11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

olmuşdur. Qəzetin yazarları tək müharibənin gedişini işıqlandırmır, müharibənininsanları faciələrə gətirib çıxarmasını, onları yurdsuz-yuvasız qoymasını da qələməalır, müharibədən zərər çəkənlərə yardım əli uzatmağı həmvətənlərinə məsləhətgörürdü. Hətta qəzet Anadoluda müharibədən zərər görmüş, yurdsuz-yuvasızqalmış türk qardaşlarının ehtiyaclarını ödəmək üçün ianə kampaniyaları dakeçirirdi. 1918-ci il yanvar ayının 18-də çap etdirdiyi bir məqalədə yanvarın 19-nun "Əsirlər günü" elan olunması barədə məlumat verərək yazırdı ki, Bakıda əsirvə möhtaclar üçün libas, yorğan-döşək toplanılacaqdır. Yazıdan bəlli olur ki, şəhərbir neçə məhəlləyə bölünəcəkdir, hər məhəlləyə isə müəyyən olunmuş səlahiyyətlişəxslər təyin olunmuşdur. Bu şəxslərin səhər tezdən ianə və əşya toplayacağınıbəlli edən məqalə müəllifi yazır: "Bu, otuzu-qırxı bir yerdə ölən Nargin əsirləriüçündür. Əsirlərə qarşı şəfqət və mərhəmət hissi bizdən bunu tələb edir. Bu günmərhəmət kisələri genis açılsın, üzərimizə açılan əllər boş qaytarılmasın".Məhəmməd Əli və Məhəmməd Əmin Rəsulzadələr İsa bəy Aşurbəyovun"Kaspi" elektrik mətbəəsini alaraq "Açıq söz"ün mülkiyyətinə çevirdilər və buradailk toplu olaraq "Qardaş köməyi" dərgisini nəşrə hazırladılar. Bu dərgininsatışından əldə olunacaq vəsaitin Qars çevrəsində müharibədən zərər görmüşinsanlara verilməsi nəzərdə tutulmuşdur. Dərgi barəsində M.B.Məhəmmədzadəyazır: "Bu məcmuə inqilabdan qabaq başlayıb, inqilabın birinci ayında, fevralınbaşında çıxmalı ikən, sonra çıxdı". Yalnız bir saydan ibarət olan dərgidə HüseynCavid, Abdulla Şaiq, Ömər Faiq, M.Ə.Rəsulzadə, M.S.Ordubadi, F.KöçərliC.Cabbarlı, Ə.Haqverdiyev kimi milli mövqeyi ilə seçilən tərəqqipərvər ədiblərinmüharibənin xalqların, o cümlədən türk xalqının taleyinə gətirdiyi faciələrə həsretdikləri əsərlər çap olunmuşdur. Hüseyn Cavid "Hərb və fəlakət" əsərindəmüharibənin törətdiyi dəhşətlərə ədəbi münasibət bildirir, türk millətinin yaşadığıacıları, günahsız insanların ağrılarını qələmə alırdı. Böyük ədib bu əsəri ilə<strong>Azərbaycan</strong> xalqının tarixi kökünə varır, milli təfəkkürün tərkib hissəsi olantürkçülük ideyasını cəmiyyətə çatdırırdı. Ömər Faiq Nemanzadə "Bən kiməm"məqaləsində türkləri mübarizələrlə, qəhrəmanlıqlarla dolu tarixi keçmişindən ibrətgötürməyə çağırırdı: "Ey Türk! Keçmişindən ibrət al! Hələ vücudun sağlam ikən,yaşamağa istedadın varsa, fürsət əldə ikən əsl vücudunu tam, qədrini anla!""Qardaş köməyi" dərgisinin daha çox satılıb, xeyli miqdarda pultoplanması üçün qəzetdə mütəmadi olaraq elanlar dərc olunurdu. Qəzetin 1918-ci il2 yanvar sayında "Qardaş köməyi"nin Bakıda 1 manat 30 qəpiyə, ayrı-ayrışəhərlərdə isə 1 manat 70 qəpiyə satıldığı haqda verilən elandan bəlli olur ki, bu işihəyata keçirənlərin əsas məqsədi Anadolu köçkünlərinə, Sarıqamışda, Ərzurumdaəsir götürülən türk əsirlərinə daha çox maddi kömək göstərməyə nail olmaq üçündərginin daha çox satılmasıdır.113

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!