11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

evlənsə, xalq həm özündən, həm də xanımından birdəfəlik üz döndərər. Ona görədə Həsən bəy ürəkdən sevdiyi qızla nikaha girməkdən imtina etdi və təhsilini başavuran kimi doğma xalqına xidmət üçün vətənə qayıtdı". Bu kiçik xatirəparçasından göründüyü kimi Moskvada təhsil aldığı dövrdə o, öz həyatını, əgərbelə demək mümkündürsə, proqramlaşdırmış, xalqına xidmət meyarlarınımüəyyənləşdirmişdi. Bu meyarlar isə özünü xalqına həsr etməkdən, onunmaariflənməsi və tərəqqisinə çalışmaqdan ibarət idi.Moskvadan geri dönən Həsən bəy Tiflisdə "Mejevaya palata"da, yənitorpaq işləri ilə məşğul olan idarədə çalışdı. 1868-ci ildə Quba məhkəməsində katibkimi fəaliyyət göstərdi, baş verən qanunsuzluqlara, ədalətsizliklərə etiraz etdi vəidarə işlərindən əl çəkib Bakıya döndü, gimnaziyadan təbiyyatdan dərs dedi. Odövrdə azərbaycanlılardan gimnaziyada təhsil alanları barmaqla saymaq olardı.Xalqın maariflənməsi naminə Həsən bəy az qala qapı-qapı gəzərək həmvətənlərinitəhsilə cəlb etməyə çalışırdı.Xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy Zərdabimədəni yüksəliş naminə fərqli vasitələrə baş vurmuş, müxtəlif ideyaları həyatakeçirmişdi. "Müsəlman şagirdlərinə yardım cəmiyyəti" təsis edir və gimnaziyadakıtələbələri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdəbütöv bir yayı <strong>Azərbaycan</strong>ın kənd və şəhərlərini dolaşır. Onun tələbələrin təhsilxərclərini ödəmək üçün yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər dəuğurlu alınmadı. Böyük çətinliklə də olsa, Həsən bəy 1600 manata qədər pultoplayır və bu vəsaitin faizi ilə ildə 1-2 nəfərin təhsil haqqını ödəyir. Bu işlə yanaşıHəsən bəy öz mənzilində pansionat açır, hər il on nəfər azərbaycanlı uşaq bupansionata qəbul olunur və gimnaziyaya daxil olmaq üçün hazırlanır. 1872-ci ildəailə həyatı qurduğu Tiflisdə nəcib qızlar İnstitutunu bitirmiş Hənifə xanımAbayeva da təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi olur. Millətinmaariflənməsi yolunda Həsən bəyin göstərdiyi səyləri Hənifə xanım xatirələrindəbelə təsvir edir: "O, bir nəfər dəmirçini öz uşağını gimnaziyaya verməyə razısalmışdı. Uşağı gimnaziyaya dövlət hesabına düzəltmişdi. Atası oğluna dərs vəsaitialmaqda çətinlik çəkdiyini deyəndə, Həsən bəy məsləhət görmüşdü ki, "çəkiczindanınısat, amma oğlunu oxut". Bu yolla o, müsəlmanları maarif üçün də xərcçəkməyə alışdırmaq istəyirdi".1873-cü ilin Novruz bayramı günlərində Həsən bəyin rəhbərliyi və iştirakıilə <strong>Azərbaycan</strong> mədəniyyəti tarixində inqilab adlandırıla biləcək hadisə, milliteatrımızın əsası qoyuldu. Milli dramaturgiyamızın banisi M.F.Axundovun artıqTiflis və Peterburq teatrlarında tamaşaya qoyulan, Avropa şərqşünaslarınındiqqətini cəlb edən "Hacı Qara" komediyası öz vətənində oynanıldı. Gözlənilməzxəbəri eşidən Mirzə Fətəli Axundov Zərdabiyə minnətdarlıq dolu məktubünvanlayır.15

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!