11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

BAKIDA BEYNƏLXALQ VALYUTAFONDUNUN SƏRƏNCAMÇI DİREKTORUMİŞEL KAMDESSÜ İLƏ DANIŞIQLAR BAŞAÇATDIQDAN SONRA BİRGƏ MƏTBUATKONFRANSI12 mart 1996-cı ilHörmətli xanımlar və cənablar, hörmətli mətbuat işçiləri!Bilirsiniz ki, Beynəlxalq Valyuta Fondunun direktoru cənab Kamdessü Bakıya gəlibdir. Bu gün səhərdənbir çox görüşlər keçirilibdir. İndi isə biz çox uzunsürən danışıqlar apardıq. Bu danışıqlar AzərbaycanRespublikası ilə Beynəlxalq Valyuta Fondunun gələcək əməkdaşlığına həsr olunmuşdur.Beynəlxalq Valyuta Fondu dünyanın ən böyük maliyyə mərkəzidir, 180-dən artıq ölkə bu fondun üzvüdür.Onun əsas vəzifələrindən biri dünyanın iqtisadi cəhətdən geridə qalmış ölkələrinə kömək və xüsusən buölkələrdə müasir iqtisadi islahatların həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir.Azərbaycan Beynəlxalq Valyuta Fondunun üzvüdür və qeyd edə bilərəm ki, bizim əməkdaşlığımızmüvəffəqiyyətlə gedir. Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadi islahatların aparılmasında, ölkəmizinbazar iqtisadiyyatı yolu ilə getməsi sahəsində çox dəyərli məsləhətlər verir və biz bu məsləhətlərdən istifadəetməyə çalışırıq. Eyni zamanda fond Azərbaycanda iqtisadi islahatların keçirilməsi, iqtisadiyyatda strukturdəyişikliklərin aparılması, özəlləşdirmə və başqa bu cür tədbirlər üçün respublikamıza kreditlərlə maliyyəyardımı edir. Biz Beynəlxalq Valyuta Fondundan 100 milyon dollaradək kredit almışıq. Bu, çox güzəştli,uzunmüddətli kreditdir və gələcəkdə çox az faizlə ödəniləcəkdir.Bu ayın axırında kreditin – buna stend-bay krediti deyirlər – təxminən 75 milyon dollar məbləğində ikincihissəsi yəqin ki, Azərbaycana veriləcəkdir. İndi böyük bir proqram hazırlanır və gələcəkdə iqtisadi islahatlarınkeçirilməsi üçün onun əsasında Beynəlxalq Valyuta Fondu bizimlə əməkdaşlıq edəcəkdir. Bu əməkdaşlıq dauzunmüddətli kreditlərlə təmin olu[452-453]nacaqdır. Bunlar hamısı Azərbaycanda bütün sahələrin, o cümlədəniqtisadiyyatın demokratiya yolu ilə getməsini bir daha sübut edir və gələcəkdə də bu yolla getməyimizəimkanlar yaradır.Cənab Kamdessü on ilə yaxındır ki, Beynəlxalq Valyuta Fonduna rəhbərlik edir, dünyanın tanınmışiqtisadçılarından, maliyyəçilərindən biridir. Bu vəzifədə dünyanın bir çox ölkələri qarşısında böyük xidmətlərgöstəribdir. Azərbaycana ilk dəfə gəlib, biz onu böyük hörmət və ehtiramla qarşılamışıq. Mən apardığımızdanışıqlardan və bunların nəticələrindən məmnunam. Ümidvaram ki, bu danışıqlar, görüşlər əsasındaAzərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlıq bundan sonra daha sürətlə inkişaf edəcəkdir.Sual: Cənab Kamdessü, bizə səxavətlə vaxt ayırdığınız üçün təşəkkür edirik. Əgər Azərbaycanamaliyyə vəsaitini də belə səxavətlə ayırsanız, respublikamızın işləri çox yaxşı olacaq. Dediniz ki,Beynəlxalq Valyuta Fondunun nizamnaməsinin ilk maddəsinə görə ehtiyacı olan üzv ölkələrə özlərinəinam yaratmağı, habelə başqa ölkələrdə onlara inam yaratmağı nəzərdə tutursunuz. Azərbaycana inamyaratmaq istəyinizi buraya səfərinizdən və ölkəmizdə keçirilən islahatlar haqqında dediklərinizdən başadüşdük. Başqa ölkələrdə Azərbaycana qarşı inam yaratmaq üçün nə işlər görmüsünüz, görürsünüz vəgörəcəksiniz?Mişel Kamdessü: Mən başqa ölkələri əmin etmək istəyirəm ki, Azərbaycan inama, etimada layiqdir.Bundan ötrü ən münasib məclisdən – 181 dövləti təmsil edən Beynəlxalq Valyuta Fondunun İcraiyyəŞurasından istifadə edirəm. Onlar ölkənin vəziyyəti, uğurları barədə bizim verdiyimiz qiyməti nəzərə alırlar.Əgər müsbət qiymət veririksə – bu dəfə də belə fikirdəyik – həmin ölkənin maliyyələşdirilməsi təsdiq olunur.Əks halda belə qərar qəbul edilmir. Demək istəyirəm ki, biz başqa beynəlxalq məclislərdə də sizinnailiyyətlərinizə müsbət qiymət verəcəyik. Əgər siz ən yaxın gələcəkdə bu qiymətin nəticələrini görməsəniz, bu,məni çox təəccübləndirər.Ölkəyə inamı gücləndirməyin çox mühüm cəhəti onun ətraf dünya ilə, o cümlədən qonşularla əməkdaşlığahazır olması, regional səviyyədə ümumi məqsədlər irəli sürə bilməsi və bunu istəməsidir. Bununla əlaqədar bugünlərdə sizin pre[453-454]zidentin və Gürcüstan prezidenti cənab Şevardnadzenin Qafqaz təşəbbüsü haqqındaimzaladıqları bəyannamənin – regionda sabitliyə və tərəqqiyə nail olmağa yönəldilmiş sənədin əhəmiyyətiniqeyd etmək istəyirəm. Məsələyə belə ümumi baxışın regionda geniş yayılması çox mühümdür. Xüsusən onagörə ki, Qafqaz regionunun digər ölkələrinin də bu bəyannaməyə qoşulması üçün imkan var. Beynəlxalq birlikməhz belə təşəbbüsləri dəstəkləməyə hazır olacaqdır.Sual: Azərbaycan prezidenti ilə hansı konkret razılaşmalar əldə olunmuşdur? Məsələn, siz üçüncükreditin verilməsini respublikada özəlləşdirmənin keçirilməsi ilə bağlayırsınızmı?Mişel Kamdessü: Bizim hansısa konkret danışıqlar apardığımıza əmin deyiləm, çünki bir çox məsələlərdəeyni fikirdə idik. Söhbətimiz əsasən ona həsr olunmuşdu ki, baxışlarımızı aydınlaşdıraq və həm də görək226

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!