11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

traktatda Türkiyəni xilas etməyin yolları və üsullarını da göstərir. Beləliklə o,Türkiyə modelini düşüncəsinə uyğun şəkildə qurur və yazırdı: "Əgər Türkiyə özmövcudluğunu qoruyub-saxlamaq istəyirsə, o elə bir hökumət təşkil etməlidir ki,həmin hökumət nəinki namuslu olub milli marağın qayğısına qalmalıdır, həm dəsavadlı olmalı, ölkədə ictimai-siyasi inkişafı təmin etmək üçün böyük enerjiyəsahib olmalıdır. Bunlarsız milli istiqlaliyyəti qoruyub saxlamaq qeyri-mümkündür.M.Şahtaxtlının irəli sürdüyü ikinci prinsip də əhəmiyyətli idi: "Bu, TürkiyəninAvropalaşmasıdır. Müəllif həmin prinsipin qaçılmazlığını, labüdlüyünü şərhedərək yazırdı: "Həqiqətən, milli istiqlaliyyətin yükü bizim dövrümüzdə eləağırlaşıb ki, onu Avropa mədəniyyətinin köməyi olmadan daşımaq mümkün deyil".M.Şahtaxtlı M.F.Axundovdan başlayan maarifçilik hərəkatının davamçısıolaraq milli düşüncə, yeni məktəb, yeni əlifba və mətbuatın yaradılmasında əzmləçalışırdı. Şübhəsiz, M.Şahtaxtlı bütün bunları Zaqafqaziya müsəlmanlarının necəadlandırılmasından başlayırdı və milli düşüncəyə yeni əhval-ruhiyyə gətirirdi. O,bu xüsusda "Kaspi" qəzetinin 1891-ci il 93-cü sayında yazırdı: "Son vaxtlarZaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə adverməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tataradlandırmağa başlamışlar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz.Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isətatar dili əvəzinə <strong>Azərbaycan</strong> dili adlandırmaq məqsədəuyğun olardı".M.Şahtaxtlının "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?"məqaləsini azərbaycanşünaslığın ilk bünövrələrindən hesab etmək olar."Qeyrət" mətbəəsi"Şərqi-rus" bağlandıqdan sonra M.Şahtaxtinski redaksiyanın mətbəəsinisatışa çıxardı. Bu barədə Ömər Faiq Nemanzadə öz xatirələrində yazır ki, satışaçıxarılan bu mətbəəni almaq məsləhəti ilə o, Cəlil Məmmədquluzadəyə müraciətetmişdi. Mirzə Cəlil "Məhəmməd ağa pul istəyəcək, ancaq pul nə sən də, nə də kiməndə var" cavabını verib. Mətbəəni almaq üçün maddi vəsait axtarışına çıxandostlar nəhayət, belə xeyirxah insanı tapırlar. Bu, əslən naxçıvanlı olan tacirMəşədi Ələsgər Bağırov idi. "Evinə lazım olan yeyintiləri nisyə götürüb, ayınaxırında borclarını ödəyən Ö.F.Nemanzadəyə" Məşədi Ələsgərov Bağırovmətbəəni almaq üçün ilkin olaraq 7 min manat pul verir. Sonra isə "MollaNəsrəddin" jurnalının çapına da vəsait xərcləyir.Yeni mətbəə "Qeyrət" adı ilə 1905-ci il mart ayında fəaliyyətə başlayır vəhər üç şəxsiyyətin birgə fəaliyyəti nəticəsində 1907-ci ilə qədər bu iş davam edir.Fəaliyyətinin ilk aylarından "Qeyrət"in gəlirlə işlədiyini görən bu üç dostmətbəəni daha da genişləndirmək, istehsal gücünü daha da artırmaq istəyirlər.Ö.F.Nemanzadənin xatirələrindən bəlli olur ki, 1907-ci ildə bu üç yoldaş mətbəənidaha da böyütmək məqsədilə "Qeyrət kampaniyası" adı altında bir şirkət vücuda59

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!