11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

AZƏRBAYCAN VƏ GÜRCÜSTANNÜMAYƏNDƏ HEYƏTLƏRİ ARASINDADANIŞIQLAR BAŞA ÇATDIQDAN VƏSƏNƏDLƏR İMZALANDIQDAN SONRAGÜRCÜSTAN PREZİDENTİ EDUARDŞEVARDNADZE İLƏ BİRGƏMƏTBUAT KONFRANSINDA BƏYANATTbilisi8 mart 1996-cı ilHörmətli xanımlar və cənablar!Mənim dostum, Gürcüstan prezidenti cənab Eduard Amvrosiyeviç Şevardnadze görüşümüzün birinci günüimzalanmış sənədlər barədə sizə ətraflı məlumat verdi. Bu, məni hansısa bir informasiya verməkdən azad edir.Mən Eduard Amvrosiyeviçin dedikləri ilə, verdiyi qiymətlərlə, şərhlərlə tamamilə razıyam.Eyni zamanda Gürcüstan ilə Azərbaycan Respublikası arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlıtəhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə"nin xüsusi əhəmiyyətini qeyd etmək istəyirəm.Gürcüstan ilə Azərbaycan Respublikası arasında bir çox onilliklər, yüzilliklər ərzində mövcud olan ənənəvidostluq münasibətlərini, qonşu və yaxın dost olduğumuz, bir çox məsələləri birlikdə, lakin hərənin öz ölkəsində,regionumuzda həll etdiyini və beynəlxalq sahələrdə fəal əməkdaşlıq etdiyimizi əsas götürsək, bunun müstəsnaəhəmiyyəti var."Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında" imzaladığımız bəyannamə çox mühümdür.Mən deyərdim ki, bu, həmin qəbildən olan ilk belə ciddi, mühüm siyasi sənəddir. Onun mühümlüyü və böyükəhəmiyyəti də bundadır ki, Qafqaz qeyri-sabitlikdən, münaqişələrdən əziyyət çəkir, bir çox millətlərarasıtoqquşmalardan və proseslərdən əziyyət çəkir. Ona görə də hər birimizin, xüsusən də Gürcüstan və Azərbaycandövlət başçılarının vəzifəsi Qafqazda sülhə, təhlükəsizliyə, əməkdaşlığa yol açmaqdır. İmzaladığımız sənədməzmununa və xarakterinə görə belə bir əməkdaşlığa yol açır. O, başqalarının da qoşulması üçün açıqdır. Onagörə də ümid[404-405]var olmaq istəyirəm ki, regionumuzun digər dövlətləri, eləcə ə başqa dövlətlər bu sənədəqoşulacaqlar.Azərbaycanda ilkin neftin Gürcüstan ərazisi vasitəsilə Qara dəniz sahilinə nəqli barədə bu gün imzalanmışsənədlərin də ox mühüm əhəmiyyəti var. Həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadiyyatı üçün əhəmiyyətihəqiqətən böyükdür. Bu, həm də dostluq, əməkdaşlıq xəttidir. Ümidvaram ki, gələcək nəsillərimiz indi bizim buistiqamətdə gördüyümüz işləri layiqincə qiymətləndirəcəklər. Çünki Gürcüstan ərazisindən keçməkləAzərbaycandan Qara dəniz sahilinə neft kəmərinin çəkilməsi gələcəkdə iqtisadi, sosial xarakterli bir çoxmaraqlan özünə cəlb edəcəkdir.Şübhəsiz ki, imzaladığımız hər bir sənəd əhəmiyyətlidir. Ona görə də mən danışdıqlarımızdan vəimzaladığımız sənədlərdən, bu gün burada, Tbilisidə qarşılıqlı münasibətlərimizdə hökm sürən səmimi dostluqşəraitindən son dərəcə məmnunam. Gürcüstana dəVət olunduğuma görə, mənə və nümayəndə heyətimizin bütünüzvlərinə göstərilən səmimi münasibətə görə, – biz burada özümüzü evimizdəki kimi, qardaşlarımızın yanındakıkimi hiss edirik, buraya da bu hisslərlə gəlmişik və Tbilisidə, Gürcüstan torpağında keçirdiyimiz saatlarhisslərimizi və ümidlərimizi tamamilə doğruldur, – cənab Eduard Şevardnadzeyə minnətdarlığımı bildirirəm.Hesab edirəm ki, ünsiyyət üçün hələ imkanımız olacaq, çünki mənim səfər proqramım kifayət qədərgenişdir və yəqin ki, mətbuatla yenə görüşəcəyik. İndi isə dediklərimlə kifayətlənir, əlavə edirəm ki, mənGürcüstan prezidenti cənab Eduard Şevardnadzeni Azərbaycana dəvət etmişdim və bu gün bu dəvəti bir dahatəsdiq edirəm. Zənnimcə, burada gördüyümüz çoxlu işdən sonra belə səfər həyata keçiriləcəkdir. Diqqətinizəgörə sağ olun.Sual: Hər iki prezident dinc Qafqaz barədə danışdılar. Ona görə də sualım hər ikisinədir. İlkin neftinGürcüstan ərazisi vasitəsilə nəqli haqqında müqavilənin imzalanması ilə əlaqədar Rusiya yəqin ki,Qafqazda özünün təsir dairəsini müəyyən qədər itirmişdir. Sizcə, o, öz təsir dairəsini nə yolla –sülhyaratma rolu oynadığı Dağlıq Qarabağ və Abxaziya hesabına bərpa etməyə çalışacaq, yoxsa bunu nəisə başqa şeyə dəyişə bilərmi? [405-406]E. Şevardnadze: Zənnimcə, Xəzər neftinin Gürcüstan ərazisi vasitəsilə, yəni Qərb istiqamətində nəqliməsələsində heç bir sualtı maneə axtarmaq lazım deyildir. Bu, həm Gürcüstan, həm də bütün Qafqaz üçün tarixiəhəmiyyətə malik olsa da, mən deyərdim ki, adi qərardır. Burada heç bir ziddiyyət, heç bir qarşıdurma, yaxudhansısa dövlətə qarşı qəbul edilmiş qərar yoxdur. Sizə məlumdur ki, bu məsələdə iki istiqamət – Şimal və Qərbistiqamətləri var. Korporasiyaların paralel marşrutlara malik olmaq istəyi tamamilə təbii və qanunauyğundur.204

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!