qəbul olundu ki, Minsk qrupu bundan sonra iki həmsədrin rəhbərliyi altında fəaliyyət göstərsin. Rusiyahəmsədrlik hüququ aldı. O biri həmsədrlik, əgər bundan öncə İsveç idisə – Yan Eliasson rəhbərlik edirdi, – indiFinlandiyaya keçdi – cənab Talvitiye rəhbərlik edir.O vaxtdan bir il keçibdir və bizim üçün vacibdir ki, ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərininBudapeşt görüşündə bu bir ildə görülmüş işə yekun vurularaq qəbul edilən sənəd bizdən ötrü əhəmiyyətli sənədolsun. Ona görə də son günlər Bonnda Minsk qrupu çərçivəsində Ermənistan ilə Azərbaycan arasında aparılandanışıqlar bizim üçün çox əhəmiyyətli idi. Bu danışıqlar bir də ona görə əhəmiyyətli idi ki, orada Minsk qrupuüzvlərinin hamısı iştirak edirdi. Yəni, bəzən bu danışıqlar Ermənistan, Azərbaycan nümayəndə heyətlərinin vəMinsk qrupu həmsədrlərinin, yaxud da ki, onların nümayəndələrinin iştirakı ilə keçirdi, amma bu dəfədanışıqlarda həm Minsk qrupunun həmsədrləri, həm də Minsk qrupuna daxil olan ölkələrin bu qrupdakı daiminümayəndələri iştirak edirdilər. Bu görüşün bir cəhəti də ondan ibarətdir ki, biz nəzərdə tutmuşuq ki, oradamənim səlahiyyətli nümayəndəm, xüsusi nümayəndəm, müşavir Vəfa [79-80] Quluzadə və Ermənistanprezidentinin xüsusi nümayəndəsi Liparidyan birbaşa, vasitəçi olmadan danışıqlar aparacaqlar və gələcəkdəbirbaşa əlaqələrin yaranması və danışıqların aparılması üçün müəyyən razılığa gələcəklər. Ona görə də indikidanışıqlar çox mühümdür.Bir məsələni də qeyd etmək istəyirəm. Bilirsiniz ki, həm Rusiya, həm də Amerika Birləşmiş ŞtatlarıErmənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması barədə daim təşəbbüslər göstərirlər. Məsələn,oktyabrın əvvəlində Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun xüsusi nümayəndəsi doktorBjezinski Bakıya gəlmişdi. O, bu danışıqları müvəffəqiyyətlə irəliyə aparmaq üçün bir layihə də gətirmişdi. Bizbu layihəyə baxdıq. Orada bizim üçün, yəni məsələni ədalətlə həll etmək üçün dəyərli müddəalar vardı, ancaqbizim üçün məqbul olmayan müddəalar da vardı. Ona görə biz bu layihə ilə razı olmadıq.Bilirsiniz ki, bundan sonra mənim Nyu-Yorka səfərim başladı. Bu səfər ərəfəsində Rusiya prezidenti cənabBoris Yeltsin mənə, yəni Azərbaycan prezidentinə, habelə Ermənistan prezidentinə bu barədə xüsusi bir məktubgöndərmişdi. Həmin məktubda da hər iki tərəfə – həm Ermənistana, həm də Azərbaycana müraciət olunmuşduki, məsələlərin sülh yolu ilə həll edilməsi üçün görülən işlər daha da sürətləndirilsin ki, tezliklə nəticə əldə olunabilsin.Mən Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 50 illik yubileyinə həsr olunmuş mərasimlərdə iştirakedərkən əvvəlcədən nəzərdə tutulduğu kimi, ABŞ prezidenti cənab Bill Klinton ilə xüsusi görüşüm oldu və bizətraflı danışıqlar apardıq. Biz bu danışıqlarda bir çox məsələləri müzakirə etdik, o cümlədən Ermənistan