11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

vermisiniz, – özünüz yaxşı bilirsiniz. Gürcüstanı, gürcü xalqını, Gürcüstanda yaşayan bütün millətləri, ocümlədən azərbaycanlıları, Gürcüstanın bütün vətəndaşlarını bu ağır vəziyyətdən çıxaran gürcü xalqınınmütərəqqi qüvvələrinin milli həmrəylik əldə etməsi və gürcü xalqının böyük oğlu Eduard Şevardnadzeninyenidən Gürcüstana qayıtması və öz xalqına əvvəlki illərdəki kimi, böyük xidmətlər göstərərək, Gürcüstanıbugünkü günlərə çatdırmasıdır.Mən bir dost, qonşu kimi Gürcüstanda gedən proseslərin bugünkü müsbət nəticələrə gəlib çıxmasınasevinirəm, məmnun olduğumu bildirmək istəyirəm. Gürcü xalqına, onun görkəmli başçısı EduardŞevardnadzeyə cansağlığı, xoşbəxtlik və gələcək illərdə yeni-yeni uğurlar arzulayıram.Son illər Azərbaycanda gedən proseslər sizə məlumdur. Bu barədə mən burada bir neçə kəlmə deyəcəyəm.Ancaq əvvəlcə qeyd etmək istəyirəm ki, mən buraya Gürcüstan ilə Azərbaycan arasında əlaqələri daha yüksəkzirvələrə qaldırmaq üçün gəlmişəm. Hesab edirəm ki, mənim əziz dostum Eduard Şevardnadze ilə, Gürcüstanınbaşqa rəhbərləri ilə dünən və bu gün apardığımız danışıqlar, əldə etdiyimiz razılıq və imzalanan sənədlərAzərbaycan-Gürcüstan əlaqələrini həqiqətən yüksək zirvəyə qaldırıbdır, bizim dostluğumuzu, qardaşlığımızıdaha da möhkəmləndiribdir və dostluğumuzun gələcəyi üçün yeni-yeni gözəl yollar açıbdır.İki gün müddətində aparılan danışıqlar və əldə edilən nailiyyətlər haqqında cənab Şevardnadze çox ətraflıməlumat verdi. Mən sadəcə onu qeyd etmək istəyirəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasındabizim imzaladığımız dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müqavilə ölkələrimizin gələcək inkişafıüçün çox qiymətli bir sənəddir. Biz bu [434-435] sənəddən irəli gələn vəzifələrin öz tərəfimizdən layiqincə,vaxtlı-vaxtında yerinə yetirilməsini təmin edəcəyik.Biz – Eduard Şevardnadze ilə mən Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçünçox mühüm əhəmiyyət kəsb edən bəyannamə imzaladıq. Bu bəyannamə onu göstərir ki, həm cənab EduardŞevardnadze, həm də mən Qafqazda sülhü həqiqətən möhkəmləndirməyə, sülhü bərqərar etməyə çalışırıq.Nəinki öz ölkələrimiz, öz xalqlarımız haqqında düşünürük, bütün Qafqaz haqqında, Qafqazın bu günü, gələcəyihaqqında düşünürük. Bu bəyannamə açıq bir sənəddir və mən ümidvar olduğumu bildirmək istəyirəm ki,Qafqazın bütün respublikaları, dövlətləri də və başqa dövlətlər də bu bəyannaməyə qoşulacaqlar. ÇünkiQafqazda sülhü, əmin-amanlığı bərqərar etmək təkcə Gürcüstan, Azərbaycan üçün deyil, Qafqazda yaşayanbütün xalqlar üçündür. Bu təkcə Qafqaz üçün yox, Qafqazla əlaqəsi olan bütün ölkələr, xalqlar üçündür, bütündünya üçündür.Qafqaz indi bütün dünyanın diqqət mərkəzindədir. Ona görə də Qafqazda gedən prosesləri düzgünistiqamətə, sülh istiqamətinə yönəldib Qafqazda sülhə, əmin-amanlığa nail olmaq çox böyük, müqəddəsməqsəddir, ali