11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Belədə qəzetə çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstəyazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heçolmaz ki, doğru söz yerdə qalsın.Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəilartar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnətapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostundostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar.Bəs qəzetəni necə çıxardım? Pul yox, yazıçı yoldaşı yox, çapxana yox,hürufat yox, əmələ yox. 1-2 yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindənizin almaq da ki, bir böyük bəladır. Bizim qubernator mütəvəffi (vəfat etmiş - red.)general Staroselski (1874-1876-cı illərdə Bakıda qubernator olmuşdur - red.),doğrudur, xalis rus idi, amma onun övrəti gürcü qızı idi. Ona görə Qafqazın yerəhlini artıq dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki,qəzetinin adını "Əkinçi" qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özüdə boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izin aldım.Çünki ol vəqtdə yazı-pozu şikəstə xətti ilə olurdu və basma xəttini oxuyanyox idi və tamam Rusiyada işlənən hürufat çox yaman idi, ona görə mənə məsləhətelədilər ki, qəzetini daş basması ilə (litoqrafiya) basdırım. Mən buna razı olmadım.Çünki litoqrafıya ilə çıxan qəzetə həftədə bir və ya iki dəfə çıxa bilir. Ammamənim ümidim var idi ki, sonra qəzetini hər gündə çıxarım və bir də Osmanlı vəİran məmləkətlərində ol vəqtdə qəzetələr çıxırdı və onlar da hürufat ilə basılırdı vədaş üstə çıxanlar da sonra hürufat ilə basılacaqdı.Belədə yaxşı olurdu ki, işin binasından oxuyanları basma xəttinə öyrədimki, sonra dübarə zəhmət çəkib onları tazədən basma xəttinə öyrətmək lazımolmasın. O vəqtdə Bakıda iki basmaxana var idi. Onların birisi də ki, QubernskiPravleniyanın idi, bircə müsəlman hürufatını alayarımçıq düzən Minasov adlıerməni var idi. Onu götürdüm danışdırdım. Söz verdi ki, nə qədər hürufat düzənlazım olsa, öyrənib mənim qəzetəmdə işlədər.Sonra fikrə getdim ki, yaxşı hürufatı haradan alım? Rusiyada, doğrudur,yaxşı hürufat yox idi, amma qəliblər qayırdıb, tazə hürufat tökdürmək mümkün idi.İş burasındadır ki, tazə qəliblər qayıran kargahçı 5-10 puddan ötrü onlarıqayırmağa razı olmazdı. O vəqtdə İstanbulda olan bizim şirvanlılar ilə mənim irsalmərsulumvar idi. Onların yazmağından bilirdim ki, orada bizim türk dilində birneçə qəzetə çıxır. Hətta onlardan gündə çıxanı da var. Ona görə lazım bildim ki,gedib İstanbulu da ziyarət edim və orada işlənən yaxşı hürufatdan 5-10 pud alıbgətirim.1875-ci (1874-cü olmalıdır - red.) sənənin iyul ayında gedib İstanbulda 10pud hürufat alıb, avqust ayında qayıdıb gəldim. Hürufat qışda gəlib çatdı. Əlahiddəbasmaxana açmağa pulum olmadı. Ona görə Staroselski mənim hürufatımı136

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!