iləAzərbaycan arasındakı münaqişəyə son qoyulması, sülh yaranması üçün Amerika Birləşmiş Ştatlarının təklifləridə oldu. Bu təkliflərlə əlaqədar mənə bir layihə də verdilər. Mən söz verdim ki, biz bu layihəni müzakirəedəcəyik. Sonra həmin layihə Ermənistan tərəfinə də verilmişdir.Bundan bir az sonra bizim regiona səfir Ceyms Kollinzin rəhbərliyi altında Amerika Birləşmiş Ştatlarınınçox böyük tərkibli nümayəndə heyəti gəldi. Onlar Azərbaycana gəlməzdən öncə Ermənistanda olmuşdular. Bunümayəndə heyəti Ermənistanda olmuşdular. Bu nümayəndə heyəti Ermənistanda və Azərbaycanda olarkənAmerika Birləşmiş Ştatlarının irəli sürdüyü layihə müzakirə edilmişdi. Bizə məlum [80-81] oldu ki, ErmənistanRespublikasının rəhbərliyi həmin layihəni qəbul etməmişdir. Layihəyə dair bizim də tənqidi fikirlərimiz var idi.Ancaq biz yenə də əməli mövqe tutduq və hesab etdik ki, bu layihənin üzərində işləyib onu lazımi səviyyəyəqaldırmaq olar. Yəni, biz ondan imtina etmədik, onu rədd etmədik, əksinə, onun üzərində bərabər işləməyi təklifetdik. ABŞ nümayəndə heyəti bizim bu fikirlərimizi məmnuniyyətlə qəbul etdi və söz verdi ki, onlar da özfəaliyyətlərini davam etdirəcəklər.Nəhayət, Ermənistan ilə Azərbaycan arasında Bonn danışıqları ərəfəsində Amerika Birləşmiş Ştatları dahada təkmilləşdirilmiş bir layihə irəli sürmüşdü. Qeyri-rəsmi olaraq bizə demişdilər ki, onlar belə hesab edirlər:Əgər Ermənistan və Azərbaycan Budapeştdə, ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşündəbirgə bəyanat versələr, bu, məsələnin sülh yolu ilə həll edilməsi üçün çox yaxşı şərait yaradacaqdır. Onlar birgəbəyanatın layihəsini də bizə qeyri-rəsmi olaraq vermişdilər.Biz o layihəyə baxdıq. Ermənistan tərəfi də ona baxmışdı. Öz nümayəndə heyətimizi Bonna göndərməzdənöncə biz ona bu barədə təlimatlar verdik. Nəhayət, buraya gəlməyimizdən bir gün öncə Amerika BirləşmişŞtatlarının səfirinə mən şəxsən məlumat verdim ki, Ermənistan və Azərbaycanın adından veriləcək bəyanatınlayihəsini, bizim üçün uyğun olmayan bəzi müddəalarına baxmayaraq, əsasən qəbul edirik. Daha dəqiq desək,mən bildirdim ki, burada bizim razı olmadığımız bəzi cəhətlər var, ancaq ümumi işin irəli getməsi naminə vəsülh əldə olunması naminə narazı qaldığımız cəhətlərin üstündən hələlik keçirik ki, Bonnda və sonraBudapeştdə Ermənistan və Azərbaycanın birgə bəyanatını verə bilək. Biz bu fikirlərimizi çatdırdıq, nümayəndəheyətimiz belə təlimatla Bonna yola düşdü və ona əlavə göstərişlər də verdik.Bonnda danışıqlar başlanarkən, təəssüflər olsun ki, Ermənistan nümayəndə heyəti həmin layihəni, yəniErmənistan və Azərbaycanın birgə bəyanatı haqqında Amerika Birləşmiş Ştatları tərəfindən bizə verilmişlayihəni tamamilə rədd etmiş, onu müzakirə etmək istəməmişdir. Bizim nümayəndə heyəti bəyan etmişdir ki, bu43

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!