məqsəddir və biz bu məqsəd uğrunda bundan sonra da əzmlə çalışacağıq.Nəhayət, imzaladığımız sənədlərin ən mühümlərindən biri də Azərbaycanda hasil olunacaq neftin Gürcüstanərazisindən, Qərb istiqamətində Qara dənizə ixracı ilə əlaqədar müqavilədir. Bu, çox əhəmiyyətli bir sənəddir.Bu barədə dünən də, bu gün də çox sözlər deyilib. Mənim əziz dostum Eduard Şevardnadze bu sənədə çoxyüksək qiymət verib. Öz çıxışlarınızda siz də bu barədə danışmısınız.Mən deyilən sözlərin hamısı ilə razıyam. Sadəcə onu əlavə etmək istəyirəm ki, bəli, bu müqavilə, sənəd, –onu Eduard Şevardnadze ilə mən imzalamışam, – nəinki bugünkü insanlar üçün, bütün gələcək nəsillər üçüngözəl imkanlar açır. Ümidvaram ki, bu gün də, qarşıdan gələn illərdə də bizim vətəndaşlarımız və gələcəknəsillər atdığımız bu addımın gözəl nəticələrini, bəhrələrini görəcəklər.Bildiyiniz kimi, bu neft kəmərinin çəkilməsi haqqında qərarı 1995-ci il oktyabrın 9-da biz Bakıda qəbuletmişik. Bəli, bu qərarın qəbul olunması çox böyük müqavimətlərlə, maneələrlə rastlaşmışdı. Ancaq iradəmiz vəamalımızın saflığı bizi bu [435-436] qərarın qəbul olunmasına gətirib çıxardı və mən bundan çox məmnunam.Ancaq mən belə hesab etdim ki, bu qərar əsasında Gürcüstan ilə Azərbaycan arasında müqaviləni Gürcüstanda,Tbilisidə imzalamaq lazımdır. Ona görə də mən buraya, Gürcüstana dostum Eduard Şevardnadzenin yanına,sizin yanınıza gəlmişəm.İmzalanan bütün başqa sənədlər də, şübhəsiz ki, ölkələrimiz, xalqlarımız arasında olan dostluq, qardaşlıqəlaqələrini inkişaf etdirəcəkdir. Biz – Gürcüstanın, Azərbaycanın bütün vətəndaşları bu proseslərin həmşahidiyik, həm də iştirakçısıyıq. Mənə və mənimlə buraya gələn nümayəndə heyətinin üzvlərinə dünən və bugün burada çox böyük qayğı və diqqət, qonaqpərvərlik, hörmət göstərilmişdir. Dünən mənə Gürcüstanparlamentində – müstəqil Gürcüstanın ilk parlamentində çıxış etmək nəsib oldu. Mən orada öz ürək sözlərimidedim. Bu gün dünyanın ən məşhur universitetlərindən biri olan Tbilisi Dövlət Universitetində Gürcüstanınböyük alimləri mənə universitetin fəxri doktoru adı verilməsi münasibətilə toplaşmışdılar və bu adı, diplomumənə təqdim etdilər, mənə böyük şərəf verdilər, böyük hörmət etdilər.Gürcüstanda yaşayan azərbaycanlıların nümayəndələri bu gün buraya, bu gözəl, məşhur tarixi teatra –Gürcüstanın fəxri və iftixarı olan teatra toplaşıblar. Eyni zamanda burada Gürcüstanın başqa nümayəndələri –həm azərbaycanlılar, həm də gürcülər, həm Azərbaycan Respublikasının dövlət rəhbərləri, məsul şəxsləri, həmGürcüstanın başçısı, həm də dövlət, hökumət rəhbərləri vardır. Bu gün bu salon Gürcüstan-Azərbaycan dostluğusalonuna çevrilibdir. Burada çox dəyərli çıxışlar oldu. Ən dəyərli çıxışlardan biri, əsası mənim dostum,qardaşım Eduard Şevardnadzenin çıxışı oldu. Onun burada söylədiyi sözlər – Azərbaycan Respublikasının218

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!