11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İlk sayda jurnalın üz qabığında çap olunmuş "Dünya səhnəsində" adlıkarikaturada beynəlxalq aləmdəki siyasi vəziyyət təsvir olunurdu. Şir quzunuparçalayır, canavar qoyunu yeyir, ilan ağaca sarmaşıb doğur, şəkilin digər tərəfindəisə hörümçəyin tor qurduğu göstərilir. Karikaturanın siyasi məzmunu ondan ibarətidi ki, dünyada güclü dövlətlər zəifləri boğur, onlara tər hörür və bunun nəticəsindəisə müharibə ab-havası hiss olunur. Jurnalın axırıncı 5-ci nömrəsində verilənkarikaturada ingilisin Misir heykəlinin üzərinə mindiyi təsvir edilirdi."Mirat" özünün 5-ci sayında oxuculara məlumat verərək jurnalın nəşrindətətil baş verdiyi, buna görə də sonrakı qeyri-mümkünlüyü bildirilir.“Mirat”dan sonra Dadaş Bünyadzadənin redaktorluğu, ƏliməmmədƏliyevin naşirliyi ilə 1910-cu ildə "Arı" jurnalı fəaliyyətə başladı. Özündən əvvəlkisatirik jurnallardan fərqli olaraq formatında dəyişiklik edən "Arı" karikaturasız nəşrolunurdu. Jurnalın ilk sayında "Arı" jurnalının məsləki" adlı baş məqalədə bumətbu orqan özünün başlıca məqsəd və məramını oxuculara təqdim edir, ictimaisiyasiproseslərə münasibət bildirir, maarif və mədəniyyətin inkişafının zəruriliyinivacib hesab edirdi. Dövrün mətbu orqanları üçün ən mühüm problem olanabunəçilərin azlığından, maliyyənin kasadlığından gileylənir və həmçininhökumətin sərt tədbirləri tənqid olunurdu.İslami dəyərlərə yüksək qiymət verən "Arı" bir sıra mətbu orqanlara, ocümlədən "Molla Nəsrəddin"ə, "Bəhlul"a, "Zənbura" da öz müsbət münasibətinibildirir, bu nəşrlərin çapını yüksək qiymətləndirirdi.Jurnalın materialları bir qayda olaraq satirik nəşrlər üçün xarakterik olangizlin imzalarla dərc edirdilər. "Məcnun və Leylayi" islam və yaxud "xəlifeyi-əsr"məqaləsi islam ölkələrində baş verən mühüm siyasi hadisələri təhlil edir, neqativhallar kəskin tənqid olunurdu. İslam əhlini həmrəyliyə çağıran, problemlərin həlliniittihadda görən "Arı" Avropa mədəniyyətini də təbliğ edirdi.Jurnalın üz qabığında və ilk səhifələrində <strong>Azərbaycan</strong>ın görkəmli maarifvə mədəniyyət xadimlərinin şəkilləri dərc olunurdu. S.Ə.Şirvani, N.Vəzirov,S.Səlmasinin şəkilləri ilə yanaşı, Türkiyənin ictimai-siyasi xadimlərininportretlərini də “Arı”nın ilk səhifələrində görmək mümkündür."Arı" 1911-ci ilin martınadək çap olunmuş, cəmi 13 sayı işıq üzügörmüşdü."Arı"dan sonra 1912-ci ildə Hacı İbrahim Qasımov və Seyid Hüseyninrəhbərliyi ilə Bakıda "Kəlniyyat" adlı satirik jurnal nəşrə başladı. "Kəlniyyat"ın ilksayı mayın 24-də işıq üzü gördü. Jurnalın birinci səhifəsində böyük şriftlərlə"Kəllə" sözə verilmişdir. Bu, baş məqalənin sərlövhəsidir. Oxucu ilə ünsiyyətyaradan "Kəlniyyat"çılar bu məqalədə məqsədlərini açıqlayır: "Yaxşı oxu, kəllədeyirəm ha! Nə kellədir, nə küllə. Sözüm kəllə üstündədir. Hərçənd müsəlmanlarelmi, maarifi, tərbiyəni ayaqdan başa düşən kimi mən də gərək məqsədimizi104

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!