11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qeyd etmək istəyirəm ki, bu tənqidi fikirlərin təbii olduğunu nəzərə alaraq, eyni zamanda həm seçkilərinkeçirilməsi barədə qanun haqqında, həm də konstitusiyanın layihəsi haqqında prinsipial xarakter daşıyanetirazlar, tənqidi fikirlər olmamışdır və həm seçki qanunu, həm də konstitusiya layihəsi layihə müzakirəolunarkən ümumən yüksək qiymət[9-10]ləndirilmişdir. Konstitusiyanın qəbul olunması, seçkilərin keçirilməsivə Milli Məclisin deputatlarının seçilməsi onu göstərir ki, həqiqətən bizim konstitusiyamız da, seçki qanunumuzda tam demokratik prinsiplər əsasında qurulmuşdur, yaranmışdır. Buna görə də mən hesab edirəm ki, biz böyüknailiyyətlər əldə etmişik. Qəbul olunan konstitusiya və bu gün işə başlayan qanunverici orqan – parlament, MilliMəclis Azərbaycanda bundan sonra demokratik hüquqi dövlət quruculuğu prosesini inkişaf etdirmək üçün,respublikamızda iqtisadi islahatları, özəlləşdirmə proqramını həyata keçirmək üçün və sosial-iqtisadi sahədəböhranın aradan qaldırılması üçün, vətəndaşlarımızın rifahının yaxşılaşdırılması üçün gözəl əsaslar yaradır.Bir cəhəti də qeyd etməyi lüzumlu hesab edirəm. Azərbaycan Respublikası yeddi ildir ki, Ermənistantərəfindən hərbi təcavüzə məruz qalıbdır. Nəticədə respublikamızın ərazisinin 20 faizi Ermənistan silahlıqüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş ərazilərdən, torpaqlardan bir milyondan artıq vətəndaşımızqaçqın düşübdür, öz yerlərini tərk edibdir, didərgin düşübdür, respublikanın başqa regionlarında ağırvəziyyətdə, əksəriyyəti çadırlarda yaşayır. Belə bir vəziyyətdə, belə bir şəraitdə, 7 milyon əhalisinin bir milyonuyerindən didərgin düşüb əksəriyyəti çadırlarda yaşadığı bir zamanda, ağır həyat tərzi keçirdiyi bir zamanda vəərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edildiyi bir zamanda yeni konstitusiyanın qəbul olunması,seçkilər aparılması, yeni parlamentin, Milli Məclisin seçilməsi, hesab edirəm ki, böyük nailiyyətdir və butədbirlərin keçirilməsi sahəsində başqa ölkələrə nisbətən ciddi fərqimizi göstərir. Əgər biz belə bir şəraitdəkonstitusiya qəbul edə bilmişiksə və seçicilərin 86 faizi referendumda iştirak edib ondan 91,9 faizi bukonstitusiyaya səs veribsə, demək, bu, böyük nailiyyətdir. Əgər biz belə bir şəraitdə yeni parlament yaratmaqüçün seçkilər keçirə bilmişiksə və artıq 96 deputat seçilibsə, bu, böyük nailiyyətdir. Biz bunlarla fəxr edəbilərik.Hesab edirəm ki, qəbul olunmuş qanun əsasında respublikamızda ilk parlament seçkiləri demokratikprinsiplərə əsaslanaraq keçirilibdir, demokratik prinsiplərə riayət olunubdur və Mərkəzi seçki komissiyasısəmərəli, çox gərgin iş görübdür. Nəticədə həm referendum keçirilib, həm də parlament seçilibdir. [10-11]Doğrudur, Milli Məclisin deputatlarının seçilməsi ilə əlaqədar ayrı-ayrı şikayətlər var, beynəlxalqmüşahidəçilər tərəfindən nöqsanlar, qüsurlar göstərilibdir. Bunlar həqiqətdir və heç birimiz həqiqəti inkaretməməliyik. Eyni zamanda bunlar təbiidir. Biz heç vaxt belə fikirdə deyildik ki, ağır, çətin bir şəraitdə