11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
• No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

məqalələr çap olunur, bu istəyin real olmadığı fikri təbliğ edilirdi. Qafqaz canişininmissiyasını Bakıda həyata keçirməyə çalışan, Bakı Xalq Komissarları Sovetininsədri S.Şaumyan hələ mart ayında "Bakinskiy raboçi" qəzetində yazırdı:"Azərbaycan muxtariyyətini istəyən müsavatçılar nəticədə bir xarabazar alacaqlar".Daşnak və bolşeviklərin ruporu kimi çıxış edən "Bakinskiy raboçi", "Bakı və onunətrafı Şurasının əxbarı", "İzvestiya raboçix deputatov sovetov", sol eserlərin mətbuorqanı "Naşe znamya", "Naş trud" qəzetləri milli qüvvələrə qarşı çıxışlar edirdilər.S.Şaumyanın milli qüvvələrə qarşı hədələrinin arxasında Bakı Sovetinin 6 minnəfərlik "Qızıl Qvardiyası" və Erməni Milli Şurasının və Daşnakstyun Partiyasının4 min nəfərlik silahlanmış dəstəsi dayanırdı. Hadisələrin siyasi-hərbi inkişafıgözlənilən faciəni qaçılmaz etmişdi.31 mart soyqırımı və milli mətbu orqanların fəaliyyətinindayandırılması.Azərbaycam müstəqillik arzusundan və öz tarixi torpaqlarında dövlətqurmaq istəyindən daşındırmaq, onun sərvətlərini əldən buraxmamaq məqsədi iləkütləvi qırğın aksiyalarını həyata keçirmək niyyəti ilə hazırlıqlar aparılırdı.Azərbaycanın aydınları, ziyalıları, siyasi xadimləri, publisistləri təhlükəninyaxınlaşdığını görür, milli mətbuat orqanlarında xəbərdarlıq edirdilər. 1918-ci ilinmart ayının əvvəlində vətənin bütövlüyü, müstəqilliyi, xalq hakimiyyəti yaratmaquğrunda çağırışlar müxtəlif partiyaların mətbu orqanlarının əsas mövzularınaçevrilmişdi. Manşetlərdən, məqalələrin başlıqlarından hər şey aydın görünürdü:"Birlik tələb olunur", "Birləşəlim", "İttifaq edəlim", "İttihad gərək". GörkəmliAzərbaycan jurnalisti, dramaturqu, Mirzə Bala Məhəmmədzadə "Açıq söz"ün1918-ci il mart ayının 15-dəki sayında "Azərbaycan çağırıyor" məqaləsindəyazırdı: "Ey gənc türklər! Bu gün Kəbeyi-müqəddəsiniz olan vətənimizi azadediniz... Vətənin yolunda can verməyən, milli muxtariyyəti yolunda can verməyən,milli muxtariyyəti yolunda varından keçməyən bir millət yaşamaq istəmirdeməkdir". Məqalənin dərcindən çox keçməmiş, 1918-ci ilin 31 mart tarixindəbolşeviklərin və Erməni Milli Şurasının hərbi birləşmələri azərbaycanlılara qarşıxüsusi amansızlıqla qətliamlar həyata keçirdi. Bakıda, Şamaxıda, Qubada,Salyanda, Neftçalada 30 min insanın həyatına son qoyuldu. Qatillər minlərləinsanı, abidələri məhv etməklə yanaşı, "Novruz", "Turan", "Açıq söz", "Kaspiy"mətbəələrini yandırmış, Orucov qardaşlarının mətbəəsini dağıtmışdı. Buvəhşiliklərdən dünyanın xəbər tutmaması üçün qəzet və jurnalları, dərgiləri, çapavadanlıqlarını sıradan çıxarmaq yolu tutanların fəaliyyəti nəticəsində "Açıq söz","Bəsirət", "El həyatı", "Ġstiqlal", "Ġttihad" qəzetləri fəaliyyətlərinidayandırmalı oldu. Bolşevik-erməni ideoloqları gözəl anlayırdılar ki, hər bir xalqınazadlığına, müstəqilliyinə gedən yol mətbuatın fəaliyyətindən keçir və bu qəzetlərisıradan çıxarmaqla istədiklərinə nail ola bilərlər. Bəzi istisnalarla Azərbaycan118

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!