11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

etməyə çalışan Y.Akçuralı yazır: "Əlimdəki "Ziya" nüsxələrindən, bu qəzetinQafqazda yaşayan türkləri dünyada baş verən hadisələrdən xəbərdar etmək istəyir,müsəlman və Osmanlı məmləkətlərinə aid xəbərləri öncəlik verərək yazdığıanlaşılır, fəqət dil, ədəbiyyat, tarix və qayəsində türk millətçiliyi ilə ilgiləndiyinədair bu nüsxələrdə bir işarə yoxdur". Y.Akçuralının düşüncəsinə görə, "Ziya"(Ziyayi-Qafqaziyyə) qəzeti türkçülük ideyasının deyil, o dövr üçün aktual olanislam birliyinin daşıyıcısı olmuşdur: "Məncə Ünsizadələrin fəaliyyətinin türkmillətçiliyi ilə əlaqəsi Qaspralı İsmayılın əsərlərinin çapı ilə bağlıdır". Bufikirlərdən görünür ki, İsmayıl bəy Qaspralı öz əsərlərinin çapı üçün Səid əfəndiÜnsizadəyə üz tutmuş, onun mətbu imkanlarından yararlanmışdır.Səid Ünsizadənin Tiflisdən sonra Şamaxıya döndüyü bəlli olsa da, onunsonrakı taleyi, fəaliyyəti ilə bağlı hələlik dürüst məlumatlar yoxdur. Bəzi müəlliflər"Ziyayi-Qafqaziyyə" qəzetinin başlanmasına Səid Ünsizadənin 1884-cü ilinsonlarında vəfatı ilə əlaqələndirirlər ki, bu da yanlış məlumatdır.Yusuf Akçuralının "Türkçülüyün tarixi" əsərində Səid və CəlalÜnsizadələrin "Ziyayi-Qafqaziyyə" qəzeti və "Kəşkül" dərgisi başlandıqdan sonraQafqazdan Osmanlı dövlətinə mühacirət etdikləri əksini tapır. Y.Akçuralı yazır:"Alimlərdən Hacı Səid əfəndi Məclisi-Kəbiri-Maarif və Məclisi tədqiqata üzv təyinolunmuşdur. 1912-ci ildə öldü".Səid Ünsizadənin "1900-1901-ci ildə pasportsuz, yəni qaçaq surəti iləİstanbula getməyə məcbur olması" barədə Ömər Faiq Nemanzadə də özxatirələrində məlumat verir.“KəĢkül”"Ünsizadələr mətbuatı"na aid olan "Kəşkül" jurnalı "Ziyayi-Qafqaziyyə"nin tənəzzül dövrü yaşadığı bir zamanda Tiflisdə çap olunmağabaşladı. Ədəbi və siyasi jurnal olan “Kəşkül”ün redaktor-naşiri Səid əfəndiÜnsizadənin ortancıl qardaşı Cəlal (əslində Cəlaləddin - red.) idi."Kəşkül"ü təsis edən Cəlal özünün təhsili, təcrübəsi, müasir təfəkkürtərzinə malik olması və maarifçiliyə meyli ilə seçilirdi.Cəlal qardaşı Səiddən sonra 1878-ci ildə Tiflisə köçmüş, pedoqojifəaliyyətini davam etdirərək, azərbaycanlı oğlanlar üçün məktəb təsis etmişdi. SəidÜnsizadə "Ziya"nı nəşr etməyə başlayanda Cəlala da qəzetçiliyin sirlərini öyrətdi.Bu baxımdan Cəlal Ünsizadə sonralar müstəqil qəzet çıxarmaq fikrinə düşdü və1882-ci il may ayının 1-də Qafqaz canişinliyi Baş İdarəsinə yazdığı məktubda"Kəşkül" adlı jurnal nəşr etmək istədiyini bildirdi.C.Ünsizadəyə görə, mətbuat xalqın gözünü açır, oxumağa alışdırır, onunmədəni yüksəlişinə və tərəqqisinə təkan verir. Bu amal və məqsədə xidmət edən33

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!