11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

limanına gedəcəkdir. Əmin ola bilərsiniz ki, bu proqram həyata keçiriləcəkdir. Rusiya ərazisi ilə şimal marşrutuüzrə boru kəmərinin çəkilməsi sahəsində artıq əməli işə başlamaq üçün müvafiq sənədlər imzalanması haqqındaMoskvada Rusiya Federasiyasının Energetika Nazirliyi və Nazirlər Kabineti ilə iki dövrədə danışıqlaraparılmışdır və bizim konsorsiumun nümayəndə heyəti, Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndə heyətiyaxın günlərdə yenidən Moskvaya yola düşəcəkdir. Mənə deyildiyinə görə, bu sənədlərin imzalanması üçünartıq bütün layihələr hazırdır. Daha bundan sonra neft kəmərinin çəkilişi sahəsində əməli işə başlamaq olar.İkinci marşrut Gürcüstandan keçəcəkdir. Burada da hazırlıq işləri aparılır, heç bir problem yoxdur. Odurki, biz hər iki marşrut üzrə neft kəmərlərinin çəkilişi ilə eyni zamanda məşğul olmaq niyyətindəyik. Yəni ilkinneft çıxarılan vaxtadək şərait yaradılacaqdır ki, bu neft müqavilənin proqramına müvafiq surətdə ixrac edilsin.Qoy heç kəs bununla əlaqədar narahat olmasın.Burada Avropa Yenidənqurma və İnkişaf Bankının vitse-prezidenti cənab Rom Friman çox parlaq çıxışetdi. Biz cənab Frimana dünya bank sistemində layiqli yer tutan bu məşhur, çox nüfuzlu bankın AzərbaycanRespublikası ilə birgə işi barədə verdiyi məlumata görə təşəkkür edirik. Ümidvarıq ki, bu da AvropaYenidənqurma və İnkişaf Bankı kimi iri bankların Azərbaycanla əməkdaşlıq etdiyinə kifayət qədər inandırıcısübutdur.Mən belə düşünürəm ki, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana göstərdiyi diqqətidoğrultmaq üçün, oraya təqdim olunmuş layihələrə baxmaq üçün biz özümüz də hər şeyi edəcəyik. Bulayihələrin siyahısı böyükdür. Bu layihə[56-57]lərin Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindənkreditləşdirilməsi haqqında son danışıqların aparılması Üçün biz özümüz onları yaxın vaxtlarda, əgər belədemək mümkünsə, öz daxili ekspertizamızdan bir daha keçirəcəyik. Biz cənab Frimana belə xeyirxahlıqla,ehtiramla çıxışına görə çox sağ olun deyirik. Onun çıxışı bizə Azərbaycanın imkanlarını digər maliyyədairələrinə nümayiş etdirməyə imkan verir.Məncə, başqa suallar olmamışdır. Yoxsa olmuşdur? Mənə dedilər ki, daha bir məsələni əlavə olaraqaydınlaşdırmaq lazımdır. Bu, xarici səhmləri sığortalamaq məsələsidir. Bilirsiniz, ümumiyyətlə, sığorta işi bizimüçün də yeni bir işdir. Biz köhnə sosialist sistemində yaşayarkən orada dövlət sığortası var idi. MənAzərbaycanda da, Sovet İttifaqında da bir çox rəhbər vəzifələrdə işləmişəm. Amma, sözün düzü, bir əməlli-başlıtəsəvvür edə bilmədim ki, bu dövlət sığortası nəyi sığortalayır. Axı hər şey dövlətin sərəncamında idi. Deyəsən,hansısa bir təşkilat bu işlə bir növ məşğul olurdu.Buna görə də bu iş bizim üçün iqtisadi həyatın yeni, amma mühüm cəhətidir. Elə biz hamımız darespublikamızda səhmlərin sığortalanmasının vacibliyini və ümumiyyətlə, hər hansı biznesin sığortalanmasınınəhəmiyyətini başa düşürük. Mən