11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1879-cu il yanvar ayının 14-də "Ziya"nın ilk nömrəsi işıq üzü gördü.Qəzet həftədə bir dəfə, daşbasma üsulu ilə nəşr edildi. 7 şöbədən ibarət olan"Ziya"da aşağıdakı şöbələr fəaliyyət göstərirdi:Dövlət sərəncamları,Beynəlxalq agentliklərin elanları,Xarici xəbərlər,Daxili xəbərlər,Yerli xəbərlər,Məlumat göstəricisi və elanlar,Felyetonlar.Səid Ünsizadə "Ziya"nın nəşri üçün xüsusi mətbə almışdır. Naşir bumünasibətlə yazırdı: "Necə bir laziməli əhvalatlara nəzərən basmaxana büsatınTiflisdə açmağa qərar verdik. Və basmaxana əsbabının cümləsini mühəyyasöylədik. Və ruz-bə-ruz təliminə səy edəcəyik. Nəbənə baqaidə kitablar dəxiçıxaracayıq". <strong>Azərbaycan</strong> mətbuatı tarixində ilk şəxsi mətbəə olan "Ziya" TiflisdəZailov soyadlı şəxsin mülkündə yerləşirdi. Mətbəə bir qədər sonra, 1879-cu iliniyun ayının 21-dən Voronsov küçəsindəki 35 saylı evə - Ağa Ələsgər Məşədiİsmayıl oğlunun evinə köçürüldü.Bir müddət sonra Səid Ünsizadə mülk alır və mətbəəni daimi olaraq özevinə köçürür. <strong>Azərbaycan</strong> dilini bilən mütəxəssislərin, mətbəə işçilərininolmaması "Ziya"nın nəşrini çətinləşdirdi. Ortaya çıxan problemlərə baxmayaraqqəzet "Ziya" adı ilə 76 nömrə çıxdıqdan sonra "Ziyayi-Qafqaziyyə" başlığı ilənəşrini 1880-cı ilin dekabrından davam etdirir. "Ziya"nın başlığının dəyişdirilməsiyeni və fərqli məna güdməmiş, yalnız texniki məqsəd daşımışdır. Səid Ünsizadə buməsələyə aydınlıq gətirərək "Ziyayi-Qafqaziyyə"nin birinci nömrəsində yazmışdı:"Litoqrafiyamız üçün təzə gətirdiyimiz həkkak və nəqqaş ustalarımız "Ziya"danötrü nəqş və nigah eylədikləri "Ziyayi-Qafqaziyyə" sərlövhəsini rədd eləməyi rəvagörmədiyimizdən, beş aydan bəri qiyami-ətalətlə məsdur qalan "Ziya" qəzetimiziməzkur sərlövhə altında nəşr etməyə meyl olundu". Səid Ünsizadə "beş aydan bəriqiyami ətalətlə məsdər qalan" dedikdə heç də "Ziya"nın senzura tərəfindənbağlanmasını işarə etmirdi. Bəhs edilən məsələ Səid əfəndinin 1880-ci ilinortalarında yeni çap maşını alması ilə bağlı idi. Belə ki, yeni maşının alınması,quraşdırılması və işə salınması bir neçə ay çəkmişdi ki, Səid əfəndi "beş ay"dedikdə bunu nəzərdə tuturdu. Yeni mətbəənin quraşdırılması müddətində qəzetinnəşri redaktor tərəfindən müvəqqəti olaraq dayandırılmışdı.29

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!