keçirilənbu ümumxalq tədbiri çox hamar keçəcək, çəhrayı rənglərlə boyalı nəticələr verəcək və hamısı tam müsbətolacaqdır. Biz heç vaxt belə fikirdə olmamışıq. Çünki, yenə də deyirəm, biz Azərbaycanda demokratikprinsipləri tətbiq edirik, onların bərqərar olmasına çalışırıq, insanları demokratiyaya öyrədirik. Bizimrespublikamız demokratiya dərsi keçir, demokratiya təlimi keçir. Demokratiya yolu ilə getmək üçün böyük biryola, geniş bir yola çıxıbdır. Bu ağır və çətin yolda, şübhəsiz ki, səhvlər də olacaqdır, nöqsanlar da, qüsurlar daolacaqdır, qanun pozuntuları da olacaqdır. Bunlar təbiidir və mən hesab etmirəm ki, buraxılmış səhvlər,nöqsanlar əldə etdiyimiz ümumi nailiyyətləri hörmətdən salır, yaxud ləkələyir. Xeyr! Əgər kim hesab edirsə ki,hər şey qüsursuz olacaqdır, onlar yəqin köhnə əhval-ruhiyyə ilə yaşayırlar.Xüsusən mən görürəm ki, bu nöqsanların olmasını bir ittiham kimi irəli sürən bəzi müxalifətdairələridir. Əgər onlar doğrudan da, həqiqətən demokratiya yolu ilə gedirlərsə, keçmiş adət-ənənələriunutmalıdırlar. Bəli, keçmişdə hər şey yaxşı idi, hər şey əla idi. Heç bir halda heç bir qanun pozuntusu olmurdu,heç bir yerdə heç bir qusur olmurdu. Bu, keçmiş adət-ənənələrdir. Biz bunlardan xilas olmalıyıq, bu fikirlərdənxilas olmalıyıq. Bugünkü Milli Məclisin iclasının da aparılmasında artıq keçmiş reqlamenti də unutmalıyıq,keçmiş adət-ənənələri də unutmalıyıq, yəni parlamentdə mövcud olmuş ənənələri deyirəm, – onları unutmalıyıqvə hər bir şeyi həqiqi, demokratik prinsiplər əsasında qurmalıyıq.Ona görə də mən hesab edirəm ki, beynəlxalq təşkilatların, xaricdən gələn müşahidəçilərin tənqidləri dəədalətlidir və ayrı-ayrı vətəndaşlar tərəfindən edilən tənqidlər də ədalətlidir. Bizim özümüz də dərk edirik ki,görülən işlərdə səhvlər, nöqsanlar da var, qüsurlar da var. Amma bunlar ümumi işin müsbət nəticəsinə heç birtəsir etmir. Bütün xarici, beynəlxalq təşkilatların, müşahidəçilərin qeyd etdiyi kimi, parlament seçkilərininnəticəsi Azərbaycanda demokratiya yolunda atılan ilk addımdır və hesab edirəm ki, çox böyük addımdır. Bir dəqeyd edirəm, biz demokratiyanın uzun yoluna indi qədəm qo[11-12]yuruq. Əgər atdığımız addım demokratiyayolunda atılan addımdırsa, bu, artıq nailiyyətdir.Nəzərə almaq lazımdır ki, – mən qeyd etdim, – cəmiyyətdə və dövlət quruculuğunda demokratiyanınəsasını qoyanlar fransız filosofları XVIII əsrin ikinci yarısında bu prinsipləri meydana atıblar. Neçə əsr keçibdir.Bəzi ölkələr illər boyu, on illər boyu o prinsiplərdən istifadə edərək demokratiya sahəsində yüksək nailiyyətlərəldə edirlər. Ancaq Azərbaycan isə bu addımları indi atmağa başlayır. Hesab edirəm, ən böyük uğurumuz ondanibarətdir ki, biz bu addımları atırıq, inamla atırıq, qətiyyətlə atırıq və bundan sonra da bu yolla gedəcəyik. Bizimqəbul etdiyimiz konstitusiya və seçilmiş parlament demokratiya yolu ilə gedəcəkdir. Mən buna əminəm və birprezident kimi konstitusiya ilə mənim üzərimə qoyulan vəzifələri həyata keçirərkən hər saniyə, hər dəqiqə, hər12

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!