11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

BAKI MƏİŞƏT KONDİSİONERLƏRİZAVODUNUN 20 İLLİK YUBİLEYİMÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ MİTİNQDƏÇIXIŞ"Bakı Kondisioneri" Elm-istehsalat birliyi25 dekabr 1995-ci ilƏziz dostlar!Hörmətli xanımlar, cənablar!Bu gün Azərbaycan Respublikasının, müstəqil Azərbaycanın həyatında, onun tarixində əlamətdar birgündür. Azərbaycanın iri sənaye müəssisələrindən biri olan Bakı məişət kondisionerləri zavodunun işəbaşlamasından 20 il keçir.Ölkəmizin sənayesində, iqtisadiyyatında, həyatında özünəməxsus yer tutmuş Bakı kondisionerlər zavodu 20ildir ki, Azərbaycanın şan-şöhrətini dünya ölkələrinə çatdırır və respublikamızın hörmətini daim qaldırır. Buyubiley münasibətilə mən sizi ürəkdən təbrik edirəm, zavodun kollektivinə yeni uğurlar diləyirəm, hər birinizəsəadət və cansağlığı arzulayıram.20 il az vaxt deyil. Mən bu gün 20 il bundan əvvəl, dekabrın 25-də Bakı kondisionerlər zavodunun açılmasımünasibətilə zavodun önündəki meydanda keçirilən böyük izdihamlı mitinqi xatırlayıram. O, Azərbaycan xalqıüçün bayram günü idi. Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri bu meydana toplaşmışdı,xarici ölkələrdən də qonaqlar gəlmişdi və biz hamımız birlikdə Azərbaycanın həyatında doğulmuş, işə başlayanyeni böyük sənaye müəssisəsinin açılışını təntənəli surətdə qeyd edirdik. Həmin o gün mən mitinqiştirakçılarının qarşısında çıxış edərkən zavodun yaranması tarixi haqqında bəzi fikirlərimi söylədim. Zavodungələcəyi haqqında da öz arzu və istəklərimi bildirdim. Tam əmin olduğumu bildirdim ki, bu zavod, bu kollektivAzərbaycan iqtisadiyyatının, sənayesinin aparıcı bir qüvvəsi olacaq, ölkəmizdə elmi-texniki tərəqqinininkişafına yeni yollar açacaq və böyük təsir göstərəcəkdir. Bu gün, 20 ildən sonra mən böyük iftixar hissi ilə[209-210] deyirəm ki, bizim o ümidlərimiz, arzularımız çin oldu, yerinə yetdi. Doğrudan da bu böyük istehsalmüəssisəsinin kollektivi 20 il müddətində hər il ardıcıl surətdə, dalbadal yeni-yeni nailiyyətlər əldə etdi vəAzərbaycan iqtisadiyyatının inkişafına öz xidmətlərini göstərdi, Azərbaycan vətəndaşlarının böyük bir qismininrifahının yüksəlməsinə çox xidmətlər etdi. Bunlar böyük nailiyyətdir.Əgər biz 20 il bundan əvvəl bu nəhəng, müasir tipli, elmi-texniki tərəqqinin zirvəsində durmuş istehsalmüəssisəsinin yaranmasına sevinirdiksə, bu gün bu müəssisənin, bu kollektivin, həmvətənlərimizin –mühəndislərin, texniklərin, mütəxəssislərin, fəhlələrin, zavodun bütün əməkçilərinin, onun ətrafında olan bütüntəşkilatların hamısının 20 ildə əldə etdiyi nailiyyətlərlə fəxr edirik. Əziz dostlar, mən sizi bu nailiyyətlərmünasibətilə ürəkdən təbrik edirəm.XX əsrin əvvəlindən Azərbaycan dünyada bir sənaye ölkəsi kimi tanınmışdır, keçmişdə Rusiyanın, sonralarisə Sovetlər İttifaqının böyük sənaye mərkəzlərindən biri idi. Azərbaycanda böyük sənaye müəssisələriyaranmışdır, inkişaf etmişdir, fəaliyyət göstərmişdir. Ancaq 60-70-ci illərdə Azərbaycanın müasir elmi-texnikinailiyyətlərə uyğun olan yeni istehsal müəssisələrinə ehtiyacı var idi. Elmi-texniki tərəqqi iqtisadiyyatı daimirəli aparan, inkişaf etdirən böyük bir qüvvə olmuşdur. O illərdə cəmiyyətimizdə, ölkəmizdə elmi-texnikitərəqqinin inkişaf etdirilməsi üçün çox tədbirlər görülürdü. Biz də Vətənimizin, Azərbaycanın dünya elmitexnikisəviyyəsindən geridə qalmamasına çalışırdıq, hətta elmi-texniki tərəqqinin önündə getməsini istəyirdik.Ona görə də çox tədbirlər görürdük. Bu tədbirlər sırasında Azərbaycanda maşınqayırma kompleksinin inkişafetdirilməsi, genişləndirilməsi qarşımızda duran əsas vəzifələrdən biri idi.Azərbaycan sənaye mərkəzi olaraq, eyni zamanda böyük maşınqayırma sənayesinin mərkəzlərindən biri idi.Ancaq 60-70-ci illərə qədər Azərbaycanda maşınqayırma birtərəfli inkişaf etmişdi. Neft istehsalı ilə məşğulolduğuna görə Azərbaycanda maşınqayırma kompleksi yalnız neft sənayesi ilə əlaqədar cihazlar, maşınlaristehsal edən zavodlardan, müəssisələrdən ibarət olmuşdur. Ancaq o dövrdə, o zaman biz yeni istehsalsahələrinin yaradılması ideyasını irəli sürdük və bu qəbildən olan elektrotexnika, radiotexnika, elektronika,mikroe[210-211]lektronika, cihazqayırma müəssisələri xüsusi əhəmiyyət kəsb etdi.Azərbaycanda o illərdə bu sahələr çox az inkişaf etmişdi. Biz bu sahələri inkişaf etdirmək istəyirdik. 20 ilkeçəndən sonra indi biz özümüz üçün tam aydın dərk etdik və belə bir nəticəyə gəldik ki, elmi-texniki tərəqqiyalnız maşınqayırmanın bu sahələrinin inkişafı ilə bağlıdır və bunun nəticəsində inkişaf edə bilər. Ona görə dəbiz belə müəssisələr yaratmaq istəyirdik. Bu gün mən böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, məhz oillərdə – 70-80-ci illərdə Azərbaycanda maşınqayırmanın qabaqcıl, müasir sahələri inkişaf etdi. Biz yeni-yeniistehsal müəssisələri, zavodlar yaratdıq. Bunlar hamısı xalqımızın elmi-texniki səviyyəsini yüksəklərə qaldırdı.Yüksək səviyyəli mütəxəssislər-mühəndislər, texniklər, fəhlələr hazırlandı və bunların da hamısı indi108

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!