11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Məşhur karikatura və illüstrasiya ustası kimi tanınan Ġozef Rotterin də"Molla Nəsrəddin"in populyarlıq qazanmasında xidmətləri böyükdür. ŞmerlinqinTiflisdə işlərinin çoxluğu jurnalın tapşırıqlarını vaxtında görməyə imkanvermədiyindən Rotter məcmuənin işinə cəlb edildi. Bu barədə Mirzə Cəlilin həyatyoldaşı Həmidə xanım Cavanşir öz xatirələrində söhbət açır. Rotter "MollaNəsrəddin"lə 1906 -1914-cü illərdə əməkdaşlıq etmişdir.Müasir <strong>Azərbaycan</strong> qrafika sənətinin karikatura, satirik plakat vəillüstrasiya janrlarının banisi Əzim Əzimzadə də "Molla Nəsrəddin" rəssamlıqməktəbinin bünövrəsini qoyanlardandır. Əzim Əzimzadə Bakıda Kərbəlayi Aslanınailəsində doğulub. İlk təhsilini mollaxanada almış, bir ay ərzində ərəb əlifbasını vəsəslərin tələffüzünü öyrənmişdi. Hər şeylə maraqlanan Əzimzadə əlinə fürsət düşənkimi məktəbdə şəkil çəkirdi.1897-ci ildə o, rus-tatar məktəbinə daxil olur və oranı 1899-cu ildə bitirir.Müəllimləri Əzimin atasına məsləhət görürlər ki, oğlunu oxutsun, çünki onunistedadı var. Kərbəlayi Aslan təklifi rədd edib deyir: "Mənim bir övladım var, razıolmaram ki, o gedib rus cildinə girsin". Metal tökmə zavoduna işə qəbul olan 15yaşlı Əzim ağır fiziki işə tab gətirmir, qohumları onu Ağabala Quliyevindəyirmanında kuryerliyə işə düzəldirlər. O, burada rus rəssamı Durovla tanış olurvə ondan rəssamlıq dərsləri alır. Durov Əzimin istedadına heyran qalır, onuyanında şagird kimi saxlayır."Molla Nəsrəddin"in ilk saylarının oxucusu olan Ə.Əzimzadə karikaturajanrında öz bacarığını sınamalı olur. "İrşad" qəzetinin müştərisi Hacı AslanAşurovun karikaturasını çəkib "Molla Nəsrəddin"ə göndərir. Məcmuənin 1906-ci iltarixli 7-ci sayında karikatura dərc olunur. İlk əl işinin çapı onu hədsiz sevindirir,çəkdiklərini Tiflisə göndərir. Beləliklə, Ə.Əzimzadənin "Molla Nəsrəddin"ləəməkdaşlığı başlayır. Onun "Cənab Vitte", "Millət dərdi çəkməkdən əriyib çöpədönən müsəlman dövlətlisi", "Hambala oxşayan tacir" karikaturaları jurnalın ayrıayrısaylarında çap olunur.1922-ci ilin payızında Mirzə Cəlil "Molla Nəsrəddin"in nəşrinin bərpasızamanı Ə.Əzimzadəni məcmuənin işinə cəlb edir. O, jurnalın baş rəssamı kimifəaliyyət göstərib."Molla Nəsrəddin" üslubunu yaxşı mənimsəmiş rassamlardan biri də XəlilMusayev idi. Onun imzası 1913-cü ildən başlayaraq məcmuənin səhifələrindəgörünür. X.Musayev öz karikaturalarında cəhaləti, qadın hüquqsuzluğu və irticanıkəskin tənqid edirdi.Adları sadalanan bu rəssamlardan başqa jurnalda V.Kikadze,Ə.İbrahimzadə və başqaları iştirak etmişlər. Məcmuənin Təbriz nömrələrininrəssamı Seyid Əli Behzad idi.94

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!