11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

O, bir jurnalist kimi dövri mətbuatda çıxış etməyə XIX əsrin 70-ciillərində başlamışdı. Öncə "Moskovskiy vedomosti" qəzetində çalışıb, sonralarfəaliyyətini "Novoye vremya" və "Sankt-Peterburqskiye vedomosti" qəzetlərindədavam etdirmişdir. Sözügedən qəzetlərdə Yaxın Şərq müxbiri kimi çalışmış,dəfələrlə ərəb ölkələrinə, İran və Türkiyəyə səfər etmiş, Türkiyə müxbiri kimifəaliyyət göstərmişdi. Rus mətbuatı ilə yanaşı, fransız, ərəb və fars qəzetlərində"Mehmet bəy" imzasıyla məqalələr dərc etdirən Məhəmmədağa Şahtaxtlı 1898-ciildən yenidən Parisə getmiş, orada tarix, linqivistika, şərqşünaslıq və publisistikailə məşğul olmuşdur. İctimai-elmi fəaliyyətlə məşğul olan Məhəmmədağa bəyParisin məşhur Sarbonna Universitetində, Beynəlxalq Fonetika Cəmiyyətində vəFransa Akademiyasının "Asiya" Cəmiyyəti şöbəsində də çalışıb. 1902-ci ildənxaricdən Rusiyaya qayıtdıqdan sonra qəzet çıxarmaq istəyində olmuş, buistiqamətdə Çar Rusiyasının inzibati idarələri ilə yazışmalar aparmışdı. O, özdoğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçmüş və mətbə təşkiletmişdir. M.Şahtaxtlının dünyagörüşünün formalaşmasında Tiflis ədəbi mühitimühüm əhəmiyyət kəsb edir. M.F.Axundovla görüş, onun yaradıcılığı və ictimaibaxışlarıyla tanışlıq, habelə Həsən bəy Zərdabinin publisist-maarifçi fəaliyyəti və"Əkinçi" qəzeti M.Şahtaxtlını ictimai-siyasi prosesləri daha aydın dərk etməsinəmühüm təsir göstərib. Həsən bəy Zərdabinin mütərəqqi ideya və təşəbbüslərinintərəfdarı olan Məhəmmədağa bəy məqalələrində <strong>Azərbaycan</strong>da və bütün YaxınŞərqdə hökm sürən feodal münasibətləri tənqid edir, istibdadın əleyhinə çıxır,mütərəqqi dünya ədəbiyyatının nailiyyətlərini öz həmvətənləri arasında yayır,geniş oxucu kütlələrində elmi, maarif, etika və əxlaq məsələlərinə maraq oyadırdı.Tiflisdə fəaliyyət göstərdiyi müddətdə M.Şahtaxtlı növbəti dəfə cəhdedərək yeni qəzet açmaq niyyətilə hökumətə ərizə verir və bu istəyinə cavab olaraqÇar Rusiyasının Qafqaz canişinliyi 1903-cü ilin əvvəllərində "Şərqi-rus" qəzetininçapına razılıq verir. "Şərqi-rus" qəzetinin ilk nömrəsi 1903-cü il martın 30-da çıxdı.Qəzet əvvəllər həftədə üç dəfə çap olunurdu. 1904-cü ilin iyunun 8-dən etibarən isəgündəlik qəzetə çevrildi.<strong>Azərbaycan</strong>ın ictimai-siyasi fikir tarixində, maarifçilik hərəkatınıngenişlənməsində "Şərqi-rus" qəzetinin mühüm xidmətləri var. O, XX əsrin ilk, həmdə gündəlik <strong>Azərbaycan</strong> qəzetidir. Müxtəlif xalqların nümayəndələrinin iştiraketdiyi bu mətbu orqanı Şərqdən Çin hüdudlarınadək yayılan, din ayrı, dil ayrıziyalıların qabaqcıl fikirlərinin sərgisi adlandırırdılar. Görkəmli şərqşünas LüsyenBüva Parisdə çıxan "Jurnal Azyatik" məcmuəsində dərc etdirdiyi "<strong>Azərbaycan</strong>türklərində bir siyasi-ictimai qəzet" başlıqlı məqaləsində "Şərqi-rus"u yüksəkqiymətləndirirdi. Lüsyen Büva yazırdı: "Qafqazın türk müsəlmanlarınımaariflənmək və savadlandırmaq məqsədi ilə "Şərqi-rus" qəzeti bütün53

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!