11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bakıya gəldikdən sonra isə M.Cəlil vəziyyətin tamamilə dəyişdiyini,verilən vədlərin doğru olmadığını gördü. Qulam Məmmədli "Molla Nəsrəddin"insovet dövrünü öz müsahibəsində belə təsvir edir: "Mirzə Cəlillə Mərkəzi Komitəarasında mübahisə başladı: "Jurnal necə çıxacaq və nədən yazacaq?" M.Cəlildeyirdi: "Sizdə mətbuat partiya orqanıdır, şəxsi adamlara qəzet çıxarmağa icazəverilmir. Mən isə "Molla Nəsrəddin"i özüm yaratmışam, özüm satmışam, özüm dənə istəmişəm, onu yazmışam. Buna icazə verəcəksizmi?"Jurnalın Sovet <strong>Azərbaycan</strong>ında ilk nəşri 1922-ci ilin noyabrında həyatakeçirildi. Bu nömrədə "Bakı nefti" adlı şeir və karikatura verilmişdi. Əli vedrəli,bankəli, qab-qacaqlı kim varsa, bu neft inəyinə hücum edib, onu sağmaq istəyir."Hücumçular" qismində isə İngiltərə, Fransa, İtaliya, ABŞ və Rusiya kimi dövlətləridi. Karikaturanın dərci böyük hay-küyə səbəb oldu. Sorğu-sual başlanılandaM.Cəlil demişdir: "<strong>Azərbaycan</strong> neftini kəndlilərimiz gedib qonşu respublikalardanbirə on qat baha alıb, yandırırlar ki, qaranlıqda qalmasınlar".Jurnalın ideya-siyasi istiqamətləri barəsində Mərkəzi Komitəninsəlahiyyət sahibləri ilə Mirzə Cəlil arasında çox dialoqlar, "tərbiyəvi söhbətlər"aparılsa da, o öz fikrindən dönmədi. Belə bir vəziyyətdə məcmuənin nəşrininM.S.Ordubadinin nəzarəti altında həyata keçirilməsi qərarlaşdırıldı. M.Cəlilinxəbəri olmadan buraxılan saylarda baş redaktor kimi yenə də onun adı yazılırdı.Bunu qəbul etməyən Mirzə Cəlil M.S.Ordubadiyə yazırdı: "Səid, bildiyini elədin,gələn nömrədən mənim adım redaktor kimi o jurnalda yazılsa, mən bilirəm haraşikayət edəcəm".1925-ci ildən sonra C.Məmmədquluzadənin həyatında ciddi sarsıntılar başverdi. Bu böyük ədibin istəmədiyi, yaxın buraxmadığı məqsədləri, ideyaları "MollaNəsrəddin"də həyata keçirməyə başladılar. "Molla Nəsrəddin"i AllahsızlarCəmiyyətinin orqanına çevirdilər. Beləliklə, 1925-ci ildən jurnalın başredaktorunun adı əvəzinə, "Heyəti-təhririyyə" yazılırdı.Qulam Məmmədli öz xatirə müsahibəsində Mirzə Cəlilin bu ağır, sarsıntılıgünlərini xatırlayır: "1922-ci ildən sonra "Molla Nəsrəddin" tamamilə simasınıitirdi. Mirzə Cəlil ağır-mənəvi və sözün əsl mənasında maddi çətinliklər içərisindəqaldı. Nəhayət, 1930-cu ildə xəstələndi. 1931-ci ilin sonunda ağır vəziyyətə düşdü.1932-ci ilin yanvarın 4-də o, dünyanı tərk elədi"."Molla Nəsrəddin"in isə sonuncu nömrəsi 1931-ci ildə buraxılmışdı.Jurnalın bu müddət ərzində Tiflisdə 340, Təbrizdə 8, Bakıda isə 400 sayı işıq üzügörmüşdü.Jurnalın yaradıcı heyəti və müəlliflər."Molla Nəsrəddin"in yaradılması və nəşri sahəsində Mirzə CəlilMəmmədquluzadənin ən yaxın köməkçisi Ömər Faiq Nemanzadə idi. Bu barədəMirzə Cəlil öz xatirələrində yazır:88

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!