18.12.2019 Views

İnklüziv və öyrənmə üçün əlverişli sinifdə pozitiv nizam-intizam

Bu vəsait Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində tərcümə edilmiş və nəşr olunmuşdur. Bu vəsaitin azərbaycan versiyası onlayn istifadəyə açıqdır (https://inkluzivtehsil.az/library).

Bu vəsait Avropa İttifaqının maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi
tərəfindən icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının
artırılması” layihəsi çərçivəsində tərcümə edilmiş və nəşr olunmuşdur.

Bu vəsaitin azərbaycan versiyası onlayn istifadəyə açıqdır
(https://inkluzivtehsil.az/library).

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İnklüziv və öyrənmə üçün əlverişli sinifdə pozitiv nizam-intizam 35

Niyə uşaqlar müəyyən davranış nümayiş etdirirlər

Seçimlər etmək

4-cü sinif müəlliməsi Leyla xanım həmişə şagirdi Fərid ilə münasibətlərində

çətinliklər yaşayırdı. Onlar hər zaman bir-birinə zidd münasibətdə

idilər. Fərid heç bir halda Leyla xanımın dərsə vaxtında gəlmək, ev tapşırıqlarını

vaxtlı-vaxtında yerinə yetirmək kimi gözləntilərini həyata keçirməzdi.

Leyla xanım problemin fərqinə varmasa da, başqa bir müəllim

tərəfindən məsələ anlaşıldı. Belə ki, Leyla xanım Fəridin yerinə yetirməsini

istədiyi hərəkətləri ona sual şəklində ünvanlayırdı. Məsələn, o soruşurdu:

“Fərid, zəhmət olmasa, dərsə vaxtında gələrsən?”. Fərid isə cavabında deyirdi:

“Yox!”

Heç kim və heç bir vəziyyət uşağı müəyyən bir formada hərəkət etməyə

məcbur edə bilməz. Leyla xanım hər zaman Fəridi düzgün davranış formasını

qəbul etməyə dəvət edirdi, lakin Fərid bu dəvəti rədd edirdi. Bəs niyə?

Davranış forması seçimə əsaslanır və sizin şagirdiniz nə cür hərəkət edəcəyini

özü seçir. Siz onları nəyəsə məcbur edə bilməzsiniz. Cəzalandırma tədbirləri

bu səbəbdən uzunmüddətli təsirə malik olmur. Bununla yanaşı, əvvəlki

bölmədə Ramonun müəlliminin öyrəndiyi kimi, siz şagirdin necə davranmaq

barədə verdiyi qərarlara təsir gücünə maliksiniz. Ancaq bu zaman dəyişiklik

ilk öncə sizdən – müəllimdən başlamalıdır. Sinif qayda-qanunlarına uyğun şəkildə

hərəkət etsin deyə, Ramonun müəllimi onunla və sinfin qalan şagirdləri

ilə necə rəftar etməyi öyrənməli idi. Siz də eyni çətinliklə qarşı-qarşıyasınız.

Sizin rolunuz şagirdin yanlış seçimlərinin səbəbini müəyyənləşdirmək

və onu öz davranışı barədə daha yaxşı seçimlər etməyə istiqamətləndirəcək

strategiyalar önə sürməkdir.

Birinci bölmədən də öyrəndiyimiz kimi, uşaqlar irsi faktorların, yaşadıqları

mühitin və özlərinin şəxsi, psixoloji ehtiyaclarının nəticəsində öyrənir

və uyğun davranış nümayiş etdirir. Onların irsi xüsusiyyətlərini dəyişməyin

mümkünsüzlüyündən əlavə, mühit üzərində də təsir gücümüz olduqca məhduddur.

Bu məhdudiyyət özünü, xüsusən də valideynlər və icma liderləri ilə

birgə işləyə bilmədikdə büruzə verir. Hər bir şagirdin necə davranmalı olduğu

barədə seçim etdiyini başa düşərək, ona təsir göstərmək üçün strateji

imkanlarınız vardır. Unutmayın: Davranış anlaşılan və məqsədyönlüdür.

Özlərinin xəbəri olmasa da, şagirdlər hər bir hərəkəti məqsədyönlü şəkildə

edirlər. Öz sinfinizi şagirdlərinizin gözündən görməyə başladıqda, onlara

rasional, inamlı və səmərəli cavab verə bilərsiniz.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!