11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

nurlandırmaqdan başqa, otağın da içinə daxil olub, orada olan şeyləri artıqişıqlandırıb bir qeyri-surətə salır".Tibbə, təbiətə, gigiyenik qayda-qanunlardan bəhs edən publisistikyazılarda Həsən bəy Zərdabi insanlara xarici aləm barəsində təsəvvürlərformalaşdırmağa, hadisə və proseslərin səbəbini doğru anlamağa kömək edənmaarifçi mövqe nümayiş etdirirdi.Görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq, publisist NərimanNərimanov da "Həyat"ın mətbu imkanlarından yararlanmış, müxtəlif səpkiliyazılarını dərc etdirmişdi. N.Nərimanov dövrün tələblərinə uyğun olaraq felyetonjanrında qələmə aldığı 50-dən çox yazını "Həyat"ın səhifələrində çap etdirərəkoxuculara çatdırmışdı.N.Nərimanovun "Həyat"dakı publisist yazılarında əsasən 1905-ci ilinqilabı, onun <strong>Azərbaycan</strong>a təsiri, xalqın milli oyanışı prosesləri öz əksinitapmışdır.Publisistikasında öz fikir və düşüncələrini daha asan yolla xalqa çatdırmaqüçün N.Nərimanov müxtəlif ədəbi-bədii vasitələrdən ustalıqla istifadə edirdi. Şifahixalq ədəbiyyatından, klassik <strong>Azərbaycan</strong> yazıçılarının və Qərb mütəfəkkirlərininəsərlərindən nümunələr gətirərək felyetonlarını, məqalələrini maraqlı və oxunaqlışəklə salırdı. Ana dili məsələsinə önəm verən publisist bu mövzuya "Həyat"da dərcetdirdiyi yazılarda doğma dilin incəliklərinə toxunur, həmçinin <strong>Azərbaycan</strong>ı azadvə firavan görmək istəyirdi. Vətən, ana dili, insan anlayışlarına sosial məzmundanfərqli bədii yanaşma tərzi ortaya qoyan Nərimanov "Həyat"ın 30 iyul 1906-cı iltarixli sayında yazırdı: "Vətən insanın evidir. Necə ki, evində hər bir şeyə ixtiyarınvar, necə ki, evin bədbəxtliyi səni qəm dünyasına mübtəla edir, xoşbəxtliyi şadedir, elə də özün üçün Vətən bildiyin məmləkətdə ixtiyarın gərəkdir ola, onunbədbəxtliyi gərək ürəyini dağlaya, xoşbəxtliyi səni şad-xürrəm edə".N.Nərimanovla yanaşı, “Həyat”da "Dərviş" imzası ilə felyetonlar çapetdirən Nəcəf bəy Vəzirov da çalışırdı. O, qəzetdə "Balaca mütəfərriqə" başlığıaltında "Dərviş" imzası ilə 50-dən çox felyeton çap etdirmişdi. N.Vəzirov çapetdirdiyi ədəbi-bədii əsərlərdə cəhalətin və islam fanatizminin, mövhumatmtörətdiyi nəticələri tənqid edirdi. "Həyat"ın 21 iyun 1905-ci il tarixli sayında dərcetdirdiyi felyetonda müəllif yazırdı: "Ömrümdə hər nə şikayətim varsa, hamısı oməni təngənəfəs edən cəhalətdir. Xudaya, nə vaxt o zülmətdən xilas olacağıq?""ĠrĢad"Qəzetinin ideya siyasi istiqamətiƏhməd bəy Ağaoğlu "Həyat" qəzetinin 102-ci sayından sonraredaksiyadan ayrıldı və çox keçmədi ki, "İrşad" qəzetini <strong>Azərbaycan</strong> ictimaiyyətinə70

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!