sizə bildirmək istəyirəm ki, Azərbaycanda xarici səhmləri sığortalamaq üçüntəminatlı şərait yaradılması sahəsində tədbirlər görürük. Əmin ola bilərsiniz ki, bizim tərəfimizdənqanunvericilik qaydasında, sərəncam qaydasında bütün tədbirlər həyata keçiriləcəkdir. Mən sizi əmin edirəm ki,biz bu məsələ ilə ayrıca məşğul olacağıq. Çünki bu məsələ burada bəzi konfrans iştirakçılarının çıxışlarında üzəçıxarıldı və xatırladıldı. Bu, bir tərəfdən. Digər tərəfdən isə, biz özümüz bazar münasibətlərinin həyatakeçirilməsi prosesinə, xarici səhmlərin cəlb edilməsi prosesinə başlayaraq, artıq hiss edirik ki, sığorta məsələsibizim zəif yerimizdir. Həqiqətən, çox etibarlı, möhkəm təminatlı sığorta xidməti, sığorta sistemi yaratmaqlazımdır. Xüsusən xarici səhmlərin sığortalanması sahəsində. Buna görə də qoy bu da heç kəsi narahat etməsin.Beləliklə, mən aldığım məlumata görə, bəzi konfrans iştirakçılarını müəyyən dərəcədə narahat edən birsıra məsələlərə toxunmağa çalışdım. Deyilənlərin hamısına yekun vuraraq bir daha qeyd etmək istəyirəm;əcnəbi sərmayədarlar üçün ölkədə siyasi, ictimai-siyasi sabitlik gərəkdir. Azərbaycanda sabitlik var. Ölkəyə,respublikaya təminatlı rəhbərlik gərəkdir [57-58] – Azərbaycanda bu da var. Parlament, qanunverici orqangərəkdir. Elə parlament ki, o, iqtisadi islahatların uğurla həyata keçirilməsini və təbii olaraq, xarici səhmlərincəlb olunmasını təmin edən yeni-yeni qanunlar yaratsın. Azərbaycanda belə parlament də var.Biz seçkilər keçirdik, yeni parlamenti formalaşdırdıq. Dünən bəyan etdiyim kimi, bu parlament iqtisadiislahatlar aparılmasına, siyasi islahatlar keçirilməsinə, müxtəsəri, həyata keçirdiyimiz və gələcəkdə həyatakeçirəcəyimiz bütün dəyişikliklərə yönəldilmiş prezident xəttini, dövlət xəttini böyük əksəriyyətlə dəstəkləyir,özü də tamamilə dəstəkləyir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası var. Konstitusiyadamülkiyyət azadlığına, sahibkarlıq azadlığına, xüsusi mülkiyyətçi azadlığına, insan azadlığına, vətəndaşazadlığına təminat verən, insan hüquqlarını, insanın vətəndaş hüquqlarını təmin edən çox mühüm müddəalarnəzərdə tutulur. Əlbəttə, Azərbaycanda bütün dövlət-hakimiyyət təsisatlarının müvəffəqiyyətlə fəaliyyətgöstərməsini təmin edən konstitusiya da var. Azərbaycanda etibarlı dövlət sistemi yaradılmışdır. Bu sistemölkədə ictimai-siyasi vəziyyətə tam nəzarət edir və azad sahibkarlıq üçün, azad iqtisadi inkişaf üçün şəraityaradır. Bütün bu şəraitlər var, bütün bu təminatlar var. Nəhayət, Azərbaycan Respublikasının prezidenti bütünsərmayədarlar üçün təminatdır. Onun özü xüsusi olaraq buraya gəlmiş və bilavasitə bildirir ki, qoy heç kəsnarahat olmasın və Azərbaycan ilə fəal əməkdaşlıq etsin.Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, bu konfrans konkret əməli nəticələrə, bizim qarşılıqlısurətdə faydalı əməkdaşlığımıza gətirib çıxaracaqdır. Bütün konfrans iştirakçılarına uğurlar və tərəqqi32

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!