11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

göstərəcəklər.Bizim 1995-ci ildə əldə etdiyimiz ən böyük nailiyyət ondan ibarətdir ki, son illərdə respublikamızı ağırvəziyyətə salan, daxilimizdə mövcud olmuş qarmaqarışıqlığa, ayrı-ayrı qrupların hakimiyyət, vəzifə uğrundamübarizəsi, ayrı-ayrı silahlı dəstələrin Azərbaycanı içəridən dağıtması hallarına artıq son qoyulmuşdur. Mən bugün, Yeni il ərəfəsində, bir daha qeyd etmək istəyirəm ki, xalqımızın, respublikamızın son illərdə bu ağırvəziyyətə düşməsinin əsas səbəbi Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bərabər, respublikamızındaxilində ayrı-ayrı qrupların, dəstələrin, qüvvələrin vəzifə mübarizəsi, şəxsi ambisiyaları, şəxsi məqsədlərinənail olmaq üçün qeyri-qanuni hərəkətləridir. Onların qeyri-qanuni hərəkətləri xalqımızı belə bir ağır vəziyyətəsalmışdır.Əziz həmvətənlər, siz bunların şahidisiniz. 1993-cü ildə Azərbaycan Respublikasının vətəndaş müharibəsihəddinə gəlib çıxması, 1994-cü ildə Azərbaycanda müxtəlif dəstələrin, qrupların, o cümlədən, təəssüf ki, ayrıayrısiyasi partiyalara, təşkilatlara mənsub olan qrupların ilboyu respublikamızda sabitliyi pozmaq, dövlətquruculuğunu dağıtmaq meylləri – bunlar hamısı dediklərimə əyani sübutdur.Biz bunların qarşısını aldıq. Ancaq buna baxmayaraq 1995-ci ildə yenə də bu cəhdlər davam etdi. Bucəhdlər davam etdikcə insanlarımız qorxu altında yaşayıb sabitlik olmadığına görə gələcəyə ümidsiz olmuşdu vərespublikamızda ağır bir [244-245] vəziyyət yaranmışdı. 1995-ci ilin əvvəlindən bu cinayətkar qruplar yenə dəöz cinayətkar əməllərini həyata keçirməyə cəhdlər göstərdilər. Mart ayında yenidən Azərbaycanda dövlətçevrilişi etmək cəhdləri oldu, onların qarşısı alındı. Ancaq bunlar da dərs olmadı. Azərbaycanın daxilində olandüşmən qüvvələr və ölkəmizin müstəqilliyini pozmaq üçün, respublikamızın inkişafına mane olmaq üçüntəxribat xarakterli tədbirlərə əl atan xarici qüvvələr yenə də öz cəhdlərindən əl çəkmədilər. Məlum marthadisələrindən sonra 1995-ci ildə Azərbaycanda müxtəlif terror aktlarının həyata keçirilməsi cəhdləri, körpüpartlatmaq, başqa təxribat halları və yenidən bir dəstənin terror vasitəsilə Azərbaycanda dövlət çevrilişi etməkcəhdləri də mövcud oldu. Bunların da qarşısı alındı. Bütün bu cinayətlərin qarşısı alınarkən, onlar təhqiqolunarkən, araşdırılarkən respublikamızda yeni-yeni cinayətkar qruplar, silahlı dəstələr aşkar oldu. Onlar dazərərsizləşdirildilər, aradan götürüldülər. Onlara qarşı lazımi qanuni tədbirlər görüldü.Bütün bunların nəticəsində həm respublikamızın ictimaiyyəti, həm də dünya ictimaiyyəti gördü ki,Azərbaycan dövləti öz dövlətçiliyini qorumağa qadirdir və Azərbaycan Respublikasında insanların normalyaşaması üçün şərait yaratmaq mümkündür. Məhz görülən tədbirlərin nəticəsində respublikamızda siyasiictimaisabitlik, əmin-amanlıq əldə olunubdur. Respublikamızda dövlət quruculuğu prosesini, ölkəmiziniqtisadiyyatında islahatları aparmaq üçün artıq lazımi şərait yaranıbdır.Beləliklə, 1995-ci ilin əlamətdar cəhəti bir də ondan ibarətdir