11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

türklərinə atılan bu böhtanı bəzi millətlərin "türk-islam" birliyindən qorxaraqortaya atdıqlarını yazmışdı.Qeyd edək ki, Ü.Hacıbəyli "Həyat" qəzetində 3 ay tərcüməçi kimi işləmiş,sonra fəaliyyətini "İrşad" qəzetində davam etdirmişdi.Ədəbiyyat tarixinin tədqiqatçıları tərəfindən "<strong>Azərbaycan</strong>a ən çox xidmətedən pedoqoq" kimi xatırlanan Sultan Məcid Qənizadə də vaxtaşırı publisistyazıları ilə "Həyat"da çıxış edirdi. "Lüğəti-rusi türki", "Rus dilinin dilmancı", "Rusdilinin müəllimi", "Əlifbayi-mütəhərriki", "Kilidi-ədəbiyyat", "Lüğəti-türki vərusi" kitablarının müəllifi olan Qənizadə ölkənin maarifçi zümrəsinin tanınmışsiması idi. XX əsrin əvvəllərində S.M.Qənizadənin dərslik və lüğətinə tələbat oqədər qüvvətləndi ki, gənc dilşünas alim bu kitabları təkmilləşdirib, yenidən çapetdirdi. "Həyat" qəzetində dil mübahisələrinə qatılan S.M.Qənizadə bu mövzudabir neçə məqalə yazmışdı."Həyat"ın 10 noyabr 1905-ci il tarixli sayında "Hansı dil ilə yazmalı"məqaləsində Ə.Hüseynzadənin ümumtürk dil konsepsiyasına qarşı çıxır, fikirləriniçox incə şəkildə əsaslandırırdı və Şirvanda "Həyat"ı oxuyub başa düşməyənşikayətçinin dili ilə yazırdı: "A kişi, elə dil ilə yazırlar ki, oxuyanda adamın dişləritökülür. Axı mühərrirlər qanmalıdır ki, bunu öz dilimizlə yazsınlar ki, xalq oxuyubanlasın". S.M.Qənizadə oxucunun rəyi ilə söhbətə müdaxilə edərək məqaləni özdüşüncələri əsasında tamamlayır: "Axır özünüz insaf və mürvət ediniz: kasıbınbirisi həzar zəhmət ilə para qazanıb özünün və ailəsinin boğazından ildə 6 rublkəsir ki, qəzetə oxuyub dünya hadisatından məlumat cəm etsin. Dörd səhifəliksüfrəni açıb qabağına qoyur. Yemək çox, lakin heç birini həzm edə bilmir".“Həyat”ın əsas yaradıcı simalarından biri də böyük mütəfəkkir, milli teatrvə mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabi idi. Onun bu qəzetdə çoxsaylıyazıları dərc olunmuşdu. Mədəniyyətə, maarifə, cəmiyyətin müxtəlif sahələrinə,təbiətə, tibbə və heyvanlar aləmi barəsində Zərdabi xeyli sayda publisistik məqalənəşr etdirmişdi.“Həyat”ın 8 dekabr 1905-ci il tarixli nömrəsində dərc olunan "Cəmiyyəti-Xeyriyyə binası" məqaləsində H.Zərdabi Xeyriyyə Cəmiyyətini təsis etməkləxalqın rifahını yüksəltməyi, onun iqtisadi-mədəni həyatını yaxşılaşdırmağı və buyolla məktəblərin sayının artırılmasının mümkünlüyünü düşünürdü. Böyükpublisist məqaləsində vəziyyətin müqayisəli təhlilini verərək yazırdı: "Bizim Bakışəhərində hər ildə mərsiyəxanalar üçün neçə min manat pul yığılır və ya fağırfüqəraadına ondan da artıq xərc olur. Amma onlardan millətə heç bir xeyir yoxdur.Hətta zərəri də var. Çünki bu səbəblə ilbəil mərsiyəxanaların və qeyri-dilənçilərinqədəri də artır". Müəllif göstərirdi ki, mərsiyəxanalara yığılan həmin vəsaitəməktəblər açılsa, peşə-sənət ocaqları yaradılsa, xeyriyyə cəmiyyətləri düzəldilsə,xalqa çox xeyiri dəyə bilər. Sözügedən məqalədə H.Zərdabi "zamanı keçmiş,68

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!