11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qəzetin ümummilli məsələlərdə prinsipial deyil, liberal mövqesərgiləməsi çarizmin mürtəce rejimindən qorunmaq mahiyyəti daşıyırdı.M.Şahtaxtlı təzyiqlərdən, təhdidlərdən qəzeti qorumaq üçün manevrlər edir, onumövqesizlikdə, prinsipsizlikdə qınayan qələm dostlarına qəzet səhifəsində cavablarverirdi. Belə yazılardan biri "Kaspi" qəzetinin redaktoru Əlimərdan bəyTopçubaşova ünvanlanmışdı. M.Şahtaxtlı bu məqalədə deyirdi: "Allah bizi rustəbəəsi yaratmış, biz zahirən və batilən rus padşahımıza və rus dövlətinə sadiqtəbəə olub islam dinimizi və türk dilimizi can və dil ilə bəsləməyi kəndimizə fərzbilib beynəlmiləl politikadan və intriqadan istər din pərdəsi altında, istərsə də açıqolsun, kəndimizi daima şiddətlə kənara tutmalıyız".Çar Rusiyasına qarşı bu cür münasibətə Əlimərdan bəy Topçubaşov,Əhməd bəy Ağaoğlu kəskin reaksiya verərək "bu yolun, bu əhvalın cürətsizlik,barışdırıcılıq, gözqapamaq" olduğunu söyləyir, M.Şahtaxtlıya qarşı açıq yazılarlaçıxış edirdilər. Tənqiddə liberallıq "Şərqi-rus"a çox baha başa gəlirdi. Əlimərdanbəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun "Şərqi-rus"a qarşı kəskinmünasibətinə səbəb mesenant Hacı Zeynalabdin Tağıyevin "Şərqi-rus"un ilksayında tənqidi olmuşdu. İlk vaxtlarda qəzet onlara qarşı kəskin münasibətbəsləyib, sərt cavablar verir, onları "Hacı Zeynalabdinin qələm qoçuları"adlandırırdı. Məqalələrinin birində qəzet yazırdı: "Mərdan bəy və Əhməd bəykimilərdə prinsip, məslək nə gəzir? Bunlar ac qurdlardır ki, neft sayəsindədövlətlənən Bakıya yığılıb, Əlinin börgünü Vəlinin başına qoyub, ciblərinidoldururlar".Bu çəkişmələrin sonunda tərəflər ümumi bir araya gəlib ittihamlara sonqoyaraq əməkdaşlıq yolu tutdular. Cəlil Məmmədquluzadə "Xatiratım" əsərində buolaylara toxunaraq yazır: "Qafqazda müsəlmanlar içində türkcə qəzet tək bir"Şərqi-rus" idi. Bu da məlumdur ki, Tiflisdə bina olmuşdu və orada da çıxmaqdaidi. Bakı şəhəri, o milyonlu və mədənli Bakı şəhəri öz qəhrəman yazıçıları ilə, özƏhməd bəy Ağaoğlu, Əlibəy Hüseynzadə, Haşım bəy Vəzirov, Məhəmməd ƏminRəsulzadə, doktor Qarabəy Qarabəyov, şair Müznib, Hacı İbrahim Qasımov, CəfərBünyadzadə və qeyri-bunlar kimi əhli qələmləri ilə uzaqdan Tiflisə baxıb onungündəlik "Şərqi-rus" qəzetinə həsəd aparırdılar. Bəs necə olsun? Belə məlum olurki, o vaxtlar türk qəzetinə izn hasil etmək bəhərhal çox çətin bir məsələ imiş. İndibelə güman etmək olar ki, o vaxtlar Bakının birinci jurnalistlərindən Əhməd bəyAğaoğlu və Əlibəy Hüseynzadəyə ya qəzet icazəsi Peterburqdan verilmədi, yaxudbunlar Peterburqun siyasətini nəzərə alıb oradan bu icazəni istəmədilər, onun üçündə bunlar belə məşqə düşdülər. Mərkəzdən ki bir türk cəridəsinə izn almaq ümidiyoxdur, səlah buradadır ki, "Şərqi-rus" qəzetinə bir növ əl uzatmaq və şəriklikmisifəti ilə, ya qeyri bir vəchlə oraya daxil olmaq və qəzeti də Bakıya köçürmək".55

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!