11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

adlanır, yəni onların alıcıları cahil, pis, əxlaqsız adamlar hesab edilirlər. Beləyazılara bəzən hekayələr, romanlar və bu səpkidən olan digər kitablar da daxildir.Bunların məzmunu şəhvətpərəstlik və eşqbazlığın təsvirindən ibarətdir. Onlarıyazmaqdan məqsəd müxtəlif macəraları oxucunun yadına salıb ondaşəhvətpərəstlik hissləri oyatmaqdır. Bu cür kitablar asan və sadə dildə yazılır, ucuzolur, mədəni hesab olunan ölkələrin əksərində, xüsusilə Fransada çox yayılmışdır.Bizim ədəbiyyat içində Şeyx Sədinin qəzəlləri böyük ədibin əxlaqının nə səviyyədəolduğunu göstərir, Übeyd Zakaninin divanı da bu qəbildəndir. Übeyd Zakanikeçmişdə İstanbulda çap olunmuşdu, amma burda hökumətin qorxusundan yayılabilmədi. Həmin kitab vaxtilə Tehranda İstanbul nəşri adı ilə buraxıldı, bir çoxnüsxəsi yuxarıda göstərilən aşağı təbəqə arasında yayıldı. Bu növ ədəbiyyatdanibarət olan bir sıra kiçik kitabçalar dəxi milli mətbuat və ədəbiyyatımızı ləkələyir.Bu cür yazılar aşağı səviyyəli adamların, varlı və yuxarı təbəqəninəxlaqsız məişətindən doğur. Eyni zamanda yoxsulluqdan, dəhşətli ehtiyacdan vədaha yaxşı yaşamaq arzusundan irəli gəlir. Bu, bir ədəbiyyatdır ki, həmyüksəksəviyyəli varlılar, həm də aşağı səviyyəli cahillər arasında yayılır. Beləəsərlər əxlaqsız varlı ailələrində uşaqlara zövq verən, mövhumi inam vəməmnunluq yaradan halva kimi görünür. İnkişaf etmiş ölkələrdə meydana gələnvarlılar yoxsulların iş və əməyi hesabına harınlamışlar. Yoxsullar isə təhsildənkənarda qalır, öz zəkalarının qüdrətindən istifadə edib, elm yolu ilə öz məişətlərinitəmin edə bilmirlər. Diqqət edilərsə, onların əxlaqının aşağı səviyyədə olmasınında buradan doğduğu aydınlaşar.Nəhayət, bu cür nəşrlərin zərərli və təhlükəli əxlaqi təsirinin də çoxolduğunu söyləyə bilərik.Pozğun qələmə alınan yazı, əsərlər həm əxlaqa, həm də tərbiyəyə böyükzərər yetirir. Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq vəiftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq vəancaq pul qazanmaq naminə nəşr olunur, onların puldan başqa qayələri yoxdur.Belə mətbuatın səsi pul üçün çıxır, sakit olub susması da puldan asılıdır. OnuAvropada "zəkai söyüş" adlandırırlar. Həqiqətən də belədir. Əxlaqsız qadınla beləmətbuatın nə fərqi var? Hər ikisi bir cərgədəndir. Onlar həya və abırlarını yeləverirlər, vücudlarını nəcis qiymətinə satırlar. Əxlaqsız qadın öz vücudunu hərracaqoyur, kim çox pul versə, onunla gedir. Pozğun jurnalist də özünü hərraca qoyur,qələminin və vicdanının ixtiyarını "səxavəti" çox olanların ixtiyarına verir.Ziyalı mətbuat və pozğun yazı da cəmiyyətə çox əziyyət verən zəhərdir,bəladır, beynəlxalq miqyasda kapitalizm meydana gələndən, zəhmətkeş fəhlə sinfiIV162

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!