ki, son illərdə ölkəmizin xaricindən vədaxilindən respublikamızı dağıtmaq, parçalamaq, qarışıqlıq yaratmaq, insanları təhlükə altında yaşatmaqcəhdləri ilə fəaliyyət göstərən qruplar artıq zərərsizləşdiriliblər, aradan götürülüblər, onların haqqında qanunçərçivəsində tədbirlər görülür. Onların xaricdə yaşayan havadarları da və bu gün hələ respublikanın daxilindəgizli olaraq yenə də bəzi ümidlərlə yaşayan qüvvələr də artıq dərk etməlidirlər ki, bunların heç biri nəticəverməyəcəkdir. Ölkəmizdə stabil vəziyyət yaranıbdır, yenə də qeyd edirəm, Azərbaycanın dövləti özünüqorumağa qadirdir, vətəndaşlarımız rahat yaşaya bilərlər, öz arzu və istəklərini yerinə yetirə bilərlər.1995-ci ildə Azərbaycan Respublikası beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirmək üçün çoxtədbirlər gördü və [245-246] bunlar çox yaxşı nəticələr verdi. Beynəlxalq təşkilatların toplantılarındarespublikamızın iştirakı və Azərbaycanın mövqelərinin bəyan edilməsi, dünyanın bir çox dövlətləri ilə qarşılıqlıəlaqələrin yaranması və davam etdirilməsi, ayrı-ayrı ölkələrə respublika başçısının səfərləri və dünyanın bir çoxölkələrinin başçılarının, nümayəndə heyətlərinin Azərbaycana səfərləri, əldə olunan sazişlər və bunlarınnəticəsində respublikamızın dünyanın bir çox ölkələri ilə yaranmış ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələriAzərbaycan Respublikasının, müstəqil dövlətimizin dünya miqyasında mövqelərini möhkəmləndirdi,Azərbaycanı müstəqil dövlət kimi dünya ictimaiyyətinə daha da yaxından tanıtdırdı.Bu baxımdan mən beynəlxalq aləmdə ən mühüm hadisələri qeyd etmək istəyirəm. İkinci dünyamüharibəsində alman faşizmi üzərində çalınmış qələbənin 50 illik yubileyini bütün dünya, o cümlədənAzərbaycan Respublikası, qeyd etdi. Dünya miqyasında keçirilən tədbirlərdə Azərbaycan Respublikasınınyüksək səviyyəli nümayəndə heyəti Londonda, Parisdə, Moskvada iştirak etdi və ölkəmizi təmsil etdi.İkinci dünya müharibəsindən sonra dünyada sülhü, əmin-amanlığı təmin etmək üçün yaranmış BirləşmişMillətlər Təşkilatının 50 illik yubileyi də beynəlxalq aləmdə 1995-ci ildə baş vermiş ən mühüm hadisələrdənbiridir. Azərbaycan Respublikası bərabərhüquqlu bir dövlət kimi BMT-nin 50 illik yubileyində iştirak edərəkölkəmizi layiqli təmsil etdi. Həmin tədbirlərdə dünyanın bir çox ölkələrinin başçıları ilə keçirilən görüşlər,aparılan danışıqlar Azərbaycan Respublikasının dünya miqyasında mövqelərini bir daha möhkəmləndirdi.1995-ci ildə biz respublikamızda iqtisadiyyatı inkişaf etdirmək, iqtisadi islahatları aparmaq üçün ölkəmizdədemokratikləşməni bütün sahələrdə həyata keçirmək üçün bir çox tədbirlər gördük. O cümlədən respublikamızınbazar iqtisadiyyatı yolu ilə inkişaf etməsi sahəsində bir çox tədbirlər həyata keçirdik. Məhz bu tədbirlərinnəticəsində, respublikamızda demokratiyanın mövcud olub inkişaf etməsini, ölkəmizdə bazar iqtisadiyyatıyolunda islahatların keçirilməsini nəzərə alaraq, dünyanın iqtisadi və maliyyə mərkəzləri Azərbaycana müsbət125

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!