11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

etmişəm. Bilirsiniz ki, mən keçmişdə də uzun müddət, çox illər Azərbaycanda rəhbər olmuşam. Bundan sonramən Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam. Ancaq sonra bir neçə il mən cəmiyyətdən təcridolunmuşam. Hətta mənə qarşı repressiyalar da etmişdilər. Mən üç il Naxçıvanda, doğulduğum yerdə, blokadaşəraitində olan xırda bir şəhərdə yaşamışam. Ancaq 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsibaşlayarkən xalq məni yenidən Azərbaycana tələb etdi.Keçmiş illərdə də, indi də mən xalqa sədaqətlə xidmət edirəm. Mən məmnunam ki, xalq bunuqiymətləndirir. Bu barədə xüsusən Sizin bu fikriniz mənim üçün çox maraqlıdır. Çünki Siz tamamilə kənar,neytral bir müşahidəçisiniz. Sizə bu sözləri deyən adamlar yəqin ki, yalan danışmayıblar. Çünki sizinAzərbaycan dövləti ilə heç bir əlaqəniz yoxdur. Neytral, xarici bir vətəndaşa hər kəs öz ürəyini açıb, istədiyinideyib. Buna görə sizin bu məlumatınız öz orqanlarımın mənə verdikləri məlumatlardan qiymətlidir.Sual: Cənab prezident, məhz Sizə görə mən başda prezident Heydər Əliyev olmaqla Azərbaycanhaqqında xüsusi bir film çəkmək istəyirəm. Əlavə iki sualım var. Bu suallarım Ermənistan ilə münaqişə,qaçqınlar problemi ilə əlaqədardır. Siz Dağlıq Qarabağla bağlı Ermənistanla Azərbaycan arasında olan[274-275] münaqişənin həll edilməsi yollarını nədə görürsünüz və Ermənistanın təzyiqləri barədə nələrdemək istərdiniz?Cavab: Bilirsiniz, mən bu münaqişənin başa çatmasını onun sülh yolu ilə həll olunmasında görürəm. Yeddiil davam etmiş müharibə nə Ermənistana, nə Azərbaycana heç bir müsbət nəticə gətirməyib. Doğrudur,Azərbaycan çox böyük zərbələr alıb. Azərbaycanın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindənişğal olunub. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın düşüb. Bütünbunlara baxmayaraq mən hesab edirəm ki, bu münaqişə sülh yolu ilə həll olunmalıdır. Bu münaqişəni sülh yoluilə həll etmək üçün bizim şərtlərimiz çox sadədir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bütünərazimizin hamısı azad edilməlidir.Yurdlarından qaçqın düşmüş Azərbaycan vətəndaşları öz yerlərinə qayıtmalıdır. Bir müstəqil dövlət kimiAzərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır, Azərbaycan Respublikasının, dövlətinin tərkibində DağlıqQarabağ yeni status almalıdır. Dağlıq Qarabağda yaşayan ermənilərin də təhlükəsizliyi təmin edilməlidir. Bax,biz bu prinsiplər əsasında danışıqlar aparırıq. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz sülhə, böyük sülhənail olacağıq. Ermənistanla Azərbaycan əsrlər boyu qonşu xalqlar kimi yaşayıblar. Mən arzu edirəm ki, bizimdövlətlərimiz arasında yenidən sülh, əmin-amanlıq yaransın. Mən bu gün Ermənistan prezidenti cənab Ter-Petrosyanla burada bu barədə qısa bir danışıq aparmışam.Sual: Cənab prezident, Sizin ölkəniz Qara qızıl ilə, neft və qaz ehtiyatları ilə çox zəngin bir ölkədir.Siz Azərbaycanın bu sərvətlərindən gələcəkdə necə istifadə etməyi planlaşdırırsınız və bu sərvətləringələcəyini necə görürsünüz?Cavab: Biz çalışacağıq ki, bu sərvətlərdən çox səmərəli istifadə edək. Çünki yeraltı sərvətlər, təbii sərvətlərtükənməz deyildir. Onlar da tükənir. Mənim məqsədim budur ki, bu sərvətlərdən elə istifadə edək ki, onlar həmbu günümüz, həm də Azərbaycanın gələcək nəsilləri üçün yararlı olsun. Bunun üçün biz Qərbin bir neçə böyükneft şirkətləri ilə əməkdaşlıq edirik. O cümlədən Fransanın "Elf agenten" şirkəti ilə də bu sahədə əməkdaşlıqetmək üçün danışıqlar aparırıq. Güman edirəm ki, ona elə bir əsas yaradacağıq ki, bizim bu sərvətləri [275-276]miz gələcəkdə çox illər Azərbaycan xalqının rifahına xidmət edəcəkdir.Sual: Cənab prezident, bildiyiniz kimi, Sizinlə indi çəkdiyimiz bu müsahibəyə 80 milyon avropalıbaxacaqdır. Artıq yeni ilin ilk günlərini yaşayırıq. Gənc və müstəqil Azərbaycan dövlətinin təmsilçisi,Azərbaycan dövlətinin prezidenti kimi Siz bu yeni ilin ilk günlərində avropalılara nə demək istərdiniz?Öz dövlətiniz ilə Avropa arasında münasibətləri, o cümlədən Fransa ilə Azərbaycan arasında olanmünasibətləri necə görürsünüz və bunların inkişaf etdirilməsi barədə nələri söyləmək istərdiniz?Cavab: Avropa dünyanın ən inkişaf etmiş bir hissəsidir. Dünyanın başqa regionlarının inkişaf etməsinə dəəsrlər boyu Avropanın böyük tarixi təsiri olmuşdur. Mən Avropaya daim böyük hörmət və ehtiram bəsləmişəm.Fransanın böyük tarixi, zəngin mədəniyyəti və müasir nailiyyətləri bizi həmişə heyran edir. Mən bu günFransanın prezidenti cənab Jak Şirakla, xarici işlər naziri ilə görüşərkən onları Azərbaycana dəvət etmişəm. Başnazir cənab Alen Jüppe mənim dəvətimi çoxdan alıbdır. Yeni ilin ilk günlərində mən bütün avropalılara, bütünfransızlara səadət, xoşbəxtlik, sülh və əmin-amanlıq arzu edirəm. Ümidvaram ki, bu il də, gələn illərdə dəAvropa bəşəriyyətin tərəqqisinin ön sıralarında gedəcəkdir.Müxbir: Çox sağ olun, cənab prezident. [276-277]138

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!