11.07.2015 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS
  • No tags were found...

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

"Yoldaşım Ömər Faiq Nemanzadəni mən birinci dəfə "Şərqi-rus" qəzetiidarəsində gördüm, onunla üns tutdum. "Şərqi-rus" qəzeti mənim üçün iki babətdənxoş, qiymətli yadigar oldu.Birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmmədağa Şahtaxtlı məniöz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil etdi. İkinci tərəfiodur ki, onun varlığı ilə, onun yoldaşlığı ilə "Molla Nəsrəddin" məcmuəsini binaetdim, daha doğrusu, bina etdik".Satirik şair və yazıçıların, dövrün görkəmli qələm əhlinin ocağına çevrilən"Molla Nəsrəddin" tək Mirzə Cəlilin əsəri deyildi. Ədibin özü bu barədə yazırdı:"Molla Nəsrəddin" tək bir nəfər müəllifin əsəri deyil. "Molla Nəsrəddin" bir neçəmənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onlarınancaq ağsaqqal yoldaşıyam"."Molla Nəsrəddin"in ilk sayı Ömər Faiq Nemanzadənin və rəssamŞmerlinqin birgə əməyinin məhsuludur. Bəs Ömər Faiq Nemanzadə kim idi? 1872-ci ildə Gürcüstanın Axalsik qəzasının Azqur kəndində anadan olan Ömər Faiq1891-ci ildə İstanbulda "Darüş-Şəfəq" məktəbini bitirmişdir. Bu məktəbdə şəriətdərsləri ilə yanaşı, tarix, fizika, kimya və digər texniki fənlər də tədris olunur,burada dövlət qulluqçuları hazırlanırdı. Ömər Faiq məktəbi bitirdikdən sonra bir ilAvropadan gələn poçt və teleqrafları qəbul etməklə yanaşı, siyasi fəaliyyətlə dəməşğul olur. Siyasi təqiblərdən yaxa qurtaran Ömər Faiq İstanbuldan vətənə dönürvə 1894-cü ildə Şamaxıda müəllim kimi çalışır. Sonra pedaqoji fəaliyyətiniGəncədə davam etdirir. "Şərqi-rus"un nəşrindən sonra Tiflisə gəlir və buradaqəzetçilik fəaliyyətinə başlayır. "Şərqi-rus" bağlanandan sonra Mirzə Cəlilləbərabər "Qeyrət" mətbəəsini alıb birgə işlədirlər. “Qeyrət”in rəsmi müdiriÖ.F.Nemanzadə idi ki, "Molla Nəsrəddin" də bu mətbəədə işıq üzü görmüşdü.Ö.F.Nemanzadənin "Molla Nəsrəddin"dəki fəaliyyətini tədqiq edən elmiaraşdırmalardan bəlli olur ki, jurnalda dərc olunan karikaturaların, şəkillərin birçoxunun mövzusunu o verib, lüğətlərin, mətnlərin, tapmacaların xeyli hissəsiniMirzə Cəlillə birlikdə hazırlayıb. Bu iki ədib birlikdə hazırladıqları məqalələrinaltında "Molla Nəsrəddin", "Mozalan", "Lağlağı" və sair imzalar qoyurdular."Molla Nəsrəddin"in satirik şeir cəbhəsinin aparıcı qüvvəsi MirzəƏləkbər Sabir idi. Onun 1906-1911-ci illərdə "Molla Nəsrəddin"də dərc etdiyisatirik şeirlərdə yeni bir ədəbi məktəbin əsası qoyulmuşdu. Sabirin jurnaldakıfəaliyyəti ilə bağlı Mirzə Cəlil xatirələrində yazır: "Sabir mərdi-mərdanə özünütulladı "Molla Nəsrəddin" meydanına və elə bir nərilti və gurultu ilə dalbadalyazmaqda davam etdi ki, bəlkə özünə bərabər olan Məşədi Sijimqulunu da xeylivaxt sükutda saxladı və yadıma gəlir ki, Sabirin "Molla"da zühurundan ta il yarımaqədər Məşədi Sijimqulunun mənzum əsərləri idarəmizə gəlib çatmadı".89

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!