11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Mən bu faktı yüksək qiymətləndirdiyimə görə xatırlayıram. Ona görə xatırlayıram ki, bu, SəmədVurğun ailəsidir. Həmin görüşdə mən Səməd Vurğunu bir daha yaxından hiss etdim. Bunların hamısı bizi birbirimizəmehriban, sadiq olmağa dəvət edir.Respublikamız, xalqımız ağır dövrünü yaşayır. Burada Elçin 70-ci illəri çox həyəcanla, onun sözü ilədesək, nostalgiya ilə xatırladı. Buna əsas var. Doğrudan da o illərdə 60-70-ci illərdə [200-201] ədəbiyyata,mədəniyyətə gəlmiş gözəl bir nəsil indi artıq ədəbiyyatımızın, mədəniyyətimizin aparıcı qüvvələridir: Yusif də,Anar da, Maqsud da, Elçin də, başqaları da. Ona görə də bir daha deyirəm, o illəri xatırlamağa və onunqiymətini unutmamağa əsas var. Ancaq nə qədər ağır olsa da bugünkü günümüz də bizim üçün çox qiymətlidir.Bu günlər indiyədək yaşadığımız dövrlərin bəlkə də hamısından qiymətlidir. Çünki biz indi milli azadlığaçıxmışıq, dövlət müstəqilliyini əldə etmişik, müstəqil dövlət kimi yaşayırıq. Yaşayışımız çətindir, ağırdır.Bilirəm ki, mədəniyyət xadimləri üçün də ağırdır, çətindir. Amma bunların hamısının müqabilində bizim böyüknailiyyətimiz var: Azərbaycanın dövlət müstəqilliyi. Bu, ən böyük nailiyyətdir.Şəxsən mən istəyirəm ki, bu çətinliklərdən tez çıxaq və biz bunun üçün çalışırıq. Ancaq xatirinizə salın– böyük şairimiz Mirzə Ələkbər Sabir hansı vəziyyətdə yaşayırdı və hansı ağır ehtiyaclar içində dünyadan getdi.Yaxud böyük mütəfəkkir, yazıçı, alim Cəlil Məmmədquluzadə hansı şəraitdə yaşayırdı və həyatının son illərinihansı ehtiyaclar içərisində yaşadı, dünyadan getdi. Ancaq onların adı, yaradıcılığı, qoyduqları irs yaşayır və bizbunlarla fəxr edirik.Bugünkü günümüz o günlərdən yaxşıdır, pis deyil. Mən bunu maddi, iqtisadi nöqteyi-nəzərdən deyirəm.Ancaq əlbəttə, istənilən kimi deyil. Xalqımızın əksəriyyəti ağır, çətin vəziyyətdə yaşayır. Ən böyük ağrımız,yaramız torpaqlarımızın bir hissəsinin işğal altında olması, bir milyondan artıq vətəndaşımızın qaçqınvəziyyətində yaşamasıdır. Ancaq bunların hamısına baxmayaraq, Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizindünya birliyinə daxil olması, xalqımızın öz milli azadlığını əbədi olaraq əldə etməsi böyük nailiyyətdir. Bunailiyyətlər bizdən əvvəl yaşamış nəsillərin, mütəfəkkir insanların da nailiyyətidir. Səməd Vurğun onlarıniçərisində görkəmli yer tutur.Bu günümüzü gələcəyə aparan ziyalılarımız, mədəniyyət, elm xadimlərimiz, xalqın qabaqcıl adamları –həm bugünkü, həm də gələcək nəsil olacaqdır. Bu adamların içərisində görkəmli yazıçılarımız, bəstəkarlarımız,alimlərimiz, rəssamlarımız, incəsənət xadimlərimiz daim qiymətli olacaq və biz əlimizdən gələni edəcəyik ki,onların yaratması, yaşaması üçün şərait yaradılsın.Biz belə günləri yaşayırıq. Keçmişimizdə də çox əlamətdar illər, dövrlər, onilliklər var. Bu günümüz dəçox xoşbəxt gün[201-202]dür. Gələcəyimiz bundan da xoşbəxt olacaqdır. Əminəm ki, ziyalılarımız gələcəyəgedəcəyimiz yolun ön sıralarında olacaqlar.Yusif, mən səni bir daha təbrik edirəm. Sənə cansağlığı, səadət arzulayıram. Sənin həyat yoldaşınNəmidə xanımı təbrik edirəm. Ailənizə cansağlığı, səadət arzulayıram. Burada sənin nəvəni gördüm. Bu günbildim ki, sənin həm oğul, həm qız nəvən var və sən onları nə qədər sevirsən. Bu çox gözəl haldır. Bir söz mənibir az sarsıtdı: sən dedin ki, atan dünyadan nəvə görməmiş getdi. Sənin nəvələrin var. Allah eləsin nəticələrin dəolsun, onların da davamı olsun. Səməd Vurğun nəsli yaşasın, böyüsün və xalqımıza yeni-yeni nemətlər gətirsin.Mən Səməd Vurğun ailəsini təbrik edirəm. Sizin hamınıza – sənin qardaşına, bacına, anana, ailəninbütün üzvlərinə cansağlığı, xoşbəxtlik arzulayıram. Əminəm ki, sən və sənin qələm yoldaşlarınmədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi daha da yüksəklərə qaldıracaqsınız. Bu yolda sənə uğurlararzulayıram. [202-203]104

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!