11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

etməsinə də ehtiyac yoxdur. İndi ölkənin idarə üsulundan və ya nümayəndələrinrəftarından qorxmaq lazım gəlmir. Mətbuat var. O, bütün bu vəzifələri öz öhdəsinəgötürüb. Bundan əlavə qələm sahibi olan bir dəstə adam vardır ki, onlar insanlıqaləminə aid məlumatları verməklə məşğuldurlar və bu fəaliyyətdənçəkinməyəcəklər.Təzə informasiya vermək, tərbiyə etmək, maarifləndirmək yeni mətbuatınvəzifələrindəndir, o, bu vəzifəni tədriclə, təbii surətdə yerinə yetirir, qalın qaranlıqpərdələri qaldırıb onların arxasındakı zülüm, sitəm və təzyiqlərin kökünü kəsməyəçalışır.Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanlarınzehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri dəişıqlı olur. İnkişaf etmiş millət o millətdir ki, onun mətbuatı azaddır, ciddidir,başqalarına nisbətən çoxuna müyəssər olandır.Bilik və informasiyanın əsas qaynağı həyatdır. Bilik və məlumatsız həyatəsl həyat deyil, cansızdır, ölüdür.Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir. O,mənəviyyatdan uzaq ola bilməz. O, təmiz, saf olmalı, əxlaqdan kənaraçıxmamalıdır, kənara çıxsa, öz mənafe və məqsədinə xidmət edə bilməz. Aşağısəviyyəli yazı, söyüş, abırı aparan yazı, fitnə-fəsad törədən yazılar - bax bu üçəxlaqdan kənar çıxışlar mətbuatı hörmətdən salar, əxlaqdan məhrum edər.Tənqidi kobud, ədəbsiz və nalayiq olan yazılar - aşağı səviyəlilər sırasınadaxildir. Bu qəbildən olan mətbuata əxlaqca geri qalmış, tərbiyə görməmişcəmiyyət üzvləri arasında, mədəni münasibətin nə olduğunu anlamayan yenicəayılmış millət və yenicə ayaq tutmuş ölkələrdə təsadüf edilir. Ümumi tərəqqigenişləndikcə bu cür ədəbsiz yazılar da mətbuat səhifələrində azalır. İnkişaf vətərəqqinin məntiqi də bunu tələb edir. Digər tərəfdən mədəniyyət yüksəldikcə,əxlaq normaları da bərqərar olur, xalq aşağı səviyyəli yazılara dözmür. İrandakıvəziyyət bu baxımdan ən yaxşı nümunədir. Bugünkü mətbuatla neçə il əvvəlki İranmətbuatı arasında nə qədər böyük fərq olduğu göz qarşısındadır. Bu fərqi görməküçün indi bizim təzə mətbuatın qələm mübahisələri ilə başqa mədəni ölkələrinmətbuatını müqayisə edin. Əlbəttə, bir afrikalı bizim qəzetləri oxusa, ləzzət alacaq,amma onu bir fransız nəzərdən keçirsə, heyrətə düşəcək. Əgər aşağısəviyyəliyazılar, ümumiyyətlə, geridə qalmış ölkələrin mətbuatı payına düşürsə, abırhəyadankənar və şəhvətpərəst yazılar da mədəni ölkələrdəki mətbuata məxsusdur.Bizim məqsədimiz o yazıları tənqid etməkdir ki, insanlarda şəhvətpərəstlikoyatmaq, ya pis məqsədlər üçün nəşr olunur. Rusiyada onlar "qara ədəbiyyat"III161

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!